SON XƏBƏRLƏR

Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!

2026.10.27, 17:27
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!

Gunaz.tv

İranın Ekspertlər Şurasının üzvü Əhməd Xatəmi Müctəba Xameneinin İranın yeni rəhbəri seçilməsinin «Allahın işi və ilahi iradə» olduğunu iddia edib. Bu açıqlama İranda dini ritorikanın siyasi hakimiyyətin əsaslandırılması üçün necə istifadə olunduğunu bir daha nümayiş etdirir.

Xatəmi oktyabrın 27-də Kirman vilayətinin Rədbər rayonunda din tələbələri qarşısında çıxış edərkən bildirib ki, Müctəba Xamenei seçildikdən sonra bütün qüvvələr, qurumlar, parlament və xalq onu dəstəkləyib və bundan sonra da qətiyyətlə dəstəkləyəcək.

O, İsrailin Qum şəhərində Ekspertlər Şurasının katibliyinə zərbə endirməsinə toxunaraq, rəhbərin seçilməsinə mane olmaq məqsədinin güdüldüyünü iddia edib. Xatəminin sözlərinə görə, bombardman təhlükəsinə baxmayaraq, rəhbərin təcili seçilməsini tələb edib.

Xatəmi seçki prosesinin cəmi bir dəqiqəlik çıxışla başa çatdığını da bildirib. Onun iddiasına görə, Müctəba Xameneinin seçilməsinin Trampı məyus edəcəyini söylədikdən sonra Şura üzvləri təkbir gətirib və «iş bitib».

Beləliklə, Xatəminin «ilahi iradə» kimi təqdim etdiyi qərarın təsvirində bir dəqiqəlik çıxış, siyasi hesablamalar və Şura üzvlərinin reaksiyası əsas yer tutur. Hakimiyyətin qərarını Allahın iradəsi ilə əlaqələndirmək isə seçimin necə və hansı müzakirələr əsasında həyata keçirildiyinə dair sualları cavablandırmır.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar