SON XƏBƏRLƏR

İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib

2026.10.25, 19:30
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib

Gunaz.tv

İranın ABŞ-yə Hörmüz boğazında gəmiçilik fəaliyyətinin bərpası ilə bağlı yeni təklif irəli sürdüyü bildirilir. Təklifə əsasən, Tehran ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılması müqabilində boğazda gəmiçiliyin yenidən bərpasına imkan verməyə hazırdır.

“Əl-Ərəbiyyə” telekanalının yaydığı məlumata görə, İran bu təklifi Pakistan vasitəsilə Vaşinqtona çatdırıb.

Məlumatda həmçinin bildirilir ki, Tehran Pakistan tərəfinə ABŞ ilə danışıqları yenidən başlatmağa hazır olduğunu çatdırıb.

İran rəsmiləri hələlik yayılan məlumatla bağlı rəsmi açıqlama verməyiblər. Buna görə də təklifin detalları və Vaşinqtonun mümkün reaksiyası barədə əlavə məlumat yoxdur.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar