SON XƏBƏRLƏR

İranda elektrik enerjisinin qiyməti artırılır

2026.11.02, 20:28
İranda elektrik enerjisinin qiyməti artırılır

Gunaz.tv

İranda yaşayış xərclərinin artmaqda davam etdiyi bir vaxtda elektrik enerjisinin hesablanması qaydalarında dəyişiklik edilib. 

Noyabrın 1-dən etibarən elektrik enerjisi istehlakçılarının ödənişlərinə yeni qaydalar tətbiq olunur. 

Bu dəyişikliklər çərçivəsində elektrik stansiyalarında istifadə edilən yanacağın dəyəri də elektrik enerjisi hesablarına pilləli şəkildə daxil edilir.

İranın Elektrik Sənayesi üzrə sözçüsü Ehsan Zəbihzadə bildirib ki, elektrik stansiyalarına verilən yanacağın qiymətinin artırılması və Neft Nazirliyi tərəfindən yanacaq sertifikatları üçün yeni tarifin müəyyənləşdirilməsi nəticəsində elektrik enerjisinin topdansatış bazarında maksimal qiymət noyabrın əvvəlindən yüksəldilib.

Yeni dəyişikliklər İran vətəndaşlarının onsuz da artan gündəlik xərclər və alıcılıq qabiliyyətinin azalması ilə üzləşdiyi bir dövrdə həyata keçirilir. 

Elektrik stansiyalarının yanacaq təminatı ilə bağlı əlavə xərclərin istehlakçıların hesablarına daxil edilməsi ailələrin büdcəsinə əlavə yük yarada bilər.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar