SON XƏBƏRLƏR

İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma 

2026.10.28, 19:31
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma 

Gunaz.tv

İranda illik inflyasiya 76,8 faizə yüksəlib. Ölkədə xüsusilə ərzaq məhsullarının qiymətləri kəskin artıb.

İranın Statistika Mərkəzinin məlumatına görə, bu ilin Mehr ayında (sentyabrın 23-dən oktyabrın 22-dək) yağın qiymətində illik müqayisədə 255 faiz, süd, pendir və yumurtanın qiymətlərində isə 154 faiz artım qeydə alınıb.

Yağ məhsulları üzrə qiymət artımı hətta əvvəlki ən yüksək göstəriciyə malik əsas istehlak qrupunu — tütün məhsullarını da üstələyib. Tütün məhsullarında illik bahalaşma 163,2 faiz təşkil edib.

Məlumatda bildirilir ki, 1404-cü ilin Şəhrivər ayında (2025-ci ilin avqust-sentyabr ayları) yağ və piy məhsullarında illik qiymət artımı 48,7 faiz, süd, pendir və yumurtada isə 46,2 faiz olub. Beləliklə, bir il ərzində bu iki məhsul qrupunda qiymət artımının sürəti üç dəfədən çox yüksəlib.

Statistika Mərkəzinin açıqlamasına əsasən, Mehr ayında İranda aylıq inflyasiya 4,4 faiz, illik müqayisədə nöqtədən-nöqtəyə inflyasiya 88,7 faiz, son 12 ay üzrə orta illik inflyasiya isə 76,8 faiz olub.

Qiymət artımı kənd yerlərində daha kəskin qeydə alınıb. Kənd ərazilərində nöqtədən-nöqtəyə inflyasiya 107 faizə, şəhərlərdə isə 85,5 faizə çatıb. İki göstərici arasındakı fərq 21,5 faiz bəndi təşkil edib.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar