ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Bu, 16 yaşlı bir yeniyetmənin Gəncəyə gəlmiş Nuru Paşaya həsr etdiyi şeirə bəstəkar-tarzən Məşədi Cəmil Əmirovun musiqi yazması ilə yarandı Yenicə yaranmış Azərbaycan Cümhuriyyətinin xilası üçün 1918-ci ilin iyununda Qafqaz İslam Ordusunun hissələri ilə Gəncəyə gəlmiş komandan Nuru Paşa şəhərin mərkəzi hissəsində, Şeyxzamanlıların evində məskunlaşmışdı. Bu da təsadüfi deyildi. Bir qədər əvvəl Gəncə Milli Komitəsinin üzvləri Nağı Şeyxzamanlı və Hüsaməddin Tuğac (bu türk polkovnikini gəncəlilər rus əsirliyindən qaçırmışdılar və o, komitənin idarə heyətinin aparıcı şəxslərindən biri olmuşdu) Türk hərbi qüvvələrinin Azərbaycana gəlişinin təmin edilməsi məqsədilə Türkiyədə olarkən Ənvər və Nuru paşalarla Gəncədəki fəaliyyətin detallarını da müzakirə etmişdilər. İttihad və Tərəqqi uğrunda Gənc Türk Komitəsinin aparıcı simalarından olan paşalar hələ 1905-ci ildən bəri öz Gəncədəki həmfikirləri, sonralar Milli Komitə və "Ədəmi-mərkəziyyət firqəsi"ni formalaşdıracaq "Difai" milli təşkilatının üzvləri haqda çox eşitmişdilər. Belə ki, vaxtı ilə sultan rejiminin təqiblərindən qaçan "İttihad və Tərəqqi"nin, xüsusən də onun gənclər qanadı olan "Türk Ədəmi-mərkəziyyət Liqası"nın üzvləri Gəncədə, öz məsləkdaşlarının yanında sığınacaq tapmışdılar. Şeyxzamanlıların bacısı Münəvvər xanımın yeniyetmə oğlu, ara-sıra şeirlər yazan Salman dayılarının evində, Nuru Paşanın qarşısında özünün ona həsr etdiyi şeiri oxuyur. Qeyd edək ki, elə şeirdəki misralardan gəncəlilərin Türk ordusunun şanlı döyüş yolu və rəşadətindən kifayət qədər hali olduğu sezilir: Gəncədə çalındı azadlıq suru, Qovdu ürəklərdən zülməti, qoru, Dağıt düşmən quran məkrli toru, İrəli, irəli, ər Paşam Nuru! Çanaqqala - nurlu şəhidlik yolu, Türk aslanlarının bükülməz qolu, Allahım, sən özün onları qoru, İrəli, irəli, ər Paşam Nuru! İstanbuldan gəldin Gəncəyə doğru, Haydı, gavurlara anlat bu zoru, Gəncədən Bakıya zəfərdir yolu, İrəli, irəli, ər paşam Nuru! Ər paşam Nuru, Ər paşam Nuru, Turanın Aslanı, Nər Paşam Nuru! Yeniyetmə ikən rəşadətli Nuru Paşanı görmüş Salman Əhmədli 70 illik bir ömür yaşayacaq, ədəbiyyat aləmində az-çox tanınacaq, Əhməd Cavad, Hüseyn Cavid kimi şəxsiyyətlərlə dostluq edəcək, Gəncə Pedaqoji Texnikumunda müəllim işləyəcəkdi. Yazıçılar İttifaqının Gəncə şöbəsinin sədr müavini Salman Əhmədli güllələnmiş Mikayıl Müşfiqə şeir həsr etdiyi və "Ədəbiyyat qəzeti"nə göndərdiyi üçün repressiya olunaraq ailəsi ilə birgə sürgünə də göndəriləcək, oradan döndükdən sonra sovet yarımhəqiqət mühitinə ürək qızdırmadan, sakitcə, cavanlıqda daddığı azadlığın xatirələri ilə yaşayacaq, iç dünyasının, özünün sufi, "məcnun" ömrünün mənasına çevrilən, fəlsəfi motivlərlə dolu, "Leyli-Məcnun" mənzum romanını arxayın-arxayın, düz 33 il ərzində yazaraq ömrünün sonlarında başa çatdıracaqdı.(image3) Salman Əhmədli 1902-ci ildə Gəncədə doğulmuşdu. Ziyadoğlular nəslindən olan atası İmamqulu Əhməd oğlu "Difai" milli təşkilatının üzvü idi və 1920-ci ildə bolşevik işğalına qarşı Gəncə üsyanında həlak olmuşdu. Anası Münəvvər Saleh bəy qızı Azərbaycan Cümhuriyyətinin tanınmış simalarından olan Nağı bəy və Məmmədbağır bəy Şeyxzamanlıların böyük bacısı idi. Cümhuriyyət qurularkən Salman kifayət qədər yetkin bir gənc idi. Şəhər gimnaziyasını bitirdikdən sonra, hələ 15-16 yaşında ikən Gəncə məktəblərində müəllimlik edirdi. Cümhuriyyətçi dayılarının, onların silahdaşları Nəsib bəy Yusifbəylinin, Xasməmmədli və Ziyadxanlı qardaşlarının, həmin Hüsaməddin Tuğacın (sürgündən qaçırılmış bu türk ordusu polkovnikinin yaralarını Salman öz əlləri ilə sarımışdı) və digərlərinin şəxsiyyətləri gənc Salmanın formalaşmasında dərin izlər buraxmışdı. O, 1920-ci il bolşevik istilasının əzabını öz üzərində hiss edənlərdən olub. Atasını, dayısı Məmmədbağır bəyi və digər yaxınlarını itirməsi bir yana, özü də Gəncə üsyançılarına yemək apararkən düşmən topunun mərmisinə tuş gəldi. Bədəninin sol tərəfi mərmi qəlpələri ilə doldu. Ağır yaralı, huşunu itirmiş Salmanı qaçhaqaç düşmüş küçələrdən çıxararaq məscidə qoymaq mümkün oldu. Amma əsgərlər məscidə də soxuldular. Salmanı xilas edən onun başının altına qoyulmuş Quran oldu. Bir tatar əsgər bu Kitaba görə onu güllələnməyə qoymadı. Bir neçə gün məsciddə, daha 10-12 gün evdə huşsuz qaldıqdan sonra Salmanda birdən-birə həyat əlamətləri hiss olundu. Ona damcı-damcı bəhməz verməyə başladılar. Məşhur gəncəli həkim Polyakov Salmanın bədənindəki qəlpələrin bəzisini çıxardı. Amma onların bir qismi Gəncə üsyanından yadigar kimi ömrünün sonunadək Salmanın bədənində qaldı. Beləcə, Salman Əhmədli həm hərfi, həm də məcazi mənada ürək tərəfi ovulmuş halda sovet dövrünə qədəm qoydu. Qayıdaq 1918-ci ilin Gəncəsinə. Kifayət qədər tanınmış musiqiçi və tarzən, "Seyfəlmülk" adlı operanın müəllifi, Türkiyədə təcrübə keçmiş və öz təcrübəsini öyrətmiş, oradan ud və kanonu Azərbaycana gətirmiş, Gəncədə ilk musiqi məktəbi açmış, dünya musiqisinə dahi bəstəkar Fikrət Əmirov kimi oğul bəxş etmiş Məşədi Cəmil Əmirov o vaxt şəhərdə bir uşaq xoru da yaratmışdı. Salmanın şeiri Məşədi Cəmilin diqqətini çəkir və ətrafdaki qəhrəmanlıq ab-havası onu şeiri marş halına salmağa sövq edir. Məşədi Cəmil şeirə türk musiqisi motivli bir hava yazır və onu həmin uşaq xoru ilə təntənəli şəraitdə, Bakının alınması uğrunda döyüşlərə yollanan Azərbaycan-Türk əsgərləri qarşısında ifa edir.(image4) Bu marş 1919-cu il mayın 28-də Gəncədə Cümhuriyyətin bir illiyi münasibətilə təşkil olunmuş şənliklərdə də səslənir. İlk Azərbaycan ordu marşı sayıla biləcək bu əsərin ilk ifaçıları arasında böyük müğənnimiz, o zaman Gəncədə yaşayan gənc Bülbülün də olduğu ehtimal edilir. Salman Əhmədlinin oğlu Bəşir müəllimin söylədiklərindən də bu qənaətə gəlmək olur: "Mənim qardaşım, xalq artisti, mərhum Mobil Əhmədov 1950-ci illərin sonunda Azərbaycan Dövlət Konservatoriyasında milli vokal məktəbimizin banisi, böyük müğənni və pedaqoq, professor Bülbülün tələbəsi idi. Yay tətili zamanı Mobil, həmişə olduğu kimi, Gəncədə idi. Bir gün atam öz yazı dəftərindən əski əlifba ilə yazılmış bir şeiri asta səslə, avazla oxuyaraq Mobilə öyrətdi və ona dedi ki, "bu nəğməni müəllimin Bülbülə oxuyarsan, ancaq elə edərsən ki, nəğməni oxuyarkən yanınızda hökumət adamı olmasın". Bakıya gedəndən sonra Mobil atam öyrədən həmin nəğməni müəlliminə oxuyur. Bülbül nəğməni dinləyir, təkrarən oxumasını Mobildən istəyir və özü də onunla birlikdə oxuyur. Mobilə deyir ki, "sənin bu nəğmən məni 40 il əvvələ apardı, gəncliyimi xatırladım". Və öz təbirincə "Müğbil, mən onsuz da bilirdim ki, sən mənim gəncliyimlə və taleyimlə bağlı olan müqəddəs Gəncəmdənsən, kimin nəvəsi və kimin oğlu olduğunu isə indi bildim. Bu, Azərbaycanın ilk təntənəli marş nəğmələrindəndir. Musiqisini not yazısına köçürüb Fikrətə (bəstəkar Fikrət Əmirov - red.) vermək lazımdır. Atasından yadigardır" deyib. Mobil söyləyirdi ki, belə də oldu. Mobil və tələbə dostu Firuddin Mehdiyev musiqini nota köçürüblər və Bülbülün telefon zəngindən sonra onu aparıb Fikrət Əmirova veriblər. Bir qədər sonra Fikrət Əmirov "Azərbaycan kapriççiosu"nu yazdı və həmin nəğmənin intonasiyaları bu əsərdə, eləcə də onun tərtibatı ilə Əhsən Dadaşovun ifa etdiyi "Bayatı-Şiraz" rəngində yer aldı".(image5) On illərlə yalnız ürəklərdə gəzən bu marşı, nəhayət, Azərbaycan Cümhuriyyətinin 90 illiyinin qeyd olunduğu günlərdə ictimaiyyətin diqqətinə çatdırmağa müvəffəq olduq. Əski əlifba ilə yazılmış saralmış dəftərləri, eləcə də insan yaddaşını söz-söz incələyərək, o şərəfli günlərdən yadigar qalmış bu marşı bərpa etmək mümkün oldu. İlk səsləndiyindən düz 90 il keçdikdən sonra bu təntənəli nəğməni elə həmin Salman Əhmədlinin oğlu, Bəşir Əhmədli gəncəli qocaman tarzən Hüseyn Verdiyevlə birgə ifa etdilər. Həmin səhnəni bu sətirlərin müəllifi olan bəndəniz özünün "Cümhuriyyətə doğru üç addım" adlı sənədli filminə daxil etdi və bu film 2008-ci il mayın 28-də "Space TV" ilə nümayiş olundu. Fikrimizcə, tarixçəsini nəql etdiyimiz bu ilk ordu marşımıza peşəkar musiqi qurumlarımız tərəfindən də layiqli diqqət göstərilməsi zəruridir. Zakir MURAD, Gəncə Media Mərkəzi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio