İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda azlıqlara qarşı ayrı-seçkilik məhkəmə sistemində də yayılıb - Sato
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Türkiyənin Milli Təhlükəsizlik Şurası müharibənin davam etməsi ilə bağlı xəbərdarlıq edib
İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək
Husilər Mədinəyə hücum etdilər
Neftin qiyməti düşdü
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci dəniz piyada diviziyası göndərir
Türkiyə Suriya və İranın proksi qüvvələri arasında gizli görüşə ev sahibliyi edib
Dolların nəzarətsiz bahalaşması; hökumətin gecikmiş tədbirləri
Ukrayna və Avropa İttifaqı Kiyevin maliyyə və müdafiə ehtiyaclarının qarşılanması barədə razılaşıb
İran hərbçiləri daha bir gənci güllələdi
Mərənddə bir ailənin dörd üzvü öldürüldü
Bəluclara qarşı qanlı repressiyanın ildönümü yad edilib
Ermənistan İrana qarşı sanksiyalara qoşula bilər
Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Sistan və Bəlucistanda silahlı qarşıdrma- 6 nəfər həlak oldu
Qazaxıstan Rusiyaya nota verib
Abbas Lisaninin müalicəsinə icazə verilmir
Həmədanda iş qəzaları- 147 nəfər...
Bakıda TDT müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir
Britaniya səfiri: Etibarlı tərəfdaşlıq hər zamankından daha önəmlidir
ABŞ İranın dəniz blokadasının bərpasından sonra 125 ticarət gəmisinin istiqamətini dəyişib
GünAz TV: Rəsmi Tehranın Azərbaycanı terrorçu qruplaşmaların fəaliyyətinə meydan verməkdə ittiham edərək rəsmi Bakıya nota verməsi iki qonşu dövləti arasında gərginliyi pik həddə çatdırıb.
İranın Xarici İşlər Nazirliyi Bakının İranın nüvə alimlərini qətlə yetirənləri Mossada təhvil vermək üçün sığınacaq verməsinə etirazını çatdırıb ki, bu da Azərbaycan hakimiyyətində qıcıq doğurub.
Elə Milli Məclisin tribunasından İrana qarşı sərt çıxışların səslənməsi, hətta Bakını anti-İran koalisiyasında (etilaf, birlik) yer almağa yönəlik çağırışlar, həmçinin Prezident Administrasiyasından (nəhade riyasəte cümhuri) verilən reaksiyalar (əksüləməl) da bunun sübutudur. Bu mənada İran-Azərbaycan arasında diplomatik müharibənin getdiyi aydın görünür. Düzdür, işğalçı Ermənistanı illərdir bağrına basan İranın Azərbaycana sərgilədiyi münasibət hər kəsə bəlli idi. Ancaq daim iki qonşu dövlət arasında ciddi problemlərin yaşanmadığı deyilir və dostluq-qardaşlıqdan bəhs olunurdu. Lakin son olaylar, Azərbaycanın dövlət başçısının təhdid olunması, Azərbaycan hakimiyyətinin İranı yazıçı Rafiq Tağının qətlində ittiham etməsi, Tehranın isə ən müxtəlif ittihamlarla Bakıya cavabı artıq münasibətlərdəki problemləri çılpaqlığı ilə ortaya qoyub. Münasibətlərin pozulmasında üçüncü qüvvələrin rol oynadığını deyənlər də var. Hesab olunur ki, Bakını İran əleyhinə koalisiyada yer almağa vadar etməkdən ötrə ssenari işə salınıb. İran-Azərbaycan münasibətlərinə müxalifət liderlərin öz münasibətləri var.
Müsavat Partiyasının başqanı İsa Qəmbər Müsavat Partiyasının bu məsələ ilə bağlı münasibətini dəfələrlə bildirdiyini söylədi: “Bizim marağımız bəllidir. İranda ciddi islahatların aparılmasında və İranın demokratikləşməsində maraqlıyıq. Hesab edirik ki, bu, İranın bütövlükdə dövlət kimi maraqlarına uyğundur, eyni zamanda İranda yaşayan 10 milyonlarla Azərbaycan türkünün də marağına tamamilə uyğundur. İndiki şəraitdə beynəlxalq birlik İrandakı vəziyyətlə bağlı ciddi narahatlıq ifadə etdiyi bir mərhələdə İran hakim rejimi vəziyyəti gərginləşdirməkdənsə, qonşu dövlətlərlə, xüsusən də Azərbaycan kimi önəmli bir qonşu dövlətlə problemlər yaratmaq əvəzinə, münasibətləri mümkün qədər yaxşılaşdırmaq və özünə yeni problemlər yaratmamaq barədə düşünməlidir. Azərbaycan hakimiyyəti isə özünün ənənəvi, yalnız rejim maraqlarını düşünmək siyasətinə son qoyub bu məsələdə bir tərəfdən Azərbaycanın dövlət maraqlarından çıxış etməlidir, digər tərəfdən isə haqqın, ədalətin, demokratiyanın yanında olmalıdır, İranda yaşayan milyonlarla soydaşımızın taleyinə biganə olmamalıdır. Bütün reallıqları nəzərə alaraq ölçülü-biçili siyasət aparmalıdır. Bu mürəkkəb situasiyada (vəziyyət) məhz haqqın, ədalətin, demokratiyanın, insanların yanında olmaq ən düzgün seçimdir və bu, Azərbaycan hakimiyyətinə də doğru qərarlar qəbul etməyə yardım edə bilər. Azad dünya ilə birlikdə olmaq səslənən təhdidlərin zəifləməsinə gətirər və Azərbaycanı gözləyən təhlükələrdən də qorumağa kömək edər.” Azərbaycanın anti-İran koalisiyasında yer alması barədə təkliflər də səslənir. Ancaq Müsavat başqanı deyir ki, hələlik İrana qarşı hərbi əməliyyatlar mövzusu fəal şəkildə müzakirə edilmir: “Mən bir daha fikrimi bildirirəm ki, Azərbaycan bu məsələdə haqqın, ədalətin, azadlığın və azad dünyanın yanında olmalıdır. Zamanı yetişəndə, bu mövzular fəallaşanda Azərbaycan hakimiyyəti və dövləti də bununla bağlı öz mövqeyini müəyyənləşdirməli və qərarlarını qəbul etməlidir. Hələ ki, mən hesab etmirəm ki, son qərarlar verməyə tələsmək lazımdır”. İran-Azərbaycan münasibətlərinin pozulmasında hansısa üçüncü qüvvənin rol oynadığı barədə deyilənlərə gəldikdə, İsa Qəmbər qeyd etdi ki, dünyada heç bir zaman sırf ikitərəfli münasibətlər kontekstində (zəminində) məsələləri dəyərləndirmək real olmur: “Dünyada müxtəlif dövlətlər, güclər, maraqlar var. Real siyasətin şahmatdan əsas fərqi odur ki, burda tək-təkə deyil, hamı hamı ilə yarışda iştirak edir. Təbii ki, ciddi dövlətlər qərar qəbul edərkən bütün reallıqları nəzərə alaraq mövqelərini müəyyənləşdirib qərarlarını qəbul etməlidirlər”.
KXCP sədri Mirmahmud Mirəlioğlu deyir ki, əslində İran-Azərbaycan münasibətlərindəki gərginlik bu günün söhbəti və mövzusu deyil: “Sadəcə, bu gün o, izhar olunur, görünür. Azərbaycan hakimiyyəti nəhayət ki, “ağıllandı” və Azərbaycan-İran münasibətlərini dilə gətirməyə özündə cəsarət tapdı. Gözünüzün qabağına Heydər Əliyev zamanını gətirin, bir neçə il bundan qabaq olanları, bizim elçiyə olan münasibəti, ümumiyyətlə, İran adlanan ərazidə Azərbaycan türkünə münasibətləri xatırlayın. Bizim hava, su sərhədlərimizin pozulmasını, hava məkanımıza, ərazimizə, coğrafiyamıza hücumları, ETTELAAT-ın Azərbaycanda at oynatmasını göz önünə gətirin. Dünyada analoqu olmayan məsələdir ki, vaxtilə İranın Bakıda böyükelçisi olan adam bu gün Azərbaycanda sərbəst şəkildə fəaliyyət göstərir. Yalnız Eskudero və Əfşar Süleymani nümunəsi var. Yəqin ki, indi İran-İsrail münasibətləri tündləşir və İranın da dairəsi getdikcə daralır deyə, Azərbaycan hakimiyyəti ona münasibət bildirir. Bəs, çox hörmətli Əli Həsənov bir az bundan qabaq İrana səfər etmişdi, gəlib çox böyük iddialarla danışırdı, nəticəsi nə oldu?”
KXCP sədri qeyd etdi ki, Azərbaycan hakimiyyəti bir illik Elçibəy hakimiyyətini az qala lağa qoyur, səriştəsiz deyir: “Bəs, bunların səriştəsi nədən ibarət oldu? Bunların masasının üstündə Azərbaycan bayrağını belə tərsinə asdılar, səriştə bu imiş? Hansı ki, elementar (ibtidai) bir işdir. Son durum göstərdi ki, Azərbaycan-İran münasibətlərinin özü baş-ayaqdır”. İndiki durumda nə etmək olar sualının cavabında M.Mirəlioğlu qeyd etdi ki, durum yalançı balanslaşdırılmış siyasətin sonunun çatdığını göstərir: “Bu səbəbdəndir ki, İran Azərbaycanla hədə dilində danışmağa başlayır. Azərbaycan hakimiyyətinin səriştəsizliyi, qorxaqlığı göz önündədir və bu, bizi təəssüfləndirir. Azərbaycan bu cür görünməməlidir. Bütün hallarda Azərbaycan və İran qonşudur. Azərbaycan isə müstəqil dövlətdir. Spikerin (parlament sədri) bir maraqlı açıqlaması oldu ki, prezident bütün məsələləri bilir və həll edəcək. Əgər bu məsələni bir nəfər həll edəcəksə, demək sabah bu münasibətlər bugünkündən də qat-qat pis olacaq”.
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, həm partiya, həm də “Qarabağ” Bloku olaraq məsələyə münasibət bildirib: “Biz hesab edirik ki, Azərbaycanla İran arasında münasibətlər ən yüksək səviyyədə saxlanmalıdır. Problemlər ortaya çıxanda onlar nota səviyyəsində yox, birbaşa kontaktlar vasitəsilə həll edilməlidir. Azərbaycanla İran arasında münasibətlərin kəskinləşməsində nə Azərbaycan, nə də İran maraqlı olmamalıdır. Hər iki ölkə öz ərazisindən qonşu dövlətə qarşı istifadə edilməsini mümkün qədər məhdudlaşdırmalıdır. Biz Azərbaycanla İran arasında münasibətlərin ən yüksək səviyyədə davam etməsinin tərəfdarıyıq”. S.Cəlaloğlu qeyd etdi ki, iki ölkə arasında yaranmış problemlərə iqtidarın məsələsi kimi baxılmasının əleyhinədir: “İran-Azərbaycan münasibətlərinin vəziyyəti dövlətin məsələsidir və dövlət də yalnız iqtidara aid deyil. İqtidarların səhv siyasətinin ödəncini həmişə xalq öz taleyi ilə ödəyir”. ADP sədri qeyd etdi ki, İranın Azərbaycan, Azərbaycanın da İranla bağlı hər hansı bir iddiası, yaxud narazılığı varsa, bunu danışıqlar yolu ilə həll etmək lazımdır: “İrandan sonuncu nota ilə bağlı konkret (müşəxxəs, açıq) faktlar (gərçək) tələb olunmalıdır ki, nəyə əsasən bu ittihamlar ortaya çıxıb. Əgər doğrudan da bu ittihamların əsası varsa, Azərbaycan ərazisindən hansısa terrorçu qüvvələr bu və ya başqa şəkildə istifadə edirsə, həqiqətən də Azərbaycan hökuməti bununla bağlı tədbirlər görməlidir. Bu, ilk növbədə Azərbaycanın özünün təhlükəsizliyi ilə bağlı məsələdir. Azərbaycan ərazisindən hər hansı bir terrorçu təşkilatların istifadə etməsi o deməkdir ki, sabah bu təşkilatlar eynilə Azərbaycanın özünə qarşı da müəyyən bir təhlükə törədə bilər. Bu baxımdan hay-küy qaldırmağa, qarşılıqlı ittihamlara ehtiyac yoxdur. Azərbaycan tərəfi də İranın notasının əsassız olduğunu rəsmi şəkildə ortalığa qoymalıdır, bəyanatlar, yaxud hansısa qurumların münasibəti, Milli Məclisdəki bəyanatlar şəklində yox. İranın hansısa faktı varsa, o faktlar Azərbaycan tərəfinə təqdim olunmalıdır və rəsmi Bakı da həmin faktlara münasibət açıqlamalıdır”. Yeni müsavat
N.S
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Əhvazda 9 qadın fəal mühakimə olundu
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Daha bir siyasi məhbus edama məhkum edildi
İranda qadın müğənniyə 74 şallaq cəzası
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib