ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Məhərrəm Zülfüqarlı: "Mövcud problemlər qala-qala Ermənistanla hansısa əlaqələrin genişləndirilməsi Türkiyə Cümhuriyyətinin maraqlarına uyğun deyil" AKP hökumətinin Ermənistanla danışıqlarda Qarabağ şərtindən imtina etdiyi yönündə xəbərlər ciddiləşir. Məsələ ondadır ki, nə baş nazir Rəcəb Tayyib Ərdoğan bununla bağlı suala cavabında, nə də Türkiyənin Azərbaycandakı səfirliyi yaydığı açıqlamada həmin məlumatı birmənalı təkzib etməyib. Bəs bu gerçəkliyi əks etdirirsə, rəsmi Bakı hansı addımdarı atmalıdır? Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı deyir ki, Türkiyə ilə Ermənistan arasındakı problemlərin kökü daha əvvəllərə gedib çıxır. XX əsrin əvvəllərində Azərbaycan türklərinə qarşı həyata keçirilən qırğınlar kənara qoyularsa, Osmanlı dönəmində baş verən 1915-ci il hadisələriylə bağlı "soyqırım" iddiasını ermənilər hazırkı Türkiyə dövlətinə qarşı irəli sürürlər. Ramiz Mikayıloğlu Türkiyə rəsmiləri də dəfələrlə bəyanlayıblar ki, Azərbaycan xalqını, hakimiyyətini tək qoymayacaqlar, Qarabağ ermənilərin işğalı altında qaldığı müddətdə Ermənistanla sərhədlər açılmayacaq, diplomatik münasibətlər qurulmayacaq. Buradan belə nəticə çıxarmaq olar ki, əgər ermənilərlə Türkiyənin öz problemi olmasaydı, ancaq Qarabağ məsələsinə görə Ankara bu cür mövqe tutsaydı, narahatçılıq üçün hansısa əsas olardı. Yəni düşünülərdi ki, AKP hökuməti Azərbaycanı müəyyən müddət müdafiə edəndən sonra öz dövlət maraqlarına uyğun olaraq Ermənistanla hansısa əlaqələr yaratmaq qərarına gəlib: "Amma yaddan çıxarmaq lazım deyil ki, Türkiyənin ermənilərlə və Ermənistanla problemləri var. İnandırıcı deyil ki, qardaş ölkədə hakimiyyətdə təmsil olunan hazırkı qüvvələr bunu yaddan çıxarsınlar, ancaq Qarabağ məsələsində güzəştə getməklə hansısa əlaqə yaratmağa çalışsınlar. Türkiyə rəsmiləri də açıqlama veriblər ki, siyasətlərində heç bir dəyişiklik yoxdur. Mən bir tarixçi kimi tam əminliklə deyirəm ki, mövcud problemlər qala-qala Ermənistanla hansısa əlaqələri genişləndirilməsi Türkiyə Cümhuriyyətinin maraqlarına uyğun deyil". Məhərrəm Zülfüqarlı qeyd etdi ki, əgər belə olarsa, bundan Azərbaycanla müqayisədə Türkiyə daha çox ziyan çəkəcək. Tarix elmləri namizədi inanmır ki, AKP hökuməti belə bir addım atsın. Məhərrəm Zülfüqarlı onu da vurğuladı ki, Türkiyənin hazırkı rəhbərliyi Ermənistanla münasibətlərdə arzuolunmaz səhvə yol verərsə, "soyqırım", Şərqi Anadoluya ərazi iddiaları və Qarabağın işğalı aradan qalxmadan sərhədləri açıb İrəvanla diplomatik münasibətləri bərpa edərsə, bu halda rəsmi Bakının nə etməli olduğu da məlumdur. Onun sözlərinə görə, qardaş, dost olmasına baxmayaraq, hər bir ölkənin öz dövlət maraqları var: "Hər bir kəsin öz evi olduğu kimi hər bir ailə başçısı da öz problemini özü həll etməli, qardaşa elə də ümid bəsləməməlidir. Amma tarixən yaxınlardan, qardaşdan ummaq məsələsi olub. Əgər AKP belə addım atarsa, buna türk cəmiyyəti etirazını bildirər və həmin hakimiyyətin ömrü də uzun olmaz. İkincisi, rəsmi Ankara bu sahədə güzəştli addım atarsa, sabah ermənilər ərazi iddiaları və "soyqırım" iddialarına görə böyük bir məbləğdə təzminat ödənilməsi məsələcini qoya bilər. Yəni birinci güzəştin ardınca növbəti güzəşt tələbləri gələcək. Bir anlığa təsəvvür edək ki, Qarabağ məsələsində də Ankara yumşaq mövqe tutub. O halda Azərbaycan nə etməlidir? Azərbaycan yenə də öz gücünə arxalanmalıdır. Yəni iqtisadiyyatını, ordusunu gücləndirməli, diplomatlarımız beynəlxalq arenada öz səylərini aktivləşdirməlidirlər. Çalışmalıyıq ki, beynəlxalq aləmdə bizə olan dəmtəyi genişləndirək". Məhərrəm Zülfüqarlı dedi ki, Azərbaycanın son illər atdığı addımlar, iqtisadi inkişafı deməyə əsas verir ki, biz zəif, hansısa qardaşdan asılı ölkə deyilik. Əslinə, çox ölkələrin bizə ehtiyacı var. Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmələrini, "Nabucco" layihəsini nəzərdən keçirsək görərik ki, onların bizim sərvətlərə ehtiyacı var və Azərbaycandan xeyir götürürlər. Bu neft və qaz kəmərlərinin keçdiyi Gürcüstan, Türkiyə və digər ölkələr xeyir qazanırlar. Yadda saxlamaq lazımdır ki, Azərbaycan varlı, sərvəti olan ölkədir. Tarixən bu sərvətlərə müxtəlif ölkələr göz dikiblər və bundan bəhrələniblər. İndikit dövrdə sadəcə, Azərbaycan dövlətçiliyi gəncdir, cəmi 18 ildir ki, müstəqillik əldə etmişik: "Müəyyən problemlər var ki, biz buna görə kimdənsə, hansı qardaşdansa nəyisə umurduq. Amma indi artıq Azərbaycanın kifayət qədər imkanları var ki, bu cür nələrsə ummaqdansa, özünə arxalanmağa üstünlük versin. Mənə elə gəlir ki, bu proses artıq gedir. NATO standartlarına uyğun ordumuz formalaşır. Böyük dövlətlərlə bərabər səviyyədə əməkdaşlıq qurulur. Ukrayna və Rusiya arasında qaz münaqişəsindən sonra Avropadakı toplantıda Azərbaycan prezidentinin necə qarşılanması hamımızın gözü qarşısındadır. Biz bütünlardan yararlanıb, gələcəkdə problemlərimizi özümüz həll etməyə çalışmalıyıq. Kiminsə öz dövlət maraqlarına uyğun addım atması bizə təəccüblü gəlməməlidir. Bir daha deyirəm ki, Türkiyənin belə addım atacağına inanmıram. Belə bir addım atacağı halda da bunu faciəyə çevirməməliyik. Öz gücümüz hesabına gələcəkdə problemlərimizin həllinə çalışmalıyıq".
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio