SON XƏBƏRLƏR

İranda daha 19 bəluc həbs edilib

2026.10.31, 09:19
İranda daha 19 bəluc həbs edilib

İran Kəşfiyyat Nazirliyinin yerli bölməsinin əməkdaşları Sistan və Bəlusitan əyalətində 19 nəfəri həbs ediblər.

Gunaz.tv

Bu haqda nazirliyə istinadən İran televizyası məlumat yayıb.

İddiaya görə, həbs edilənlərin bir neçəsinin Amerika və İsraillə əlaqələri olub və İranşəhr şəhərində bir sıra polis qüvvələrinin öldürülməsində iştirak ediblər. Daha üç nəfər müdafiə və təhlükəsizlik mərkəzləri haqqında məlumat toplamaqda və göndərməkdə günahlandırılıblar.

Kimliyi açıqlanmayan müttəhimlərin bir neçəsinin xaricdən ölkəyə daxil olduqları və onlardan silha-sursat aşkarlanaraq götürüldüyü bildirilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar