"The Jerusalem News": Qətər İranı daha ağır geriləmələrdən xilas etməyə çalışır.
Almaniyada yüzlərlə məktəb e-poçt vasitəsilə bomba təhdidi alıb
Binab quru meyvə bazarında kişmişin qiyməti düşüb: Bağbanlar məhsullarını satmaqda çətinlik çəkirlər
Süni intellektin köməyi ilə 167 illik Riman fərziyyəsinə dair isbat təqdim olunub
İranda bir qadın mahnı oxuduğuna görə şallaqlandı
İranda 100-dən çox insan spirtli içkidən zəhərləndi- Ölənlər var
İranda polis daha bir mülki şəxsi güllələdi
Rütte: NATO ildə təxminən 4 milyon artilleriya mərmisi istehsal etməyi planlaşdırır
İranda daha 8 məhbus edam edildi
İranda elektrik enerjisinə məhdudiyyət tətbiq ediləcək
Ermənistnın TRİPP-lə bağlı təminatları yetərli deyil- Bəqai
Bakıda Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü keçirilib
İranda Trampa müraciət edən iki nəfər həbs edilib
Ermənistanın yeni Konstitusiya layihəsində dövlət rəmzləri hissəsindən Ağrı dağının təsviri çıxarılır
Paşinyan və Tramp TRIPP layihəsinə start veriblər
İlham Əliyev: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir
Ermənistan Konstitusiyasının dərc olunmuş layihəsində Müstəqillik Bəyannaməsinə istinad yoxdur
"Koroğlu" tamaşası "Qızıl lövhə" mükafatına layiq görüldü
İlamda həbs edilən etirazçıların sayı artı
İranın dövlət televiziyası etirazlardan sonra Xəzər dənizinin adını dəyişmək cəhdindən geri çəkildi
Həmədanda iş qəzası- Ölən və yaralanan var
Milad Armun təkadamlıq kameraya köçürülüb
Tramp İrana zərbələrin bərpasına meyllidir- "Fox News"
İranda hökumət subsidiyalı çörək satışına kvota tətbiq etməyə başlayıb
Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Tramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır
Paşinyan: Ermənistan enerji şəbəkəsini Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirməyi planlaşdırır
Zəncanlı aşığın ildönümü mərasimi keçiriləcək
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
Əyalətlərdən gələn pul Tehrana ayrılır - Pezeşkian
İranda daha beş bəluc həbs edildi
Bessent: İran rəhbərliyi sıxışdırılmış vəziyyətdədir və danışıqlar masasına qayıda bilər
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Qəzvinli siyasi məhbus qeyri-müəyyən vəziyyətdə saxlanılır
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
İranda etirazçı taekvondo çempionu edama məhkum edildi
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
"The Jerusalem News": Qətər İranı daha ağır geriləmələrdən xilas etməyə çalışır.
ABŞ–İran danışıqlarında Qətərin vasitəçi kimi seçilməsinin problemli olmasının bir sıra səbəbləri var. İlk növbədə, Qətər illər boyu HƏMAS-ı və "Müsəlman Qardaşları"-nı maliyyə və siyasi baxımdan davamlı şəkildə dəstəkləyib ki, bu da onun ideoloji meyllərinin Qərbdən daha çox radikal İslamın lehinə olduğunu göstərir.
Qətər uzun illərdir özünü orta ölçülü bir güc kimi təqdim etməyə çalışır, lakin bunun üçün zəruri olan bütün imkanlara malik deyil. Qətər kiçik əraziyə və azsaylı əhaliyə malik bir ölkədir və ərəb ölkələri adından danışmaq üçün səlahiyyətə malik deyil.
Bununla belə, 2011-ci ildə başlayan Ərəb Baharından etibarən Doha, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir kimi regionun nüfuzlu ərəb dövlətlərinin Qətərin bu ambisiyalarına açıq şəkildə qarşı çıxmasına baxmayaraq, Liviya, Tunis və xüsusilə Misirin daxili işlərində daha fəal rol almağa və bu ölkələrdə baş verən proseslərə təsir göstərməyə çalışıb.
Ərəb Baharının sonrakı mərhələlərindən və Misirin keçmiş prezidenti Məhəmməd Mursinin hakimiyyətdən devrilməsindən sonra Qətər ərəb dünyası boyunca Müsəlman Qardaşlarına etdiyi bütün sərmayələri tədricən itirməyə başlayıb.
Son dövrlərdə isə Vaşinqton və Tehran arasında “vasitəçi” rolunu oynamaqla HƏMAS-ın bir növ xilaskarına çevrilib. Digər tərəfdən, İran şiə dövləti olaraq mahiyyət etibarilə mütləq şəkildə HƏMAS tərəfdarı deyil. İranın məqsədi yalnız Müsəlman Qardaşlarını İslam Respublikasının maraqlarına xidmət etdiyi müddətdə dəstəkləməkdir.
Başqa sözlə, İran hazırkı mərhələdə HƏMAS-ı İsrailə qarşı dəstəkləyir və 7 oktyabr 2023-cü ildə İsrailin cənubunda həyata keçirilən terror hücumlarının dəstəklənməsində mühüm rol oynayıb. Keçmiş Ayətullah Əli Xamenei açıq şəkildə bəyan etmişdi ki, 7 oktyabr qırğınını həyata keçirən şəxslərin əllərindən öpməyə hazırdır. Qətər ABŞ və İran arasında vasitəçilik etməklə radikal İslamın dəstəklənməsi istiqamətində fəaliyyət göstərir ki, bu da mötədil müsəlmanlara və Qərb demokratiyalarına göstərilən dəstəyi zəiflədir.
Bu, qərəzsiz vasitəçilik deyil. Qətər İranı daha ağır geriləmələrdən xilas etməyə çalışır.
Qətər rəsmiləri artıq uzun müddətdir HƏMAS liderlərinə də yardım göstərirlər. Qətər HƏMAS-a siyasi sığınacaq, maliyyə köçürmələri və diplomatik dəstək verib, beynəlxalq vasitəçi kimi çıxış etdiyi bir şəraitdə təşkilatın əsas xarici dəstəkçilərindən biri rolunu oynayıb. 2012-ci ildən etibarən HƏMAS-ın siyasi ofisini Dohada yerləşir.
Xalid Məşəl və İsmayıl Haniyə kimi HƏMAS-ın yüksək vəzifəli siyasi xadimləri Dohanı öz fəaliyyət bazaları kimi istifadə ediblər. Qətər illər ərzində Qəzza zolağına 1,8 milyard dollardan artıq vəsait köçürüb. Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri də Qəzzaya yardım məqsədilə əhəmiyyətli maliyyə vəsaitləri ayırsalar da, səudiyyəlilər Fələstin xalqına yardım etməyə çalışır, Qətər isə əsasən HƏMAS-a dəstək göstərilməsinə diqqət yetirir və fələstinlilərin ümumi maraqlarına daha az önəm verir.
Müsəlman dünyasının əsas liderlərindən olan Səudiyyə Ərəbistanı və Misir HƏMAS-dan daha çox fələstinlilərin taleyinə önəm verir. Hər iki ölkə HƏMAS-ın ləğv edilməsini və “mötədil” fələstinlilərin hakimiyyətə gəlməsini istəyir. Səudiyyə Ərəbistanı və Qətər istisna olmaqla ərəb ölkələrinin böyük əksəriyyəti İsrail dövlətinin mövcudluğuna qarşı deyil.
ABŞ və İran arasında vasitəçilik etməyə cəhd göstərilməsi Qətərin niyyətləri ilə bağlı cavabsız qalan ciddi suallar doğurur. Körfəz dövləti özünün ayrıca gündəliyinə malik olduğu və bu gündəlik İranın maraqlarına xidmət etdiyi halda, dünya Qətərə necə etibarlı vasitəçi kimi güvənə bilər? Ərəb Baharı etirazları dövründə Müsəlman Qardaşlarını dəstəklədiyinə görə Səudiyyə Ərəbistanı və regionun digər ərəb ölkələri Qətərə qarşı blokada tətbiq etdikdə, Qətərə yardım məqsədilə öz hava məkanını açan yeganə ölkə İran oldu. Qətər Ərəb Baharının uğur qazanmamasına səbəb olan əsas aktorlardan biridir, çünki islamçı fanatizmi dəstəkləyir.
Bu ölkə İslam Respublikasının mövcud olduğu 47 il ərzində molla rejiminə yardım göstərmək istiqamətində fəaliyyət göstərib. Buna görə də, Qətərin ABŞ ilə aparılan vasitəçilik proseslərində dürüst və qərəzsiz vasitəçi olacağına inanmaq çətindir.
Cənubi azərbaycanlılar və digər etno-milli qruplar da daxil olmaqla, İranın bütün əhalisi Tehrandakı molla rejiminin zülmü altında əziyyət çəkir. Onların heç biri Qətərin bu rejimə xilasedici vasitə təqdim etməsini istəmir. Bu əhali qrupları Trampın nəticəsiz danışıqlara qoşulmaq əvəzinə yenidən rejimə qarşı mübarizəyə qayıtmasını istəyirlər; çünki bu danışıqlar indiyədək açıq şəkildə İslam Respublikasının maraqlarına xidmət edib.
Məqsəd İrana növbəti bir xilas yolu təqdim etmək deyil, rejimi zəiflətmək və hakimiyyətdən uzaqlaşdırmaq olmalıdır.
Müəllif: Güney Azərbaycanlı dissident jurnalist və GünAz TV-nin rəhbəri Əhməd Obalı

Məqalənin orjinal keçidi: https://www.jns.org/opinion/ahmed-y-obali/dont-trust-doha-when-it-comes-to-us-iran-negotiations
İranda elektrik enerjisinə məhdudiyyət tətbiq ediləcək
İlamda həbs edilən etirazçıların sayı artı
Həmədanda iş qəzası- Ölən və yaralanan var
Tramp İrana zərbələrin bərpasına meyllidir- "Fox News"
Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
İranda daha beş bəluc həbs edildi
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
İrana bağlı qrup İraqdakı ən mühüm bazasından geri çəkilir
Xuzistanda daha 10 ərəb fəal həbs edildi
İki şəhərdə iki məhbus edam edildi
BMT rəhbəri İranda insan hüquqlarının pozulmasını “qəbuledilməz” adlandırıb
ABŞ və İsrail İranın iqtisadi infrastrukturuna mümkün zərbələr endirmək üçün planlar hazırlayır – NYT
Səhənd stadion "Traktor"a verilir
Binabda hava çirklənməsi artır; “Səhənd” elektrik stansiyasında mazut yandırılır
İran buna görə bizə kiberhücum etdi- Baro
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
ABŞ-nin daha bir təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəldi
ABŞ-ın İran neftinə tətbiq etdiyi blokada Çini İraq neftinə yönəldir – Bloomberg
Qərbi Azərbaycan mənzil xərclərinin ailə büdcəsindəki payına görə ölkə üzrə yeddinci yerdədir
Tramp: İran Vaşinqtonu təhdid edərsə, “heç bir ölkənin ödəmədiyi qədər ağır bədəl ödəyəcək”
İrada daha bir bəhaiyə həbs cəzası verildi
Pilotsuz uçuş aparatı Qara dənizdə 13 Azərbaycan vətəndaşının olduğu gəmiyə hücum edib
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
İranın su anbarları rejimin yeraltı raket şəbəkəsinə xidmət etmiş ola bilər
İranda etirazçı taekvondo çempionu edama məhkum edildi
İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi