SON XƏBƏRLƏR

 İranda 4533 məhsulun qiyməti 50 faizədək arta bilər

2026.11.01, 16:10
 İranda 4533 məhsulun qiyməti 50 faizədək arta bilər

Gunaz.tv

İran parlamentinin İqtisadiyyat Komissiyasının üzvü Hüseyn Səmsami hökumətin valyuta siyasətini tənqid edərək, 4533 adda məhsula güzəştli valyutanın ayrılmasının dayandırılmasının yaxın bir-iki ay ərzində qiymətlərin 40-50 faiz artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Səmsaminin “Didban-e İran” saytına verdiyi açıqlamaya görə, Sənaye, Mədən və Ticarət Nazirliyi Mərkəzi Bankdan yalnız bir neçə məhsul üçün 188 min tümən məzənnəsi ilə valyuta ayrılmasını istəyib. Digər məhsulların idxalı üçün valyutanın isə azad bazar məzənnəsinə yaxın qiymətlə təmin edilməsi nəzərdə tutulur.

Millət vəkili bildirib ki, bu qərar dörd mindən çox məhsulun qiymətinin süni şəkildə artırılması deməkdir.

Səmsami əvvəlki güzəştli valyuta siyasətinin ləğvindən sonra ərzaq məhsullarının qiymətində ciddi artım olduğunu xatırladıb. Onun sözlərinə görə, hazırkı qərar da oxşar nəticələrə gətirib çıxara bilər.

Qeyd edək ki, 40-50 faizlik bahalaşma rəqəmi Səmsaminin proqnozudur və hələlik rəsmi şəkildə təsdiqlənməyib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar