ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Türkiyənin sərhədlərini Ermənistanın üzünə açacağı barədə məlumatlar artıq Amerika dairələri tərəfindən də təsdiqlənir. Rəsmi Ankaranın məsələni sükutla qarşılaması isə ortada ciddi anlaşmanın olması barədə ehtimalları artırır. Digər tərəfdən, Türkiyənin xarici işlər naziri Əli Babacanın apreldə Ermənistana səfər edəcəyi barədə xəbərin yayılması iki ölkə arasındakı münasibətlərin bərpa ərəfəsində olduğundan xəbər verir. Bu arada Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsinin sürətlə artdığı barədə məlumatlar da qəzetlərdə özünə yer alıb. Dünənki sayımızda təkcə ötən il Türkiyədən Ermənistana Gürcüstan vasitəsilə 11 300 türk yük maşınının keçdiyini, il ərzində isə Türkiyə-Ermənistan ticarət dövriyyəsinin 185 milyon dollar olduğunu yazmışdıq. Ermənistana gedən türk tir-ləri “Bakı Xəbər” isə yazıb ki, Türkiyə ilə Ermənistan arasında iqtisadi-ticarət əlaqələrinin olmaması haqda məlumatlar əslində formal xarakter daşıyır. Məqalədə bir neçə ay bundan öncə Ermənistan prezidenti Serj Sərkisyanın ABŞ mətbuatına Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsinin 150 milyona çatdığı barədə dedikləri xatırlanıb: “Ancaq ekspertlər bu rəqəmin Sərkisyanın göstərdiyi məbləğdən dəfələrlə çox olduğu qənaətindədir. Ən azı ona görə ki, iki ölkə arasında xırda iş adamları və pərakəndə səviyyədə gedən ticarət qeydə alınmır”. Qəzet yazıb ki, “Erməni-Türk Biznesinin İnkişaf Şurası”nın həmsədri Kaan Soyak Türkiyə və Ermənistanın ticarət dövriyyəsinin 100 milyon dollardan artıq olduğunu hələ 2005-ci ildə (!) etiraf edib. Ermənistan Sənayeçilər və İş Adamları Birliyinin rəhbəri Arsen Kazaryan isə deyib ki, 2008-ci ilin doqquz ayı ərzində iki ölkə arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 2,2 faiz artaraq 185 milyon dollara çatıb. Ermənistanın “Arovat” qəzetinin və “İragir.am” portalının məlumatında bildirilib ki, ötən il Gürcüstan vasitəsilə Türkiyədən Ermənistana minlərlə TİR keçib. Bu ilin ilk aylarında isə həmin maşınların sayı ötən ilin müvafiq dövrünə nisbətdə dəfələrlə çox olub. Elə Ermənistan paytaxtında olan azərbaycanlı jurnalistlər də bazarların türk malları ilə dolu olduğunu səfər qeydlərində dəfələrlə yazıblar. Hələ sərhədlər açılmadan belə əlaqələr varsa, deməli, arada heç bir maneə olmayacağı təqdirdə təcavüzkar Ermənistanın dirçəlməsi üçün aşkar şans yaranacaq. Təəssüf ki, işğalçı dövlətə bu şansı Ərdoğan hökuməti verəcək. Türkiyə hökumətinin Ermənistanla münasibətlərdə Qarabağ şərtindən imtina etməsi barədə məlumatın ardınca sərhədlərin açılması xəbərinin gəlməsi proseslərin Azərbaycanın zərərinə cərəyan etdiyinə şübhə yeri qoymur. Ancaq Türkiyə-Ermənistan sərhədlərinin açılmasına Amerikada göstərilən maraq onu da deməyə əsas verir ki, ortada müəllifi Vaşinqtonun olduğu böyük bir proje var. Doğrudur, son vaxtlaradək Ankara ilə İrəvanın yaxınlaşması prosesində Türkiyə və Ermənistanla yanaşı, Rusiyanın da iştirak etdiyi aydın sezilirdi. Ancaq ABŞ-ın məsələyə daha fəal müdaxilə etməsi barədə məlumatlar var. Belə görünür ki, torpaqları işğal altında olan Azərbaycan meydanda tək qalıb. VƏFA QULUZADƏ: “Türkiyə hökuməti bu barədə Azərbaycan rəhbərliyi ilə danışıqlar aparıb” Ancaq politoloq Vəfa Quluzadə narahatçılığa əsas görmür: “ABŞ-ın əsas məqsədi Ermənistanı tamamilə öz tərəfinə çəkməkdir. Hazırda Rusiyada vəziyyət gərgindir. Fakt budur ki, Rusiyanın Ermənistana əl uzatması getdikcə çətinləşir. Heç şübhəsiz ki, Amerika bu gərginlikdən istifadə edəcək. Ona görə də Türkiyənin əli ilə Cənubi Qafqaz ölkələrini özünə calaşdırmaq istəyir. Bu prosesin nəticəsində Ermənistan Türkiyənin təsiri altına düşəcək”. Ekspert Türkiyə-Ermənistan sərhədlərinin açılmasının Azərbaycan üçün ciddi problem yaratmayacağı qənaətindədir: “Ermənistan nə qədər blokadada qalırsa-qalsın, Azərbaycana xeyri yoxdur. Dünya heç vaxt imkan verməz ki, Ermənistan batıb sıradan çıxsın. Türkiyə və Amerika Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ona görə də zənn etmirəm ki, Azərbaycan bu mərhələdə təklənmiş durumdadır. Azərbaycan həm Amerikanın, həm də Türkiyənin strateji partnyorudur. Bu məsələdə Azərbaycanın əleyhinə iş getmir. Ortada Rusiya-Amerika qarşıdurması var. Fakt budur ki, Rusiyanın sadiq müttəfiqi NATO ölkələri ilə əməkdaşlığa başlayır. NATO ölkələri də Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək istəyirlər, özü də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində”. V.Quluzadə rəsmi Ankaranın Ermənistanla münasibətlər məsələsində Azərbaycanla məsləhətləşmə apardığına şübhə etmir: “Türkiyə rəhbərləri mütləq bu barədə Azərbaycan rəhbərliyi ilə danışıqlar aparıb”. Azərbaycan müxalifəti ayrı-ayrı vaxtlarda ölkədəki insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı Avropa Şurasına, ABŞ-ın keçmiş prezidenti Corc Buşa müraciət edib. Bəs Türkiyənin Ermənistanla sərhədlərini açmaması üçün müxalifətin baş nazir Rəcəb Tayyib Ərdoğana müraciəti gözlənilirmi? SƏRDAR CƏLALOĞLU: “Türkiyə Ermənistanı Rusiyanın təsirindən qurtarmaq istəyir” ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, buna ehtiyac yoxdur: “Bu məsələyə birmənalı yanaşmaq mümkün deyil. Biz Türkiyənin addımlarına siyasi konyuktura baxımından baxmalıyıq. Ermənistanı Rusiyanın təsirindən çıxartmaq üçün yeganə yol ona alternativin olduğunu göstərməkdir. Digər tərəfdən, əməkdaşlıq zonaları nə qədər genişlənərsə, bu, avtomatik şəkildə konfliktləri bir qədər məhdudlaşdırır və problemləri aradan qaldırır. Ona görə də Türkiyənin Ermənistanla münasibətləri yoluna qoymasını Ermənistanı gücləndirmək kimi yox, bu ölkəni Rusiyanın təsirindən qurtarmaq və Türkiyə dövlətinin Ermənistanın Azərbaycana qarşı düşmənçilik hərəkətlərini zəiflətmək məqsədi kimi baxmalıyıq. Təbii ki, bu zaman Ermənistanın güclənərək, fürsətdən istifadə edib özünün əsassız iddialarını davam etdirməsinin qarşısını alan konkret addımlar da atılmalıdır”. S.Cəlaloğlu onu da vurğuladı ki, Türkiyənin Ermənistanla bağlı atdığı addımların heç də hamısı Ankaranın azad siyasi iradəsinə əsaslanmır: “İndiki halda bu, müəyyən mənada konyuktura ilə bağlıdır. Çünki Avropa Birliyinə daxil olmaq Türkiyə üçün önəmli əhəmiyyət daşıyır. Avropa Birliyi də Ermənistanla münasibətləri yoluna qoymağı tələb edir. Buna görə də Türkiyə Ermənistanla münasibətlərin istiləşməsinə getməlidir”. ADP sədri sərhədlərin açılmasından narahat olmadığını söylədi: “Əvvəla, Ermənistan hərbi cəhətdən Rusiya tərəfdən gücləndirilir. Türkiyənin Ermənistanla əlaqələri isə onun hərbi cəhətdən güclənməsinə gətirib çıxarmayacaq. İkincisi də hər hansı bir blokada əbədi effektli ola bilməz. Vaxtilə Ermənistan blokada şəraitində doğrudan da boğulurdu. Amma artıq bu ölkə Gürcüstan və İran vasitəsilə blokadanın təsirini xeyli azalda bilib. Azərbaycan daha effektli addımlar atmalı idi. İranı bütün dünya blokadada saxlayır, amma İran atom bombası kəşf edib, kosmosa kosmik gəmi göndərdi. Yəni yalnız blokada ilə hansısa uğura nail olmaq mümkün deyil. Bu məsələdə biz itirmişik. Artıq bu blokada Ermənistan üçün o qədər də əhəmiyyətli deyil. Deməli, Türkiyənin bu ölkə ilə əlaqə qurmasının bizim üçün ziyanı yoxdur”. İlham Əliyev müxalifətə doğru addım atsa... Bəzi ekspertlərin fikrincə, indiki situasiyada ölkə rəhbərinin müxalifətə doğru addım atmaq zərurəti yaranıb. Ümid Partiyasının sədri İqbal Ağazadənin sözlərinə görə, ölkə başçısı müxalifətə doğru addım atarsa, o zaman müxalifət də ona qarşılıq verməkdən çəkinməməlidir: “Milli məsələlərdə müxalifət hakimiyyətlə birgə hərəkət etməlidir. Biz cəmiyyət, millət olaraq ortaya vahid mövqe qoymalıyıq. Əksini düşünmək, sadəcə, Azərbaycan dövlətinin mənafeyini düşünməmək qənaəti yarada bilər”. İ.Ağazadə dedi ki, müxalifət həm Azərbaycan, həm Türkiyə hökumətindən Ermənistan-Azərbaycan, o cümlədən Türkiyə-Ermənistan danışıqlarının məğzi barədə məlumat alsaydı, daha doğru addım atmaq mümkün olardı: “Amma təbii ki, Ərdoğan hökumətinə müraciət ünvanlamaq da mümkündür. Azərbaycan müxalifəti çəkinmədən Azərbaycan və Türkiyə hökumətinə bu barədə müraciət etməlidir. Yox, əgər sərhədlərin açılması Ermənistan-Azərbaycan danışıqları çərçivəsindən kənarda baş verirsə, onda iqtidar və müxalifət, bütövlükdə Azərbaycan cəmiyyətinin ictimai-siyasi gündəmini müəyyən edən siyasi qüvvələr Türkiyə ilə yeni münasibətlər sisteminə daxil olmaq məsələsini müzakirə etməlidir. O cümlədən Türkiyədəki iqtidarlı-müxalifətli bütün qüvvələrə, ictimai-siyasi təşkilatlara, Türkiyənin daxili vəziyyətini müəyyən edən təşkilatlara müraciət ünvanlanmalıdır. Türkiyə-Ermənistan sərhədlərinin açılması konfliktin həllinə təkan verməyəcək, bunu bir qədər də çətinləşdirəcək. Mən heç bir dövlətin təcrid olunmasının tərəfdarı deyiləm. Amma heç bir dövlətin də başqa bir dövlətin ərazisini işğal etməsinin tərəfdarı deyiləm. Sərhədlər o zaman açıla bilər ki, Ermənistan-Azərbaycan münaqişəsi ədalətli həllini tapsın və Azərbaycanın mövqeləri Cənubi Qafqazda BMT-nin qəbul etdiyi sənədlər çərçivəsində müəyyənləşsin”. Elşad PAŞASOY
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio