SON XƏBƏRLƏR

ABŞ İran mövqelərinə qabaqlayıcı zərbələr endirir

2026.11.03, 15:13
ABŞ İran mövqelərinə qabaqlayıcı zərbələr endirir

ABŞ mümkün qarşıdurma halında dərhal qarşılıqvermə qabiliyyətini məhdudlaşdırmaq üçün İran mövqelərinə qabaqlayıcı zərbələr endirir.

Gunaz.tv

Kütləvi isformasiya vasitələrində yayılan xəbərlərə görə İranın Ərəb Körfəzi və Hörmüz Boğazı ətrafındakı mövqelərində partlayışlar davam edir.

İran tərəfinin təstiqlənməmiş iddialarına görə isə onlar ABŞ-nin iki "Lucas" dronunu zərərsizləşdirə biliblər.

Partlayışların isə Bəndər Abbasda, Bəndər Xəmirdə və Hörmüz boğazı ətrafındakı digər İran mövqelərində baş verdiyi qeyd edilir.

Bu partlayışların ABŞ tərəfindən endirilən zərbələr nəticəsində baş verdiyi və mümkün müharibə halında İranın dərhal qarşılıqvermə imkanlarını məhdudlaşdırmaq məqsədi daşıdığı bildirilir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar