ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
"Vəli Küçüklə qohumluğumuz yoxdur" Elçibəyin qardaşı Almurad Əliyev: Bəy kiminsə köməyi ilə hakimiyyətə gəlmək istəsəydi, heç hakimiyyətdən getməzdi Türkiyənin bəzi xəbər agentliklərinin məlumatına görə, "Ergenekon məsələsi" çərçivəsində keçirilən əməliyyat zamanı bir gecəqonduda həbs olunan İsaq adlı şəxs 20 il əvvəl Azərbaycanın eks-prezidenti, mərhum Əbülfəz Elçibəyin mühafizəçisi olduğunu bildirib. aktifhaber.com saytının xəbərində qeyd olunur ki, "Ergenekon" 1995-ci ildə Azərbaycanda çevriliş həyata keçirmək istəyib. "Həmin çevrilişlə general Vəli Kiçik qohumu olan Elçibəyi yenidən hakimiyyətə gətirməyi planlaşdırıb". Elçibəyin İsaq adlı mühafizəçisi olubmu? Eks-prezidentin 1995-ci ildə çevriliş sayəsində hakimiyyətə gətirilməsi xəbəri nə dərəcədə realdır? Bu və başqa suallarla Ə.Elçibəyin qardaşı Almurad Əliyevə müraicət etdik. - Siz hansısa dönəmdə Əbülfəz Elçibəyin İsaq adlı mühafizəçisini tanımısınzmı? - Azərbaycanda milli azadlıq hərəkatı başlayan dövrdən Bəy dünyasını dəyişənədək onun mühafizəsində durublar. Amma şəxsən mən o adda mühafizəçi tanımamışam. Prezidentliyə qədər və Kələkiyə gedəndən sonra Bəyi cəbhəçilər və yaxın qohum-əqrəbadakı uşaqlar qoruyurdu. Prezident olarkən onu Azərbaycanın Baş Dövlət Xüsusi Mühafizə İdarəsi qoruyub. Türkiyə mətbuatında səsləndirilən ad isə mənə tanış deyil. - Türkiyədən gələnlər Kələkidə nə qədər qaldılar? - Bəy 4 il 4 ay Kələkidə qaldı, onlar da bu müddətdə Bəyi mühafizə etdilər. Təbii ki, bir-birlərini əvəz edirdilər. 1997-ci ilin oktyabrında Bəy Bakıya qayıtmazdan bir neçə gün qabaq onları yola saldı, texnikalarını, ratsiyalarını da götürüb getdilər. Bilirsiniz, indi Türkiyədə kimlərsə məqsədyönlü şəkildə ağıllarına gələni yazırlar, bizim qəzetlər də ölçüb-biçmədən onların yazdıqlarını götürüb, "kopyalayırlar". O mühafizəçilər, elə-belə, öz istəkləri ilə Kələkiyə gəlməmişdilər, dövlət statusunda idilər. - Türkiyədə bir sıra media dairələri "Ergenekon" işi ilə bağlı həbsdə olan general Vəli Küçük Paşanın Elçibəylə, yəni sizinlə qohum olduğunu yazırlar. Onunla hansısa qohumluq əlaqəniz varmı? - Birincisi, yüz faiz əminliklə deyirəm ki, Vəli Küçük Paşa çox təmiz, millətini sevən və milləti üçün ölmüə hazır olan bir generaldır. Bir şey yadımdadır, Qarabağ müharibəsinin qızğın vaxtında o gəlib ermənilərə qarşı vuruşmaq istəyirdi. Amma Bəy razı olmurdu ki, bu müharibəyə Türkiyəni qatmamalıyıq. Çünki o zaman bir çox xarici qüvvələr Türkiyənin bu müharibəyə girməsində maraqlı idilər. Vəli Küçük belə millətsevər adam idi. Onunla bizim qohumluğumuza gəlincə, mən durum yalandan deyim ki, bəli biz qohumuq, bu düzgün iş deyil axı. Sabah bunu yoxlayarlar. Bir də ki, Vəli Küçük Paşa kimi bir kişi ilə qohum olmaq eyibdirmi? Amma onun bizimlə heç bir qohumluğu olmayıb. Düzdür, mən onu tanıyıram. Bəy rəhmətə gedəndən sonra ona verilməli olan bir mükafatı mən getdim Türkiyəyə qəbul etdim. Orada hamısı ilə görüşdüm. Bir deyildi, iki deyildi... Məni 25 gün də qonaq saxladılar. Vəli bəy çox gözəl insandır. İndi bu adamı elə təqdim edirlər ki, deyirsən dünyada ən təhlükəli adamdır. Mən Türkiyədə çox adam tanıyıram. İndi sabah onlardan birinin başına iş gələndə mənimlə əlaqələndirməlidirlər? Bəyin yanına Türkiyədən yüzlərlə adam gəlirdi. Onların içində alimlər də, siyasətçilər də, gənclər də vardı. Bəy də onların hamısını öz millətinin övladı kimi bağrına basıb öpürdü. İndi kimisə orada tutub içəri atanda bunun Bəyə nə aidiyyatı var? 2000-ci ildə Bəy Türkiyəyə səfər edəndə indiki baş nazir Ərdoğan da onunla görüşə gəlmişdi. İndi də Türkiyədən gəlib Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşürlər. Sabah o adamı tutanda deyəcəklər ki, Azərbaycanın başçısı ilə görüşüb? Bunlar hamısı duzsuz, xırda, yüngül şeylərdir. Bəzən bizim adamlar da tez bu xəbərlərin təsirinə düşürlər. - "Ergenekon" məsələsində Elçibəyin adının hallandırıldığı məsələlərdən biri də budur ki, "Ergenekon" 1995-ci ildə Azərbaycanda çevriliş həyata keçirib Elçibəyi yenidən hakimiyyətə gətirmək istəyirmiş... - Bəy kiminsə köməyi ilə hakimiyyətə gəlmək istəsəydi, heç hakimiyyətdən getməzdi. O, 1992-ci ildə xalqın səsi ilə iqtidara gəldi. Sonra xarici qüvvələrin əli ilə devrildi. Xalqın dəstəyindən başqa Bəy heç bir qüvvəyə söykənərək hakimiyyətə gəlməyi düşünməyib. Əgər o, hakimiyyət hərisi olsaydı, elə 1993-cü ildə prezidentlik uğrunda qan tökərdi də. Onu dəstəkləyən hansısa qüvvə vardısa, Bəyə deyərdi ki, heç yana getmə, biz burdayıq. Ya da gəlib kömək edərdilər. Bilirsiniz, çox şeyləri yalan yazırlar. Heç Bəyin xidmətlərini demirlər. Nə qəzetlər deyir, nə camaat deyir, nə hökumət. Bəy çevrilişlə, qan-qada ilə hakimiyyətə gəlmək istəsəydi, heç getməzi də. Prezident kimi oturmuşdu yerində. O heç kimdən kömək istəmirdi. İstəsəydi, kimisə çağırardı ki, gəlin mənə kömək edin. Bunlar hamısı, boş, cəfəngiyyat şeylərdir. - "Ergenekon" məsələsini Türkiyədə bir qüvvənin digərini sıxışdırmaq cəhdi kimi qiymətləndirirlər. Sizcə, bu məsələdə Elçibəyin adının hallandırılması hansı məqsədi güdür? - Bunların beyinlərinə girir deyirlər, yazırlar. Uşaq-muşaq söhbətidir. Bəyin adını çəkməklə guya öz arqumentlərini bir qədər əsaslandırmaq istəyirlər. Bəy istəməzdi ki, Azərbaycanda bir uşağın da burnu qanasın, ölkədə skandal olsun, çevriliş olsun. - Ymumiyyətlə, bu "Ergenekon" işi ilə bağlı şəxsi qənaətiniz necədir? - Vallah, açığı deyim ki, bu "Ergenekon" sözü nədir, mən heç onun mənasını bilmirəm. Və bu məsələyə inanmıram ki, o boyda generallar xırda işlərlə məşğul olsunlar. Yayılan bu xəbərləri də gülünc hesab edirəm. Kimin kiminlə ədavəti varsa, onu "Ergenekon"la bağlayır. - Eks-prezidentlərin statusu haqda məsələnin referendumda qəbulu gözlənilir. Bu məsələ ilə yenə maraqlanırsınızmı? - Bütün bu məsələlər prezidentin səlahiyyətindədir. Özü necə məsləhət bilsə, elə də olar. Mən bir məsələni hər dəfə qaldırmaq istəmirəm. Durub hökumətlə hökumətlik etməyəcəyik ki? Haqq var, yuxarıdan Allah baxır. - Bildiyimizə görə, Elçibəyin oğlu hərbi xidmətdədir. Necə keçir xidmət? - Bəyin öz arzusu bu idi ki, oğlu alitəhsilli bir zabit olsun. Bəy rəhmətə gedəndən sonra mən qoymadım. Çünki bədəncə həm zəif idi, həm də tək olduğu üçün Türkiyəyə getməsinə razı olmadım. İnstitutu qutarıb, əsgərliyini də çəkib gələndən sonra hara istəyər gedər. Xidməti də yaxşı keçir. Axı, hərbidə qəşəng qulluq edənə kim nə deyəsidir... Aqil CAMAL turkustan
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio