SON XƏBƏRLƏR

İranda enerji idxalı yetərli olmasa, qışda elektrik stansiyalarında mazut yandırıla bilər

2026.10.30, 11:18
İranda enerji idxalı yetərli olmasa, qışda elektrik stansiyalarında mazut yandırıla bilər

İran bu qış elektrik stansiyalarında mazutdan istifadə etməməyə çalışır. Lakin enerji istehlakı azalmayacağı və idxal hesabına tələbat ödənilməyəcəyi təqdirdə, mazut yandırmaq məcburiyyətində qalına bilər.

Gunaz.tv

Bu barədə hökumətin Enerji Səmərəliliyinin Optimallaşdırılması Agentliyinin rəhbəri bildirib.

İsmayıl Saqab-Esfəhani qeyd edib ki, istifadə olunacaq mazutun miqdarı əhali və sənaye müəssisələrinin enerji istehlakını nə dərəcədə azaltmasından, eləcə də enerji idxalının mümkünlüyündən asılı olacaq.

Onun sözlərinə görə, hazırda nə qədər mazutdan istifadə ediləcəyini proqnozlaşdırmaq hələ tezdir.

Qeyd edək ki, mazutdan istifadə hava çirkliliyinin artmasına səbəb olur və bu insan sağlamlığı üçün təhlükəlidir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar