SON XƏBƏRLƏR

Ejeidən xaricdəki iranlıların məhkəmə işləri ilə bağlı göstəriş

2026.11.01, 08:09
Ejeidən xaricdəki iranlıların məhkəmə işləri ilə bağlı göstəriş

Gunaz.tv

İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsüni Ejei, onun sözlərinə görə, İrana qarşı fəaliyyət göstərmiş xaricdə yaşayan iranlıların işlərinə baxılmasının sürətləndirilməsini tələb edib.

Ejei bildirib ki, qanunvericilikdə bəzi işlərə növbədənkənar və prioritet qaydada baxılması nəzərdə tutulub. O, xaricdə yaşayan bəzi şəxslərin işlərinin də eyni qaydada araşdırılmalı olduğunu vurğulayıb.

İranın məhkəmə hakimiyyətinin rəhbəri həmçinin onun iddiasına görə, “düşmənə hədəflər barədə məlumat ötürən” şəxslərin işlərinə təcili baxılmasını istəyib.

Bu açıqlama İran rəsmilərinin “düşmənlə əməkdaşlıq” və “milli təhlükəsizliyə qarşı fəaliyyət” kimi ittihamlardan dəfələrlə tənqidçiləri və müxalifləri təqib etmək üçün istifadə etdiyi bir vaxtda səslənib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar