İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda azlıqlara qarşı ayrı-seçkilik məhkəmə sistemində də yayılıb - Sato
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Türkiyənin Milli Təhlükəsizlik Şurası müharibənin davam etməsi ilə bağlı xəbərdarlıq edib
İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək
Husilər Mədinəyə hücum etdilər
Neftin qiyməti düşdü
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci dəniz piyada diviziyası göndərir
Türkiyə Suriya və İranın proksi qüvvələri arasında gizli görüşə ev sahibliyi edib
Dolların nəzarətsiz bahalaşması; hökumətin gecikmiş tədbirləri
Ukrayna və Avropa İttifaqı Kiyevin maliyyə və müdafiə ehtiyaclarının qarşılanması barədə razılaşıb
İran hərbçiləri daha bir gənci güllələdi
Mərənddə bir ailənin dörd üzvü öldürüldü
Bəluclara qarşı qanlı repressiyanın ildönümü yad edilib
Ermənistan İrana qarşı sanksiyalara qoşula bilər
Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Sistan və Bəlucistanda silahlı qarşıdrma- 6 nəfər həlak oldu
Qazaxıstan Rusiyaya nota verib
Abbas Lisaninin müalicəsinə icazə verilmir
Həmədanda iş qəzaları- 147 nəfər...
Bakıda TDT müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir
Britaniya səfiri: Etibarlı tərəfdaşlıq hər zamankından daha önəmlidir
ABŞ İranın dəniz blokadasının bərpasından sonra 125 ticarət gəmisinin istiqamətini dəyişib
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair-yazar Namiq Hacıheydərlidir.
- Namiq bəy, hazırda dünya dəyişir və biz necə edə bilərik ki, bu ədalətsiz və ya ədalətli dünyada halal haqqımızı ala bilək?
- Əslində dünya yüzillik boyu, hər gün dəyişir. Dəyişən dünyada biz də dünyanın və zamanın tələblərinə uyğun – kimliyimizi itirməmək şərti ilə - dəyişməliyik. Problem də dəyişən dünyada dəyişə, yenilənə bilməməyimiz, yatmağı və ədaləti mühafizəkarlıq olaraq dəyərləndirməmızdır. Təəssüflər olsun ki, bu gün dünyanı beynəlxalq güc mərkəzləri idarə edir. Beynəlxalq güc mərkəzləri dediklərimiz isə enerjini iblisdən alır və dünyaya qara enerji ifraz edirlər. Əlbəttə, bunlar hökm deyil, bir şairin uzun düşüncələr sonucu gəldiyi qənaətdir. Dünya ədalətsiz deyil, ancaq ədalətsizcəsinə idarə olunur. Dünya nemətləri dünya millətləri arasında ədalətsizcəsinə bölüşdürülür. Ədalətsiz dünyanın bir tərəfində kökəlmənin qarşısını almaq üçün milyardlarla para xərcləndiyi halda digər qütbündə minlərlə günahsız çocuq acından can verməkdədir. Ədalət “ədl” sözündəndir, bərabərlik, doğruluq, düzlük, dürüstlük və sair anlamları ifadə edir. Dediyiniz “ədalətsiz dünya”da ədalətsizliyə qarşı savaşmaq, bu mümkün deyilsə ən azı ədalətsizlərin səfində yer almamaq lazımdır. Bizə məlum olan ən qədim tarixdən, ən qədim inancların, dinlərin yarandığı gündən xeyirlə şər arasında mübarizə gedib. Eramızdan əvvəl II – I minilliyin qovşağında yaranan Zərdüştilik dini də xeyirlə şərin mübarizəsi üzərində qurulub. Bu gün də bu mübarizələr mənəvi-ruhani müstəvidə davam edir. Demək ki, dünyaya hələ də şər hökmranlıq edir.
- Bu hadisələrdə şair-yazarlarımızın rolunu necə görürsünüz?
- Şairliyə hər zaman olduğu kimi bu gün də ilahi missiya (görəv) kimi baxıram. Tanrı, xeyirlə şəri, doğruyla yalanı, cənnətə varan yolla, cəhənnəmə aparan yolu ayırd edə bilməmiz üçün yol göstərən peyğəmbərləri göndərdi. Dünyanı idarə edənlər onların qoyduğu yola, gətirdikləri kitaba belə istədikləri kimi yorum verdilər, Yoldan yollar yaratdılar. Yolda olan insanlar belə çaşqınlıq içindədilər; “Görəsən doğrumu yoldayam?”, “Bu qədər yolun hansı ilə gedim görən?” və s. Tanrının məqsədi nə idi dinləri yaratmaqda?! Düşünürəm ki, Tanrı insanı İnsan kimi; ali, saf, bilgili, kamil və bütün anlamlarda gözəl görmək istəyir. Bəşəri kamil görmək istəyir. Bu üzdən bəşərə yolu göstərən peyğəmbəri, peyğəmbərlərə isə vəhyi göndərdi. Vəhyi sonuncu peyğəmbərlə tamamladı, ancaq, ilhamı tamamlamadı. Vəhyi peyğəmbərə, ilhamı şairlərə göndərdi Tanrı. İlham qiyamətə qədər davam edəcək. Demək, Tanrının peyğəmbərlərin üzərinə qoyduğu missiyanın bir hissəsi qiyamətə qədər şairlərin üzərindədir. Şairin ali məqsədi Tanrıçı olmaq, xeyri təmsil etmək, gözəllik carçısı olmaq və kamil bəşər oluşdurma yönündə çarpışmaq olmalıdır. Məna nə olursa olsun, hecaların sayı düz gəlsin və sətirlərin sonunda qafiyə olsun düşüncəsi ilə yazanlardan deyil, yaradıcılığı İlahi ilhamdan qaynaqlanan və hansı qutsal görəvin daşıyıcısı olduğunu dərk edən şairlərdən danışıram.
- Sizcə, İranda hakimiyyət dəyişikliyi baş verərsə, millətimizin bu dəyişikliklərdən qazancı nə ola bilər?
- Dediyiniz hakimiyyət dəyişikliyini millətimiz edəcəksə, deməli, millətimiz çox şey qazanacaq. Yox, əgər, bu dəyişikliyi öndə dediyim beynəlxalq güc mərkəzləri edəcəksə millətimizin qazanacağı heç bir şey olmayacaq. Buna görə də İranda gec-tez qaçılmaz olan dəyişiklikdə təşəbbüsü əldən verməməyə, İranın dövlət kimi mövcudluğunda və bu günə qədər yaşamasında həlledici rolu olmuş millətimiz bütün müstəvilərdə doğal haqqına sahib çıxmağa çalışmalıdır. Genəlliklə istər İranda, istərsə də digər dövlətlərdə hakimiyyətin dəyişməsini gözləmək və edəcəklərini buna hesablamaq kimi düşüncəni uca millətimizə yaraşdırmıram. Sonucun necə olacağından aslı olmayaraq millət milli kimliyini bəyan etməli və özəl haqları uğruna vuruşmalıdır. Millətlər də fərdlər kimidir; ruhunun və enerjisinin yüksəldiyi və endiyi zamanlar olur. Bu gün Güneyli soydaşlarımızın ruhunun yüksəldiyini görürük. Güneylilər tərəfindən bağımsızlıq arzularının və milli düşüncə oyanışının müxtəlif şəkillərdə ifadə olunması nikbin danışmağa əsas verir. Məsələn, hər il Azərbaycan türkünün azadlıq simvoluna çevrilmiş Babəkin yurdunu – Bəzz qalasını ziyarət milli düşüncənin və milli özümlük duyğularının oyanışından qaynaqlanır. Yeri gəlmişkən, bir məsələyə münasibət bildirməyi gərəkli hesab edirəm. Son zamanlar Azərbaycan xalqının mənəvi dəyərlərinin tərkib hissəsinə çevrilmiş böyük tarixi şəxsiyyətlərimizə sayğısızlıq halları kütləvi informasiya vasitələrində bəzi adamlar tərəfindən ifadə olunmaqdadır. Özünü ziyalı və Azərbaycan türkü hesab edənlərdən biri, bir qədər də “irəli” gedərək azərbaycanlıların azadlıq rəmzinə çevrilmiş Babəki sapıq adlandırdı. Düşünürəm ki, bu sözü deyən adam ya Babək hərakatının mahiyyətini anlamır, ya da qərəzli mövqedən çıxış edir. Babək hərəkatı bir xalq hərakatı idi. Xalqın sömürgəçiliyə, bərabərsizliyə və mövcud idarə üsullarına qarşı üsyanı idi. Bu hərakat milli birlik deyil, düşüncə birliyi üzərində qurulmuşdu. Babəkin İslama qarşı vuruşduğunu düşünənlər yanılırlar. Babək Tanrıya inanan insan kimi Tanrının göndərdiyi dinə və kitaba qarşı vuruşa bilməzdi və vuruşmurdu da. O, Tanrı adından istifadə edərək və din pərdəsi altında gizlənərək azlığın çoxluq üzərindəki qələbəsini təmin etməyə çalışan, şəxsi mənafeyini millətlərin mənafeyindən üstün tutan azğınlaşmış hakimiyyətlə və bu hakimiyyətin yeritdiyi anti-dini, anti-bəşəri siyasətlə, sömürgəçiliklə vuruşurdu. Onun yanında azadlığı, bərabərliyi və ədaləti həyat yolu seçən hər kəsə yer vardı. Babəkin qoşununda azərbaycanlılarla bərabər kürdlər, farslar və hətta ərəblər də vuruşurdu. Babəklə eyni dövrdə Məhəmməd peyğəmbərin nəslindən və ən sadiq ardıcıllarından olan insanların – misal üçün altıncı imam Cəfər Sadiqin oğlunun - ərəb xilafətinə qarşı üsyan qaldırdığı tarixi faktdır. Babəkə qarşı vuruşanlar arasında türklərin olması məsələsinə gəldikdə isə bu, anası türk olan Abbasi xəlifəsi Mötəsimin siyasəti nəticəsində idi. Yəni, Mötəsim hakimiyyətə gəldikdən sonra türk kökənli Babəkə, ancaq türk sərkərdələri ilə qalib gəlməyin mümkün olduğunu düşündü. Durmadan orduda türklərin sayını artırmağa başlayan Mötəsim Babəkin üzərinə də türk əsilli Afşini göndərdi. Sonuc xəlifənin düşüncəsinin yanlış olmadığını göstərdi. Bilirsiniz ki, Babək üzərindəki qələbədən bir qədər sonra Afşin özü də xilafətə qarşı üsyan qaldırır. Bu əslində, Babəkin doğru yolda olduğunun gec də olsa təsdiqi idi. Ancaq, bu böyük sərkərdə də insanların taleyini deyil, hakimiyyətinin miqyasını genişləndirməyi və ömrünü uzatmağı düşünən xilafət rəhbərləri tərəfindən edam olundu...
- Bu gün Güney Azərbaycan türk dünyasının tərkib hissəsi kimi qəbul edilirmi? Və bu potensial nə üçün türk dünyasından yetərincə dəstək almır?
- Qəbul edilib-edilməməyindən aslı olmayaraq Güney Azərbaycan türk dünyasının bir parçasıdır. Üstəlik Güney Azərbaycan türk dünyasının bir parçası olduğu üçün İranı hər an dağıtmağa hazır olan qüvvələr tələsməməyə və İran məsələsində “yüz ölçüb bir biçməyə” çalışırlar. Yenə öncəki söhbətə qayıtmalı oluruq. Dünyanın harasında türk eli, türk toplumu varsa, orada basqı, ədalətsizlik, zorakılıq var. Bu basqının, ədalətsizliyin və zorakılığın hədəfi türkdür. Məqsəd, türkün birliyinə gedən yolda mümkün qədər əngəllər yaratmaq, prosesi (sürəci) yüzillərlə uzatmaq və sonda türk birliyi ideyasının xəyal olduğuna inam yaratmaqdır. Necə ki, buna müəyyən qədər nail olublar. Türkün enerjisinin yüksəldiyi zamanda isə enerjini daha sərfəsiz və mümkün qədər daha az əhəmiyyətli məsələlərə xərcləməsini həyata keçirməyə çalışırlar. Bunu 80-ci illərin sonunda Azərbaycan türkünün timsalında qırılan meşələrə, son illərdə Güneydə qurudulan gölə yönləndirildiyini görməmək mümkün deyil. Bu gün Krım türkünün, uyğur türkünün başını özlərinə qatdıqları kimi, Türkiyədə də ümmətçi siyasət adı altında milliyətçi kəsimin aşağılanması, ləkələnməsi, sıradan çıxarılması və mümkün qədər gücdən salınması prosesi gedir. Yəni, türk dünyasının sorunları heç də Güney türklərinin sorunlarından az deyil. Ancaq, ümidsiz olmamağa əsasımız və çıxış yollarımız var. Yol ulularımızın səsi hələ də dağda-daşda əks-səda verdiyi hayqırtıda deyildiyi kimi: “Ey, Türk! Titrə, özünə dön. Sən özünə dönəndə böyük olursan!” – nidasında göstərilən yoldur. Məncə, dəstək umma düşüncəsindən birdəfəlik qurtulmalı və çıxış yolunu özümüzdə aramalıyıq. Millətim mənim üçün nə edə bilər yox, millətim üçün nə edə bilərəm düşüncəsi ilə yola davam etmək lazımdır. Qurtuluş yolu, Doğudan Batıya, Güneydən Quzeyə məqsəd ortaqlığımızın oluşdurulması və gerçək birliyimizin yaranmasıdır.
Söhbətləşdi: Elnur Eltürk
N.S
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Əhvazda 9 qadın fəal mühakimə olundu
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Daha bir siyasi məhbus edama məhkum edildi
İranda qadın müğənniyə 74 şallaq cəzası
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib