SON XƏBƏRLƏR

İranda iki Litva vətəndaşı həbs edilib

2026.10.28, 09:39
İranda iki Litva vətəndaşı həbs edilib

İranda iki Litva vətəndaşı həbs edilib.

Gunaz.tv

Bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik Litva vətəndaşlarının həbsi ilə bağlı İran hakimiyyətindən rəsmi məlumat aldığını açıqlayıb. 

Nazirlik mediaya bildirib ki, məhbusların şəxsi həyatına hörmət etmək zərurəti və onların razılığı alınmadan saxlanılanların şəxsiyyəti və ya həbslərinin səbəbləri və təfərrüatları barədə məlumat vermək mümkün deyil.

Bundan əvvəl isə Litva polisi İrana səfəri zamanı ölkənin iki qadın vətəndaşı Daiva Zakazauskaite və Erika Şlemaitenin itkin düşməsi barədə məlumat versə də, Litva Xarici İşlər Nazirliyi hələlik həbs olunan vətəndaşların adlarını açıqlamayıb.

“Saxlanılan şəxslərin lazımi konsulluq yardımı almasını təmin etmək üçün bütün səylərimizi göstərməyə davam edirik”Litva Xarici İşlər Nazirliyi həmçinin bildirib.

Hələlik saxlanılma səbəbləri, mümkün ittihamlar və ya iki vətəndaşın harada saxlanıldığı barədə heç bir məlumat yayılmayıb.

Litva polisi əvvəllər Daiva Zakazauskaite və Erika Šlemaitenin 7 oktyabrda Litvadan Türkiyəyə, oradan isə İrana səyahət etdiklərini bildirmişdi. Polisin məlumatına görə, ailələri 11 oktyabrdan bəri onlarla əlaqə saxlaya bilməyiblər.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar