SON XƏBƏRLƏR

İranda “Həmşəhri” qəzeti Avropa ölkələrini raket zərbələri ilə hədələyib

2026.11.03, 19:29
İranda “Həmşəhri” qəzeti Avropa ölkələrini raket zərbələri ilə hədələyib

Gunaz.tv

Tehran bələdiyyəsinə bağlı “Həmşəhri” qəzeti bugünkü sayının ön səhifəsində İran silahlı qüvvələrinin Britaniya və Avropa ölkələrindəki mümkün hədəflərini əks etdirən təsvir dərc edib.

Qəzet yazıb ki, “coğrafi məhdudiyyət olmadan qarşıdurma” strategiyasının qəbul edilməsi döyüşlərin Qərbi Asiyadakı ABŞ hədəflərindən kənara yayılması ehtimalını artırır. 

Nəşr Avropadakı ABŞ hərbi bazalarını, hava və dəniz qüvvələrinin yerləşdiyi məntəqələri, eləcə də logistika infrastrukturlarını İran raketləri üçün potensial hədəflər kimi göstərib.

Bundan iki gün əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahı, ordu komandanı Əmir Hatəmi və SEPAH komandanı Əhməd Vahidi Müctəba Xamenei ilə görüşüblər.

Görüşün fotosu yayımlanmasa da, Xameneinin ABŞ və İsrailə məxsus bütün maddi və qeyri-maddi obyektlərin İran silahlı qüvvələrinin hədəf siyahısına daxil edilməsi barədə göstəriş verdiyi bildirilib.

Həmçinin İran parlamentinin üzvü və keçmiş xarici işlər naziri Mənüçehr Müttəki ABŞ-la yeni hərbi qarşıdurma baş verəcəyi təqdirdə, Avropa ölkələrinin də münaqişəyə cəlb oluna biləcəyini bildirib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar