SON XƏBƏRLƏR

ABŞ senatoru: “Xamenei və onun radikal rəhbərliyi ilə razılaşma əldə etmək mümkün deyil”

2026.11.02, 22:01
ABŞ senatoru: “Xamenei və onun radikal rəhbərliyi ilə razılaşma əldə etmək mümkün deyil”

Gunaz.tv

ABŞ-ın Montana ştatından olan respublikaçı senator Tim Şihi İranın rəhbəri Mücəba Xameneini və Tehran hakimiyyətinin siyasətini tənqid edərək, hazırkı rəhbərliklə hər hansı razılaşmanın əldə olunmasının mümkün olmadığını bildirib.

Şihi noyabrın 1-də “Fox News” telekanalına müsahibəsində İran rəhbərlərinin istənilən razılaşmanı zəiflətdiyini və üzərlərinə götürdükləri öhdəliklərdən yayınmaq üçün müxtəlif yollar tapdıqlarını deyib.

Senatorun sözlərinə görə, Tehranla mümkün razılaşma ABŞ-ın regional müttəfiqlərinin iştirakı və hərbi təminatla müşayiət olunmalıdır. O bildirib ki, bu, İranın öhdəlikləri pozacağı təqdirdə Vaşinqtona razılaşmanın icrasını təmin etmək üçün dərhal tədbir görmək imkanı verməlidir.

Şihi ABŞ ilə İran arasında təxminən yarım əsrdir davam edən qarşıdurmaya toxunaraq, bu gərginliyin yaranmasında İran İnqilab Keşikçiləri Korpusunu və hakimiyyətdəki radikal islamçı qüvvələri günahlandırıb. O, Tehran hakimiyyətinin hələ də “Amerikaya ölüm” şüarından istifadə etdiyini və qarşıdurmanı ABŞ ərazisinə daşımağa çalışdığını iddia edib.

Respublikaçı senator əvvəlki razılaşmaları da tənqid edərək, Vaşinqtonun maliyyə vəsaiti ayırmaq və sanksiyaları yumşaltmaq yolu ilə İranın öhdəliklərinə əməl edəcəyinə ümid etdiyini, lakin bunun nəticə vermədiyini bildirib.

Şihinin sözlərinə görə, Donald Tramp və komandası aralıq seçkilərindən sonra ABŞ-ın atacağı mümkün addımları nəzərdən keçirir. Bu variantlara İrana qarşı hərbi əməliyyatların bərpası, dəniz blokadasının davam etdirilməsi və diplomatik danışıqların aparılması daxildir.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar