İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
Yaxın Şərqdə müharibə Əbu-Dabidə iki böyük konsertin ləğvinə səbəb oldu
Əməkdaşlıqdan qarşıdurmaya; İsrail və Türkiyə niyə qarşı-qarşıya gəlib? | Təhlil
Fransa iranlı diplomatını ölkədən çıxardı
Moskva və London arasında gərginlik artdı
Suriyada keçmiş işgəncəçi zabit həbs edildi
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
Tramp: İranla danışıqlar mümkündür
Hörmüz boğazında Çinlə əlaqəli üç tanker geri dönüb — Bloomberg
ABŞ 17 iranlını kiber oğurluqda günahlandırdı
İrana baölı qüvvələr İraqın baş naziri təhdid edib
Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib
İranda Trampın başına qoyulan mükafata bu qədər pul yığıldı
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
NATO istənilən İran təhdidinə qarşı tədbir görməyə hazırdır
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
Təbrizli milli fəal həbs edildi
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
Azərbaycan İran müharibəsi zamanı İsrail qüvvələrinin ölkədə yerləşdirilməsi barədə xəbərə görə CNN-i məhkəməyə verib
FT: İran ABŞ-ın Avropadakı hərbi hədəflərinə hücum etməyi düşünür
Rubio BƏƏ rəsmisi ilə İran və Hörmüz boğazında gəmiçiliyi müzakirə edib
Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə-qorxu gəlib
Fransa hökuməti iki İran diplomatını ölkədən çıxaracaq
Ərdəbildə daha bir məhbus edam edilib
Türkiyədə ilk türk ensiklopediyası olan “ Divani-lüğait-türk”-ün müəllifi Mahmud Kaşğarinin 1000 illiyi ilə əlaqədar olaraq 24 tükdilli xalq arasında keçirilmiş hekayə müsabiqəsinin üç qalibindən biri yazıçı Zakir Sadatlı oldu. Bu münasibətlə yazıçıyla həmsöhbət olduq, bəzi suallara cavab tapdıq. 1. Amerika yazıçısı Tom Volf deyir: Yazıçılar roman, hekayələri şöhrət üçün yazır. Bəs sizi yazmağa nə vadar edir? - Dəqiq deyə bilmərəm, vallah. Bəlkə də belədir, bəlkə də belə deyil. Od yanmayan yerdən heç vaxt tüstü çıxmır, axı... Ola bilsin, bu, oxucularını belə fikirlərlə silahlandıran yazıçının şəxsi düşüncəsi, özəl qənaətidir. Onu nə təsdiq, nə də inkar etmək doğru olar. Çünki yazıçı öz xüsusi yolu ilə zamana və tarixə yoldaşlıq edir. Bu səfərdə onun görüb-götürdüyü, tapıb-itirdikləri riyazi deyil, ilahi hesablamalarla ölçülür.Yazmaq, bəlkə də, yazıçının öz layiq olduğu yeri və layiq olduğu haqqı uğrunda mücadiləsidir. Bu mücadilədə şöhrət də qazanmaq olar, şəhidlik də... Hər ikisi gözəldir, hər ikisi Mübarəkdir! Təkcə yazıçının deyil, bütövlükdə insanların şöhrətinə yox, şöhrətpərəstliyinə pis baxmaq lazımdır. Bir az böyük çıxmasın, məni heç kim və heç nə nəyəsə vadar edə bilməz. Ağlım kəsməyən, ürəyimə yatmayan heç bir işin qulpundan yapışmıram. Yazmaq da mənim öz könüllü seçimimdir. Burda nə şöhrətin sifarişi var, nə də seçilməyin diqtəsi ... 2. Ədəbiyyatı zaman kəsiyində qoysaq, siz dünənin , bu günün, yoxsa sabahın yazıçısısınız? - Boynuma alıram. Gənclik illərimdə düşünürdüm ki, nə vaxtsa, dünyanın birinci şeirinə “Salam” verəcəyəm, sonuncu adamına “Sağ ol” deyəcəyəm. İllər keçdi, gördüm yoox ... Dünyagörüşümün xəritəsi və mənəvi iqlimim çox dəyişdi. Başladım düşünməyə ki, qalib gəlmək cəhənnəm, heç olmasa məğlub olmayım...Və sonra yavaş-yavaş təkəbbür və iddialarımın içimdə göyərmək istəyən budaqlarını öz əlimlə qıra-qıra qoymadım böyüsün. Bu gün özüm haqqımda iddialı proqnoz vermək qədər maymaq və səfeh sevdalara düşməyi özümə rəva görməzdim. 3. Qələminiz mürəkkəbdən doyur, yoxsa sözdən? - Ürəyimdən hər gün yazmaq keçsə də, qələmi tez-tez çağırıb-buyurmağa ərinirəm. Bəzən söz bizə gələndə qələmi tapammıram, bəzən qələm evdə olanda söz qapımı döymür. Onların hər ikisini həmişə bir yerdə yaxalamaq olmur. Elə olur ki, aylarca pencəyimin cibində boş-bekar oturan qələmdən “yediyini” qaytarıb, üst-başımı bulaşdıranda xəbər tuturam. 4. Şöhrət artdıqca qonorar artır, yoxsa söz bazası? - Məsuliyyət hissindən başqa heç nə artıb-azalmayıb. Nisbi sakitlikdir. Müvazinətimi itirməmişəm, daxili tarazlığımı qoruyub-saxlayıram. Əlbəttə, bütün Söz adamları kimi Sözün tərəfini saxlamaq, onun təəssübünü çəkmək, qədir-qiymətini bilmək, enməyə qoymamaq həmişə olduğu kimi bu gün də mənim üçün öz qüvvəsində qalır. Çoxdan, lap çoxdan qeydlər elədiyim cib dəftərimdə təqribən belə bir cümlə yazmışdım: Canım söz! Hər şey cəhənnəm – səni çox görməsin taleyim mənə... Bəlkə də bu, sizin sualınızın birbaşa cavabı deyildi. Amma elə-belə, məqamı gəldi dedim. 5. İndi müharibələrin, silahların hakimlik etdiyi bir zamanda dövləti sözlə, yoxsa, silahla qorumaq olar? - Əvvəla sizin yerinizə olsaydım, ”dövləti” sözünü ya “bəşəriyyəti”, ya da “dünyanı” ifadəsiylə əvəz edərdim. Çünki mətndəki dövlət anlayışı, sualı çox konkretləşdirir və siyasətçi izahı tələb edir.Və beləliklə, yazıçı ilə siyasətçi arasında bərabərlik işarəsi qoyur. İkinci, qayıdaq sualın cavabına. Silah- kobud gücün, söz-zəif və zərif gücün göstəricisidir. Hər halda hər ikisində “güc” komponenti var. Sözə o qədər də fağır və mağmın güc vahidi kimi baxmaq olmaz. Elə olsaydı, heç vaxt ”Söz də bir silahdır!” deyilməzdi. Fikir verirsinizmi? Zahirən iqtidar – müxalifət görüntüsü yaradan Silah və Söz, əslində, mahiyyətcə bir yerdədir, qohum-əqrabadır. Hətta, xəlvətdə görüşüb-öpüşür, bir-birinə əl tutur və s. Deməli, bəşəriyyət və ya dünyanı silahla, sözlə bərabər həm də ağıl, zəka və ədalətlə qoruyub idarə etmək lazımdır. Qoy əlavə elədiyimiz bu üç anlayışın da ekvivalenti olsun kütlə, xalq, millət... Və nəhayət, Siz “indi müharibələrin, silahların hakimlik etdiyi zaman” deyirsiniz. Yadınıza salmaq istərdim ki, bu indinin söhbəti deyil. Müharibələrin və silhların yaşı dünyanın özü qədər qədimdir. 6. Müharibədən söz düşmüşkən, Əfqanıstanda müharibədə iştirak etmisiniz. Bunun yaradıcılığınıza nə kimi təsiri oldu? - Biz Əfqanıstana getdiyimiz vaxt ilk gördüyüm yer Herat şəhəri oldu. Mən o qeyri-adi “görüş” haqqında hələ kitab şəklində çap olunmamış “Yaddaşımın Əfqanıstan yazıları” romanımda da ətraflı yazmışam.”Sübhün işığında Herata baxdıqca, ruhumu ovsunlayan qədimliyin sehrinə düşmüşdüm. Bu nə məhrəmlik, bu nə doğmalıqdı, ilahi!... Burda nə vaxt doğulmuşam, burda nə vaxt yaşamışam, burda haçan ölmüşəm mən?... Sümüklərim niyə sızıldayır, ürəyim niyə döyünür axı?... Nə vaxt görüşmüşük, nə vaxt ayrılmışıq?... Yadıma sala bilmirəm, ay Herat, yadıma sala bilmirəm!... Herat, ay Herat ! Hardaydın, dədəm –qardaşım! Ruhumun qərib paytaxtı, hardaydın indiyəcən?... ... Hər yandan başı ağ çalmalı kişilər, əyni-başı tökülmüş ayaqyalın uşaqlar sovet qoşununa hisli-paslı aftafalarda isti çay,bağlamalarda pendir-çörək daşıyırdılar. Bu insanların yerişi-duruşu, nəvazişi, qabar əlləri, çal saçları bütün görkəmləri bizim kəndin adamlarına necə də oxşayırdı, ay Allah!... Təkcə dilləri ayrıydı.Nə danışdıqlarını başa düşməsəm də, anlayırdım.” Demək istəyirəm ki, Əfqanıstan nəinki yazı-pozularıma təsir elədi, hətta, özümü ovsunladı.Və o sehr, o ovsun hər yerdə, hər zaman mənimlədi. Arabir mənə elə gəlir ki, heç buralarda yoxam, oralarda qalmışam. Bu da elə belə deyil. Çox ciddi ruhi və tarixi səbəblərdən qaynaqlanır. 7. Zakir Sadatlı üçün əsl nəşə nədir? - Yaxşı kitab oxumaq, yaz axşamları ulduzlu göylərə baxmaq, ilin axır çərşənbəsində tonqal qalayıb şam yandırmaq, ilahi sakitlik , balalarımı öpüb oxşamaq, yaxşılıq elədiyim adamın üzündəki sevinci görmək, yaz yağışı, payızda otların ilk cücərtisi, yuvasına yem daşıyan qarışqaların və bal arılarının bəxtəvər əməksevərliyinə, ilahi sırasına tamaşa eləmək... Və əlbəttə, yaxşı yazmaq. 8. Televiziyada işləyirsiniz. Televiziya sizi bədii yaradıcılıqdan uzaqlaşdırır, yoxsa, təkan verir? - Televiziya mənim üçün yalnız iş yeridir.Onun öz aurası, spesifik iş metodları və yaradıcılıq xüsusiyyətləri var. İstəsən də, istəməsdən də bu belədir. Bədii yaradıcılıqla televiziya yaradıcılığı arasında ümumi cəhətlər də var, bir-birindən ayrılan, bir-birinə qovuşub tamamlayan cəhətlər də... Amma mənim axtardıqlarım televiziyada deyil. Heç televiziyanın da axtardığı adam mən deyiləm.Ona görə də məni televiziyada axtarmaq düz deyil. Baxmayaraq ki, televiziyada bəyənilən və bəyənilməyən çoxsaylı film və verilişlərdə imzam var. Təbiət etibarilə başgirləyən adam olmadığıma görə, televiziya üçün gördüyüm işlərə də can yandırmışam, güc qoymuşam. Ötən illər ərzində ən yaxşı fikirlərimin, düşüncələrimin bir hissəsi efirdə uçub gedib. Bilməmişəm ki, ünvanını tapıb, yoxsa yox... Bədii yaradıcılığımın “ətindən-qanından kəsib” efirə pay vermişəm. Bütün bunların müqabilində az-çox hörmət və çörək qazanmışam. Vəssalam! Amma öz fərdi yaradıcılığım uzun illər kölgədə qalıb. İndi yeri düşüb, məqamı gəlib, istəyirəm ki, Televiziya üçün sinov gedənlərin nəzərinə çatdırım: Televiziya gözəl və cazibədar bir qadın kimidir. Əgər o səni çox yaxına buraxırsa, axırda ya səni həsrətiylə “güllələyəcək”, ya da sehrli ağuşuna “əsir götürəcək”. 9. Kaşğarinin 1000 illik yubileyi ilə bağlı müsabiqə keçirildi. Hekayəniz 3 qalib yerdən birini tutdu. Müsabiqə haqqında təəssuratlarınız... - Bu barədə kifayət qədər danışılıb və yazılıb. Sözsüz ki, olub keçən hər nə varsa, insanın tərcümeyi-halında öz izini və imzasını qoyur. Ancaq çox istərdim ki, bütün bu olaylar təkcə mənim adımla bağlanmasın, mənim ətrafımda ümumiləşdirilməsin. Azərbaycanda tanıdığım istedadlı qələm sahibləri çoxdur. Xoşbəxtlikdən onların böyük əksəriyyəti ilə şəxsi dostluğum var. Amma fərqi yoxdur. Təki istedadlı yazarlarımızın hamısı ədəbiyyatda öz layiq olduğu yerə sahib dursunlar. İlk növbədə yazarlar özləri bir-birinə layiq olduğu qiyməti verməlidirlər. Müqəddəs dəyərlər, əzəli və əbədi kriteriyalar onsuz da bu günkü dünyamızda tərksilah olunub, sıxışdırılıb. Daha insani dəyərlərin ədəbiyyatdan savayı döyməyə ikinci bir ümid qapısı, sığınacaq yeri yoxdu. 10. Müsabiqə ilə əlaqədar Türkiyəyə yollandınız. Bir neçə görüşləriniz, çıxışlarınız oldu. Qardaş xalqla daha yaxından tanış oldunuz... - Əvvəla onu deyim ki, Türkiyə özünə türkəm deyən hər kəsin ata ocağıdır. Zaman-zaman gözümüzü oraya dikmişik. Bu doğmalığa kiçik bir vaxt çərçivəsində baxmaq yanlışlıq olar. Türkiyə ilə Azərbaycanın və ya başqa türkdilli ölkələrin müqayisəsi qüsurlu görünməsə də, əslində, səhv nəticələrə gətirib çıxara bilər. Şükürlər olsun ki , bu məmləkət daha bizimçün “xarici ölkə” anlamında deyil. Biz Türkiyəyə M.Kaşğarinin 1000 illik yubileyi münasibətilə keçirilən ədəbiyyat müsabiqəsinin yekun mərhələsində iştirak etmək üçün dəvət olunmuşduq. 24 türkdilli xalq arasında keçirilən yarışmanın qaliblərindən biri də mən idim.Təbii ki, bizə çox doğma və isti münasibət , hörmət və ehtiram göstərdilər. Maraqlı görüşlərimiz oldu. Həm türkiyəli, həm də ayrı-ayrı türkdilli ölkələrin şair və yazıçıları ilə. Məncə, kifayətdir. Çünki ürəyimdən keçir ki, təəssuratlarımı ayrıca qələmə alım. 11. Yaşa dolduqca suallara asanlıqla cavab verirsiniz, yoxsa əksinə? - Baxır hansı suala. Dünyada elə suallar var ki, heç onun cavabı olmur. Bəzən də elə suallar olur ki, cavab verəndə özümü müəllim qarşısında şagird kimi hiss eləyirəm. Mənim üçün danışmaq xətrinə danışmaq dünyanın ən əzablı işlərindən biridir. Hər adamla söhbətim tutmur. Çiy söhbət eləyənlərin yanında çox darıxıram. Adam ki, adam kimi danışa bilmir, onu at getsin. Ən yaxşı həmsöhbətim özüməm. Arabir sual-cavabsız elə məhrəm, elə şirin-şirin danışırıq ki...
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Həmədanda tibb işçiləri etiraz aksiyası keçirib
BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırdı
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
Tehran Prokurorluğu jurnalistin fəaliyyətinə qadağa qoydu
İranda kağız çatışmazlığı məktəb dərsliklərində dəyişiklikləri məhdudlaşdırıb
Kanada keçmiş İran rəsmisini ölkədən deportasiya edir
Ənzəlidə 9 sosial media fəalı həbs edildi
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Ərdəbildə üç məhbus edam edildi
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir