ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Amerikanın nüfuzlu “Newsweek” jurnalı aprelin 24-də ABŞ administrasiyasının “erməni soyqırımı”nı tanımağa hazırlaşdığı haqda fikirlərlə bağlı İrəvan-Ankara münasibətlərinə nəzər salıb. Jurnalın məqaləsində deyilir ki, 1984-cü ildən bu yana növbəti dəfə erməni məsələsi apreldə Vaşinqtonun gündəmində yer tutacaq. Bu dəfə də Amerikadakı erməni lobbisi bəzi konqresmenləri “soyqırım”ın tanınmasına inandırmağa çalışır. Konqresin digər üzvləri isə Türkiyə ilə münasibətlərin pisləşəcəyindən ehtiyat edərək bunun qarşısını almağa çalışırlar. “Konqres üzvləri heç də tarixi öyrənmək həvəsində deyillər, lakin onlar daxildəki güclü lobbilərin istəyini nəzərə almalı olurlar. Belə bir vaxtda Türkiyə bəyan edir ki, Konqresin ”soyqırım"ı tanıması ona qarşı təhqir olardı. Amerika hökumətində isə etiraf edirlər ki, Türkiyə mühüm müttəfiqdir, onun ərazisində Amerikanın “İncirlik” aviabazası var və bu baza İraqdakı əməliyyatlar üçün həyati önəm daşıyır. Buna görə də hökumət hər il Konqresi başa salmağa çalışır ki, erməni soyqırımı haqda qərar vermək olmaz. Kuluarlarda Amerikadakı yəhudi lobbisi də bu qərara qarşı çıxır, baxmayaraq ki, bu il Türkiyə ilə İsrail arasında münasibətlər heç də yaxşı deyil. Nəhayət, Nümayəndələr Palatasının rəhbərliyi hər dəfə erməni qətnaməsinin müzakirəsini təxirə salır və bu məsələnin üstünü bir müddət örtür. Ancaq növbəti il məsələ yenidən gündəmə gəlir". Jurnal yazır ki, bu il Konqres məsələyə baxmazdan əvvəl nəzərə almalıdır ki, dondurulmuş Ermənistan-Türkiyə münasibətlərində hazırda ərimə müşahidə edilir. Bu isə erməni və türk xalqları arasında münasibətlərin nizamlanması üçün ilk addım ola bilər. Məqalədə ötən ilin sentyabrında Türkiyə prezidenti Abdullah Gülün İrəvana səfəri, Ermənistan prezidenti Serj Sərkisyanın bu yaxınlarda baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşü də xatırladılır. Məqalədə qeyd edilir ki, xarici işlər nazirləri Əli Babacan və Edvard Nalbəndyan müntəzəm görüşürlər. Onların hər ikisi danışıqların gedişi haqda optimist danışırlar. “Danışıqlarda irəliləyiş əldə edilməsi mümkündür, çünki ermənilər diqqəti konkret məsələyə - Ermənistan-Türkiyə sərhədlərinin açılmasına yönəldiblər. Bu sərhədin açılması Ermənistan üçün həyati əhəmiyyət kəsb edir. Danışıqlar zamanı hər iki tərəf müdriklik göstərərək ”soyqırım" məsələsindən qaçıblar. Eyni zamanda qeyd ediblər ki, bu məsələ də nə zamansa çözülməlidir və iqtisadi münasibətlərin inkişafı soyqırım məsələsinin də həllini asanlaşdıra bilər. Ancaq pərdə arxasından erməni lobbisi soyqırım məsələsinin tanınmasında israr edir. Buna görə də heç bir türk hökuməti bu cür problemlərin davam etdiyi bir vaxtda Konqres tərəfindən erməni “soyqırımı”nın tanınmasından sonra sərhədləri aça bilməz", - deyə jurnal yazıb. “Newsweek”in qənaətinə görə, ehtimal var ki, Türkiyə ilə Ermənistan öz aralarında soyqırım mübahisəsini də həll edə biləcəklər. Bir şərtlə ki, onlar “həqiqətən soyqırım olubmu” sualı ətrafında araşdırmalar aparmaqda anlaşsınlar. Jurnal Türkiyə baş nazirinin bu məsələni araşdırmaq üçün tarixçilərdən ibarət ortaq komissiyanın qurulmasını təklif etdiyini xatırladıb. Ermənistan isə bu ideyanı rədd edirdi, ancaq son zamanlar erməni hökumətinin mövqeyində bir qədər yumşalma hiss olunur. “Ancaq irəliləyiş nəzərəçarpan səviyyədə deyil. Türkiyə Cümhuriyyətinin ilk illərində Mustafa Kamal Atatürk erməni qırğını haqda danışarkən bunu ”biabırçı hadisə" adlandırıb. Ancaq Osmanlı imperiyasının keçmiş məmurlarından heç kim cəzalandırılmayıb. Bu gün isə Ərdoğan birgə araşdırma təklif edir. Lakin öz növbəsində Ermənistan da Osmanlı ermənilərinin ruslarla işbirliyini və türklərə qarşı kütləvi qətllərini araşdırmağa razı olmalıdır. Bu iki bir-birinə zidd tarixi məqamın araşdırılması vaxt tələb edir. Konqres isə erməni lobbisini mükafatlandırmaqdan çəkinərək bu anlaşmaya kömək etməlidir". Jurnal yazıb ki, əslində Amerikadakı erməni lobbisi də səylərini “soyqırım”ın tanınmasına yox, Türkiyə ilə Ermənistan arasında anlaşma əldə edilməsinə yönəltməlidir. Məqalədə deyilir ki, Türkiyə ilə Ermənistan arasında yaxşı münasibətlər ABŞ-ın Qafqazdakı maraqlarına da uyğundur. Belə münasibətlər mövcud olsa, Xəzər və Mərkəzi Asiya regionundan enerji daşıyıcılarının Qərbə nəqli daha təhlükəsiz olar. Həmçinin Türkiyənin Ermənistanla münasibətlər qurması İrəvanı Dağlıq Qarabağ münaqişəsindəki indiki staus-kvonu dəyişdirməyə də inandıra bilər. “Konqres və digərləri nəzərə almalıdır ki, bu il Ermənistanla Türkiyə arasında barışıq üçün real imkanlar yaranıb. Əgər bu imkan əldən çıxarsa, o zaman Konqres soyqırım məsələsinə hər zaman yenidən qayıda bilər”. F.MƏMMƏDOV musavat
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio