ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
İstənilən müharibə dəhşətlidir, fəlakətdir, yüzlərlə və minlərlə insanın kədəridir, lakin müharibə xüsusilə günahsız insanlar qətlə yetirildikdə daha dəhşətli və faciəvi olur. Məhz belə bir hadisə Xocalıda baş verib: artıq geri çəkilən dinc sakinlər, heç bir hərbi təhlükə törətməyən qadınlar, qocalar və uşaqlar Ermənistan Silahlı Qüvvələri tərəfindən qəsdən məhv ediliblər. “Trend”in xəbərinə görə, bu barədə cümə günü Moskvada Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, adı çəkilən fondun Rusiyanın Azərbaycan Gənclər Təşkilatı və İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun birgə təşkilatçılığı ilə "Bakı" kinoteatrında təşkil olunan matəm gecəsinin açılışında bildirib. Bu insanlar aldadılaraq tələyə salınıb və amansızcasına güllələnib. Onlar günahsız idilər və yalnız etnik mənsubiyyətinə görə məhv ediliblər. Bu, Azərbaycan xalqının əsl soyqırımı idi,- deyə Leyla Əliyeva bildirib. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə Baş Əlaqələndiricisi Leyla Əliyeva bu faciəni erməni işğalçılarının suveren Azərbaycan ərazisində apardıqları etnik təmizləmə və təcavüz siyasətinin nəticəsi olan insanlığa qarşı cinayət adlandırıb. Onun sözlərinə görə, bu, Azərbaycan xalqının gözünü qorxutmaq üçün qəsdən həyata keçirilmiş aksiya idi. "Tarix Azərbaycan xalqının o zaman sınmadığını və gələcəkdə də sınmayacağını göstərdi", - deyə Leyla Əliyeva bildirib və qeyd edib ki, Xocalı faciəsi dəhşətli və qara səhifə kimi həmişəlik Azərbaycan xalqının tarixinə yazılıb. Onun sözlərinə görə, bu, həm də Azərbaycan xalqının gücünün və sarsılmazlığının nümunəsidir. Leyla Əliyeva bildirib ki, Azərbaycan xalqı heç vaxt tarixi torpaqlarının işğalı ilə barışmayacaq və ölkənin ərazi bütövlüyünün bərpa edilməsinə nail olacaq. "Bu gün biz Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində həlak olan insanların, Xocalı faciəsi qurbanlarının xatirəsini anırıq və dünya ictimaiyyətini bir daha bu faciəyə hüquqi və mənəvi qiymət verməyə çağırırıq. XXI əsrdə kiminsə tamahkar və milli maraqları naminə dinc insanların qətlə yetirilməsi yersizdir və bizim sizinlə vəzifəmiz bu münaqişə barədə informasiyaları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır",- deyə Leyla Əliyeva bildirib. O, həmçinin 2008-ci il 8 may tarixində tərəfindən İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə Baş Əlaqələndiricisi kimi "Xocalıya ədalət" kampaniyasının keçirilməsi barədə təşəbbüsün irəli sürüldüyünü bildirib. Onun sözlərinə görə, bu aksiyanın keçirilməsində məqsəd Azərbaycanlıların Xocalıda baş verən soyqırımı və Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ibarətdir. Doğma torpaqları uğrunda həlak olan heç bir azərbaycanlı unudulmayacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və bununla ədalət qalib gələcək, - deyə Leyla Əliyeva bildirib. Leyla Əliyeva Xocalı faciəsi şahidlərini - Zaur Əliyevi və Anar Usubovu səhnəyə dəvət edib. O zaman uşaq olan xocalılılar, erməni hərbçilərinin Azərbaycan şəhərinin dinc sakinlərini təhqir etmələri, vəhşilikləri və onları dəhşətli şəkildə qətlə yetirmələri barədə ağır təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. Bu günlərdə düynanın bir çox ölkələrində Xocalıda azərbaycanlıların soyqırımının 17-ci ildönümünə həsr olunmuş iri miqyaslı aksiyalar çərçivəsində "Xocalıya ədalət" veb-saytı da təqdim olunub. Tədbir Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra Heydər Əliyev Fondunun azərbaycanlıların soyqırımı və erməni-azərbaycan münaqişəsinin xronologiyasından bəhs edən "Xocalı. Bir şəhərin faciəsi" sədənli filmi nümayiş olunub. İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş katibi Elşad İskəndərov çıxışı zamanı dünyanın bir çox ölkələrində həyata keçirilən "Xocalıya ədalə" kampaniyasından danışıb. Dünyanın bir çox nöqtələrində baş verən və həyata keçirilən insanlığa qarşı cinayətlərlə bağlı İKT tərəfindən bir neçə proqram reallaşdrılır. Lakin, təhlillər göstərir ki, ən böyük haqsızlıq Xocalı soyqrımı ilə bağlıdır, çünki dünya bu hadisələrin arxasında hansı səbəblərin durduğunu və Dağlıq Qarabağ münaqişəsinin təkanverici qüvvəsinin nə olduğu barədə həqiqətlərin heç on faizini də bilmir. Buna görə, Leyla Əliyevanın bu təşəbbüsü dəstəklənib, - deyə İskəndərov bildirib. Onun sözlərinə görə, hazırkı kampaniyada məqsəd insanlığa, zidd idealogiyalara, təkcə başqa xalqları deyil, həmçinin artıq 20 ildir sülhün olmadığı dünyanın Zaqafqaziya kimi cənnət bir guşəsində münaqişəsi olan, öz xalqlarını da düzgün yoldan sapdıran idealogiyalara hüquqi və mənəvi qiymətin verilməsidir. İskəndərov qeyd edib ki, kampaniya hansısa xalqa qarşı yönəlməyib. Onun sözlərinə görə, kampaniya həm İKT-nin, həm də əsrlərlə öz qonşuları ilə, o cümlədən ermənilərlə sülh şəraitində yaşayan Azərbaycan xalqının maraqlarına cavab verir. "Xocalıya ədalət - Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və Ermənistan xalqının yoluxucu "Böyük Ermənistan" şovinizmi idealogiyasından azad edilməsidir, Xocalıya ədalət - həlak olan insanların xatirəsinə münasibətdə ədalətdir",- deyə o bildirib. İnsanlığa qarşı cinayət - Xocalıda azərbaycanlıların soyqırımına qarşı etirazını bildirən ilk rusiyalılarndan biri, yazıçı, "Qarabağın qanlı girdabı" kitabının müəllifi Yuri Pompeyev 1992-ci il 26 fevral tarixində baş verən hadisələr barədə öz təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, 1990-ci ilin qara yanvarından sonra Azərbaycana qarşı növbəti qanlı aksiyanın hazırlandığı məlum idi və o, 1988-ci ilin avqustunda bu məqsədlər üçün Qarabağa yerləşdirilmiş Rusiya ordusunun 366-cı motoatıcı alayının çıxarılması çağırışı ilə Rusiya rəhbərliyinə teleqram göndərməklə buna mane olmağa çalışıb. "Təəssüf ki, bunu etmək mümkün olmadı",- deyə üzr istəyən yazıçı bildirib. Tədbirin sonunda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan xalqının dözümlülüyü və tolerantlığından bəhs edən "Dua" filmi nümayiş etdirilib. Foyedə Xocalı faicəsindən bəhs edən foto-sərgi təşkil olunub, qonaqlara və aksiya iştirakçılarına tematik kitablar, jurnalar və broşüralar paylanıb.
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio