ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
İranın nüvə silahı əldə etməyə yaxınlaşdığı haqda xəbərlərin yayılmasından sonra bu ölkəyə qarşı hərbi əməliyyatların mümkünlüyü haqda müzakirələr yenidən başlayıb. Amerika ordusunun generalı, Əfqanıstanda hava əməliyyatlarına komandanlıq etmiş Çak Uayld Amerika saytlarından birinə açıqlamasına bildirib ki, ABŞ-ın hazırda İrana qarşı hərbi əməliyyatlara başlamaq imkanında olmadığı haqda son vaxtlar geniş yayılmış fikirlərin əsası yoxdur: “Mən birbaşa bəyan edə bilərəm ki, bizim İrana qarşı elə bu gün hərbi əməliyyatlara başlamaq imkanımız var”. General əlavə edib ki, ABŞ İrana qarşı hərbi əməliyyatlara başlasa, mütləq Azərbaycan kimi qonşu ölkələrin ərazisindən istifadə edəcək. Vaşinqtondakı Hudzon İnstitunun baş analitiki Riçard Veysin məqaləsində xatırladılır ki, bu günlərdə yüksək rütbəli Amerika hərbi rəsmisi İranın nüvə başlığı hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana malik olduğunu açıqlayıb. Bu məlumat Atom Enerjisi üzrə Beynəlxalq Agentlyin hesabatlarında da təsdiq olunur. Amerika silahlı qüvvələrinin qərargah rəisləri komitəsinin rəhbəri admiral Maykl Müllenin bəyan etdiyinə görə, Tehran nüvə silahı əldə etməyə çox yaxındır. O, nüvə silahına malik İranın region və dünya üçün çox pis nəticə olacağını da bildirib. “Amerika hərbi rəhbərliyinin bu qənaəti prezident Barak Obamanın potensial İran təhlükəsinə qarşı qəti tədbirlər görməyə sövq edə bilər. Obama güc tətbiqi variantından imtina etməyib, ancaq aydın şəkildə bəyan edib ki, məsələnin siyasi yolla həllinə üstünlük verir. Ancaq İrana dair müstəqil ekspert qrupunun araşdırmaları göstərir ki, İranın nüvə təhlükəsini siyasi yolla önləmək çətin olacaq”, - deyə məqalədə bildirilir. 2001-ci ildə ABŞ-ın Əfqanıstanda apardığı hərbi əməliyyatlar zamanı hava əməliyyatlarına komandanlıq etmiş general Çak Uayld isə İrana qarşı güc tətbiqi variantının masa üzərində qalmasını vacib hesab edir. General deyib ki, son zamanlar ABŞ-ın İrana qarşı indiki vəziyyətdə hərbi əməliyyatlara başlamaq və nəticə əldə etmək imkanında olmadığı haqda geniş yayılmış fikirlərin əsası yoxdur. “Mən birbaşa deyə bilərəm ki, ABŞ-ın İrana qarşı elə bu gün hərbi əməliyyatlara başlamaq və onları regional təhlükə olmaqdan uzaqlaşdırmaq üçün kifayət qədər imkanları var” deyə Uayld bildirib. Bununla belə, Uayld güc tətbiqinin ən son variant kimi nəzərdən keçirildiyini bildirib. Ancaq bu varianta əl atılsa general əmindir ki, Birləşmiş Ştatlar Azərbaycan, Türkiyə və körfəz ölkələrindən əməliyyat dəstəyi alacaq. Onun sözlərinə görə, bu dəstək İrana qarşı hava zərbələrinin effektiv olmasına imkan verəcək. “Lakin müstəqil ekspertlər bu fikrə şübhə ilə yanaşırlar. Xüsusən ona görə ki, Azərbaycan İrana qarşı hədələyici jest kimi qiymətləndirilən hər hansı addım atmaq həvəsində olmadığını bildirir”, - deyə məqalədə vurğulanır. Qeyd edək ki, İrana qarşı hərbi əməliyyatlarda Azərbaycan ərazisindən istifadə olunması birinci dəfə deyil gündəmə gəlir. Artıq məlumdur ki, Pentaqonda İrana qarşı hərbi əməliyyatları planlaşdıranlar Azərbaycan xəritəsi üzərində də işləyiblər və hansı nöqtələrdən hava zərbələri üçün istifadə oluna biləcəyini nəzərdən keçiriblər. Eyni zamanda Pentaqon İranın Azərbaycana qarşı cavab hücumlarına qarşı da hazırlıqlar görür. Məsələn, bu yaxınlarda məlum olmuşdu ki, Amerikanın aparıcı hərbi kolleclərindən birində 1000-ə yaxın zabitin iştirakı ilə Azərbaycanı cənubdan hücum etmiş “Ahuristan” şərti adlı ölkənin qüvvələrindən azad etmək üçün komanda qərargah təlimləri keçirilib. Bir həftəyə yaxın davam edən təlimlərdə hava və quru qüvvələrindən istifadə olunub, həmçinin ölkədə vəziyyəti stabilləşdirmək, əsas kommunikasiyaları nəzarət altına almaq kimi tədbirlər də sınaqdan keçirilib. Bütün bu nəzəri hazırlıqlar Azərbaycanın İrana qarşı hər hansı addıma dəstək verməyəcəyi haqda dəfələrlə səslənmiş bəyənatlara baxmayaraq aparılır. Hər halda görünən odur ki, İran nüvə silahı əldə etsə və ya buna yaxınlaşsa regionda baş verəcək hadisələrə Azərbaycan da istər-istəməz cəlb olunacaq. F.Məmmədovun hazırladığı geniş yazını bütöv şəkildə “Yeni Müsavat”ın sabahkı sayında oxuya bilərsiniz. musavat.com
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio