İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
Yaxın Şərqdə müharibə Əbu-Dabidə iki böyük konsertin ləğvinə səbəb oldu
Əməkdaşlıqdan qarşıdurmaya; İsrail və Türkiyə niyə qarşı-qarşıya gəlib? | Təhlil
Fransa iranlı diplomatını ölkədən çıxardı
Moskva və London arasında gərginlik artdı
Suriyada keçmiş işgəncəçi zabit həbs edildi
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
Tramp: İranla danışıqlar mümkündür
Hörmüz boğazında Çinlə əlaqəli üç tanker geri dönüb — Bloomberg
ABŞ 17 iranlını kiber oğurluqda günahlandırdı
İrana baölı qüvvələr İraqın baş naziri təhdid edib
Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib
İranda Trampın başına qoyulan mükafata bu qədər pul yığıldı
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
NATO istənilən İran təhdidinə qarşı tədbir görməyə hazırdır
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
Təbrizli milli fəal həbs edildi
Tofiq Türkel Ta qədim dövrlərdən 1925-ci ilə qədər indi İran adlanan ərazi heç zaman coğrafi ad və bu ərazidə formalaşan dövlətlər olaraq İran adlandırılmayıb. Yalnız 1925-ci ildə Rza Məhəmməd rusların və ingililslərin köməyilə hakimiyyətə gəldikdən sonra indiki əraziyə və buradakı dövlətə İran adı veriblər və burada şahlıq üsul-idarəsi formalaşdırılıb. Rza Məhəmməd isə guya qədim fars sülaləsini ifadə edən Pəhləvi soyadını qəbul edib. Yeri gəlmişkən, bu hakimiyyət Azərbaycan türklərinə divan tutmaqda çar Rusiyası və onlarnı əlaltısı ermənilərlə daim əlbir olub və yeri gəlmişkən, indi də əlbirdir. Çünki Köhnə Dünyanın aparıcı etnosu olan türklərin zəiflədilməsi rus, fars və erməniyə sərf etdiyi üçün istər Azərbaycanın Qüzeyində, istərsə də Güneyində türklərə divan tutmaqda əlbir hərəkət ediblər və əbəs deyil ki, Güney Azərbaycan milli hərəkatı “rus-fars-erməni, bunlar türkün düşməni” şüarını hələ də aktual saxayırlar. Türklüyün hakimiyyəti Yeni eranın 5-ci əsrində Sasanilər məhv edildikdən sonra bu ərazilər təqribən 10 əsr türklüyün və türklərin hakimiyyət məkanlarından olub, amma heç zaman türklər özlərindən əvvəlki xaqlara məxsus mədəniyyəti dağıtmayıb. Amma… 1925-ci ildə hakimiyyətə gətirilən Rza Məhəmməd Pəhləvi ilk işini Güney Azərbaycan türklərini qırmaqdan başladı, türklərə rişxənd və təhqir olan “türki xər” adını qoydu, hakmiyyətdə türklərin təmsil olunmasına imkan vermədi. Harada türklüyə düşmən manqurt türk var idisə, onlara vəzifə və səlahiyyət verdi, həmin bu türklər türklərə zülmdə fars şovninistlərindən daha artıq “farslıq” etdilər. Milli zülmlə yanaşı, Rza Məhəmməd hökuməti türklərə qarşı sosial və iqtisadi zülmə də rəvac verdi və milli ayrı-seçkilik siyasəti İranın dövlət siyastəinə döndü. Türk dilindəki tədris mədrəsələri bağlandı, millətin öz dilində danışması yasaq altına düşdü, amma əsl faciə hələ qarşıda idi. “İngilislər Afrikaya gəldikdə ağacda yaşayan zənciləri ağacdan salaraq onlara məktəb açdı, savad verdi, elm öyrətdi, hakimiyyətə gələn fars hakimiyyəti isə min illər boyu təhsil, elm və mərifət sisteminə malik türk millətinin məktəbini, qəzetini bağladı, kitabını əlindən aldı”- deyə Azərbaycan milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy İrandakı Rza Məhəmməd və ondan sonrakı hakimiyyətlər barədə danışırdı. Azərbaycan türklərinin türk əsilli olmaması cəfəngiyyatı Rza Məhəmməd hökuməti bir qədər də irəli gedərək elm əvəzinə, cəfəngiyyatla məşğul olan fars alimlərinə Güney Azərbaycan tükrlərinin türk əsilli, Qüzey Azərbaycan türklərilə eyni soydan olmamaları vəsvəsəsini yaratmağı tapşırdı. Bu təsadüfi deyildi, sovet rejimilə İran hakimiyyəti bu məsələdə eyni mövqedən çıxış edirdilər. İran hakimiyyəti Kəsrəvi və s.kimi “alimciyəz”lərin əli ilə millətin tarixini danaraq bizlərin türk yox, “azəri”lər olduğu, müsəlman olmadığı mülahizəsini ortaya atdı. Fars siyasi mühiti bütün gücü ilə “türklərin türk olmadğı”nı sübut etmək istəyirdi. Bunun arxasında isə assimlyasiya siyasətini daha asan həyata keçirmək dururdu, amma bu qədər zülmə baxmayaraq, türk dilini sıradan çıxarmaq mümkün olmadı. Rəsmiyyətdə fars dilində danışan türklər məişətdə ana dili olan tirk dilində danışdı, dərdini, ağrı-acısını ana dilində anlatdı. Düzdür, türk dili İranda siyasi təzyiqlərin altında eroziyaya məruz qalsa da “pas” atmadı, sıradan çıxmadı. Fars dilində aldığı təhsilin və bu dilin tələffüz təsiri altında qismən “eybəcərləşmə” baş versə də türk dil tərkibini və kimilyini itirmədi. Bu hakimiyyət türk olmadğını iddia etdiyi toplumu “türk” deyə söyməsinin səbəbini izah edə bilmədi. Güney Azərbaycan türklərini “sən sən deyilsən” fəlsəfəsinə inandıra bilmədiyini görən rejim növbəti plana əl atdı. Cəmiyyətdə fars dilini hakim dilə çevirərək türk dilini sıradan çıxarmaq üçün farsdilli tədris monotonluğu formalaşdırıldı. Məişət səviyyəsində qalan türk dili özünü yalnız toyda-yasda göstərdi. Rejim Güney Azərbaycan türklərinin milli, mədəni, mənəvi həyatına belə müdaxilədən çəkinmədi, amma türkü farslaşdırmaq siyasəti nəticə vermədi. Ətdən ibarət dil adlı alət fars dilində danışdı, amma düşüncə və qəlb türk olaraq yaşadı və rejimin buna gücü çatmadı. Yəni, ərəb, rus imperiyalarının assimlyasiya siyasəti iflasa uğradığı kimi İran şahlığının da assimlyasiya siyasəti nəticəsiz qaldı. Din assimilyasiya vasitəsi kimi Güney Azərbaycan türklərinin türk olmadığını, eyni zamanda müsəlman olmadığını sübut edə bilməyən İran şah rejimi nöbəti fırıldağı işə saldı. İran hakimiyyəti bu dəfə dindən assimlyasiya vasitəsi kimi istifadə etməyə başladı. Qüzey Azərbaycanın ateist sovet rejiminin tərkibində olmasından istifadə edən şah rejimi bu dəfə Güney Azərbaycan türklərinə Qüzey Azərbaycan türklərinin müsəlman olmadığını təlqin etmək istədi. Bu düşüncə ilə rəsmi Tehran parçalanmış millətin eyni köklu, eyni dinli olmamasını “sübut etməklə” milli assimlyasyiaya geniş prospekt açmaq istəyirdi. Rəsmi Tehranın istəyi öz yerində, millətin qan yaddaşı da var axı. Sovet rejimi gələnə qədər dini ayinlərin həm o tayda, həm bu tayda yerinə yetirildiyinin minlərlə şahidləri olub. Sərhədlər bağlanmamışa qədər bu millət həm də ümmət olaraq dinin orucluq, qurban, şiəliyin isə aşura kimi mərasimlərini birgə icra edib. İranda din alimlərinin əksəriyyəti türklər idilər və elm hövzələrinə başçılıq edirdilər, bəs bu faktlar nə olsun? Güney Azərbaycan türklərinin və farsların müsəlman, Qüzey Azərbaycan türklərininsə müsəlman olmadığını təbliğ edən şah rejiminin bu siyasətinin arxasında yenə də bu millətlərin müsəlman olmalaryı yox, türkü farsın içində əritmək siyasəti dururdu. İran şah rejiminə görə, bu siyasət enyi milləti bir-birinə düşmən edəcək, İranda isə “vahid ümməti-müslim” siyasəti türkü farsın içində əritməyə imkan verəcək. Amma olmadı… Quzey Azərbaycan: Azərbaycanlılar Azərbaycanın Qüzeyində nə baş verirdi? Şimalda isə sovet rejimi milləti zor gücünə dinindən, inancından, min illər boyu işlətdiyi yazı qrafikasından, milli təməlini təşkil edən mədəni irs və ənənələrindən uzaq salırdı. Sovet rejimi Qüzey Azərbaycanda bərqərar olan kimi Azərbaycan tarixinin ərəb qrafikalı kitablarını müsadirə edərək yandırıb məhv etdi və tarixə qədərki tarix ilə bağlı bir sübut belə qalmadı. Millətə yenidən saxta tarix yazdılar. Bu rejimin zor ilə qısa müddətdə ərəb yazı qrafikasından latına, latın yazı qrafikasından kirilə keçidi milləti bütünlükdə milli tarixi keçmişindən ayırdı. Qüzeydə millətə son və ən ağır zərbəni oğru və quldur Stalinin 1938-ci ildə türk adını azərbaycanlı adı ilə əvəzləməsi oldu. Millət olaraq min illər boyu özünə türk dediyi Azərbaycan türkləri bir quldurun istəyi nəticəsində bir neçə dəqiqəninin içində azərbaycanlı adlandırıldı. Üstəgəl, türk xalqlarının cəmləşdiyi Türküstan Orta Asiya, Türkiyə ərazisi Kiçik Asiya və ya Ön Asiya adlandırıldı, türk adı ilə bağlı olan bütün toponim, etnonim və hidronimləri üzərinə sözün əsl mənasında “sovet səlib yürüşü” başladı. Qüzey Azərbaycan ərazilərində rus-soset rejiminin zoru ilə Ermənistan dövləti yaradıldı, tarixən türk şəhəri İrəvan bu dövlətə paytaxt olaraq verildi. Güneydə İran şah rejimi türklərə türk olmadığını sübut etmək istəyirdi, Qüzeydə isə rejim millətə azərbaycanlı adı qoydu. Bu sovet və İran hakimiyyətlərinin bütün gücü ilə türklüyə qarşı vuruşunun göstəricisi idi. Qüzey Azərbaycan türklərinin gah albanlar, gah qutilər, gah atropatenlər, gah mannalılar, gah midiyalılar olması kimi nağıllar uydurdular. Məqsəd aydın idi, türkləri millət olaraq sıradan çıxara bilməyənlər türklərin məhz türklər olmamasını sübut etmək üçün “qan-tər” tökür, uydurduğu yalanlarla həqiqətin üstünü örtürdülər. Qurban verilən azadlıq Bu düşmənçliik özünü 1946-cı ildə daha aydın göstərdi. 1945-ci ildə Güney Azərbaycan türklərinin mübraizəsi nəticəsində qurduğu milli dövlətə dəstək verən sovet rejimi sonra iqtisadi maraqları üzündən həmin dövlətə dəstəkdən imtina etdi. Stalin rejimi hakimiyyətdən devrilmiş R.Məhəmmədin oğlu Məhəmməd Rzaya dəstək verməklə əslində Güney Azərbaycan türklərinin kütləvi şəkildə qətliyamına əsas yaratdılar. M.Rzanın Güney Azərbaycan milli dövlətinə müharibəsi yüz minlərlə Güney Azərbaycan türkünün qətlə yetirilməsi, edamı, didərgin düşməsilə sona yetdi. Güney Azərbaycan milli hökumətinin rəhbəri Seyid Cəfər Pişəvəri isə Qüzey Azərbaycanda rejimin sui-qəsdi nəticəsində aradan götürüldü. Stalin rejimi Ermənistan ərazisində yaşayan Azərbaycan türklərinin Ermənistandan deportasiya edilməsi barədə qərar verdi və həmin qərar nəticəsində yüz minlərlə insanlar heç bir əsas olmadan, təkcə türk olduqlarına görə odundan-ocağından, evindən-eşiyindən didərgin salınaraq qaçqına döndərildi. Yenə də bu addımların əlbirliyinə və təqribən eyni zamanda həyata keçirilməsinə diqqət vermək lazımdır. Bu milli düşmənçilik idi, hər iki fərəfdən türkün üstünə ayaq açmaq idi ki, indi də davam edir. Sovet və İran kütləvi yalanına qarşı Şəhriyar həqiqəti 20-ci əsrin 60-cı illərində Şərqin son böyük ədəbi klassiki Seyid Məhəmmədhüseyn Şəhriyar “Heydərbabaya salam” poemasını yazdı. Bu poemanın ən üstün cəhəti onun türk dilində yazılması və üstəlik, şairin əsərdə Güney Azərbaycan türklərinə xitabən “türki yazdım oxusunlar özləri” misrasını deməsi idi. Bu misra əslində rəsmi Tehranı və rəsmi Moskvanı fakt qarşısında qoydu. İran və sovet rejimlərinin rəsmi “siz türk deyilsiniz” yalanına qarşı M.Şəhriyar bu poeması ilə birmənalı və qəti “mən türkəm” həqiqətini qoydu. Neçə on illər boyu istər İran, istər sovet rejiminin milyonlarla vəsait sərf edərək gerçək adına sırımaq istədiyi “sən türk deyilsən” yalanını M.Şəhriyar “Heydərbabaya salam” poeması ilə alt-üst etdi. Hər iki tərəfdə yayılma və məşhurlaşma sürətinə görə, bu poema heç bir əsərlə müqayisə edilə bilməz və bunun səbəbi təkcə əsərin bədii dəyərində yox, həm də onun siyasi mahiyyətində idi. Rejim dəyişdi, siyasət dəyişmədi 20-ci əsrin 70-ci illərinin sonunda İranda siyasi rejim dəyişdi, ABŞ-ın dəstəklədiyi və Şərqin ən gcülü dövlətinə döndərdiyi İranın monraxiya rejimi süquta uğradı. İranda yeni klerikal dini rejim formalaşdı. İran islam inqilabının rəhbərləri İrandakı xalqlara azadlıq, muxtariyyət, milli haqlar vəd etdilər, dini rejim zəif olduğu ilkin dövrlərdə milli dildə qəzetlərin, kitabların, jurnalların nəşrinə icazə verdi, milli dərdlər barədə yazıldı. Amma… Azadlığın qənimləri Yeni dini rejim İranda möhkəmləndikdən sonra əsl sifətini göstərdi. Öncə rejim ona müxalif olan, İranda hakimiyyətə gəldiyi ilk vaxtlarda verdiyi vədləri yerinə yetirməyi tələb edən Taleqani, Şərait-Mədari və s. kimi ünlü din xadimlərini sıradan çıxardı, daha sonra müqavimət göstərən digər qüvvələri əzdi. Bundan sonra şah rejimi zamanı mövcud olan milli zülm yenidən bərpa olundu, amma fərq orasında idi ki, bir zamanlar bu zülmü şah rejimi edirdi, indi isə din xadimləri edirlər. Digər tərəfdən İranın hakim rejimi Güney Azərbaycan türklərinin milli-azadlıq istəyinə cavab olaraq daha qəddar üsula əl atdılar, milli ziyalıları oğurlayaraq qətlə yetirdilər. Bu ziyalıların meyitləri evlərindən, çay kənarından, sudan, meşədən tapılırdı. Bu silsilə qətllər milli düşüncə sahibi olan 10-larla tanınmış ziyalıları əhatə etdi. Daha sonra İran rejimi özünü ədalətli göstərmək üçün həmin qətllərin icraçısı olmuş xüsusi xidmət orqanlarının bir neçə nəfərini cəzalandırdı. Amma, bu artıq sınanmış təcrübədir ki, belə sifarişli siyasi qətllər xüsusi xidmət orqanlarının öz təşəbbüsü ilə olmur, bu qətlləri siyasi hakimiyyət sifariş edir, xüsusi xidmət orqanları isə yerinə yetirirlər. Milli şüur və türklük harayı İran siyasi rejimlərinin türk millətinə zülmlərinə baxmayaraq millət qorxmadı, əksinə, mübarizənin yeni-yeni formalarını tapdı.Qüzey Azərbaycanda başlanan milli-azadlıq hərəkatı hədəflərinə çatdıqdan və Azərbaycan respublikası elan olunduqdan sonra rəsmi Tehran ilkin olaraq Qüzey Azərbaycanın İranın tərkib hissəsi olması kimi cəfəng bir iddianı ortaya atdı. Bu İranın rəsmi mövqeyi idi və İran Qüzey Azərbaycanda milli dövlətin qurulmasını həzm edə bilmirdi. Çünki, rəsmi Tehran Azərbaycanın dövlət kimi yaşadıqca Güney Azərbaycanda istiqlal savaşının dayanmayacağını yaxşı anlayırdı. İran qəzetlərində Azərbaycan dövlətinin əleyhinə saysız-hesabsız yazılar dərc edilir, yenə bu qəzetlər Güneydə türkləri təhqirə məruz qoyurlar. Güney Azərbaycanda başlanan “türklük harayı” yaxın illərin davası deyil, ən azı yüz ilə yaxın tarixi var. İran şah rejiminin türkülyü inkar etmək siyasətilə birgə bu haray başlayıb və bu inkar qurtardıqda, Güney Azərbaycan türklərinin “bu mənəm” gerçəyi rəsmiləşdikdə həmin haray da sona yetiəcək. Ona görə də İran rəsmilərinin hansı ölkəyə səfərə getməsindən asılı olmayaraq danışıqlarda ölkədə türk milləti yaşadığını danması və aparıcı etnos olan türkləri azasaylı olan xalq kimi təqdim etməsi davam etdikcə var olmalarını sübut etmək üçün Güney Azərbaycan türkləri əllərini yox, səslərini qaldırmalıdırlar. Susmaq yetər, haqlar üçün mübarizə vaxtıdır!!! Güney Azərbaycan probleminə yönəlik ictimai qurumlar Sovet rejimi zamanı dissidentlərin və dissident ruhlu şəxslərin mövzsu olan Güney Azərbaycan məsələsi Qüzey Azərabycanın milli-azadlıq mübarizəsilə kütləviləşdi. Milli dövlət quruculuğu başlayan kimi Güney Azərbaycana yönəlik qurumlar da özünü göstərməyə başladı. Güney Azərbaycanın özündə isə olduqca maraqlı və maraqlı olduğu qədər də ciddi proseslər başladı. Öncə onu deyək ki, Azərabycan milil azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçiəby 1997-ci ilin sonunda Naxçıvandan Bakıya qayıtdıqda diqqət yetirdiyi əsas məsələ müxalifət qüvvələrinin birilyi və Güney Azərbaycan problemi oldu. Bu problemi ölkə ictimaiyyətinin və dünyanın diqqət mərkəzində saxalanması üçün Bütöv Azərbaycan Birliyi (BAB) quruldu. Güney Azərbaycanda isə millətin bu və ya digər formada təşkilatlanması üsulları üzərində iş gedirdi. 1999-cu ildən etibarən Güney Azərbaycan türkləri milli birlik və həmərəylik forması kimi Bəzz qalasına yürüşü önə çıxardı. Güney Azərbaycan türkləri bu ad altında təkcə tarixi sərkərdə Babəkin ad gününü qeyd etmirdilər, bu aksiya həm də millətin bir yerə yığılması üçün bir vasitə oldu. Öncə rəsmi Tehran bu aksiyalara ciddi əhəmiyyət vermədi, amma sonralar bu yürüşlərin yüz minlərlə türkü ağuşuna alanda rəsmi Tehran təlaşlanaraq zora əl atdı, minlərlə insan həbs edildi, təqib olundu, işgəncələr altında şikəst edildi. Digər bir cəhət isə Güney Azərbaycan probleminə yönəlik qurumlar yaradılmasına başlanması idi. İstər İranın içində, istər Qüzey Azərbaycanda, istər Avropa ölkələrində belə qurumlar fəaliyyətə başladı. Bu isə İranın yenidən millətin üzərinə hücuma keçməsinə səbəb oldu. Yenə də təqiblər, həbslər başlandı və rəsmi Tehran özünü o qədər itirmişdi ki, bu həbslər zamanı uşağa, qadına belə fərq qoymurdu. Problem dünya miqyasına çıxır Rəsmi Tehranın milli zülmünə baxmayaraq problem artıq dünyanın diqqət mərkəzindədir. Arvopa ölkələrinin parlamentlərində, BMT-də, Avropa beynəlxalq qurumlarnıda bu problem artıq “qulaqların eşitdiyi problem” dönür və bu problemlə bağlı hələlik uğurlu olmasa da müəyyən qərarlar qəbul edilir. Güney Azərbaycan Mlli Hrəkatının, onun ayrı-ayrı siyasi-ictimai təsisiatlarının fəaliyyəti demək olar ki, bu problemi dünya siyasətinin gündəminə gətirib, amma daha çox iş görmək lazımdır. Baxmayaraq ki, bütün ictimai qurumlar rəsmi Tehrandan İran Əsas Qanununun 15-ci və 19-cu maddələrinin ana dilində təhsil tələblərinə cavab istəsələr də, buna cavab yoxdur. Dünyada müsəlmanların hüquqlarını müdafiə iddiasında olan rəsmi Tehran öz ölkəsində 35 milyon Azərbaycan türkünün ana dilində təhsil alması hüququnu inkar etməklə hansı ədalətə söykənir? Əgər bir ölkədə 35 milyon insanın Allahın bəxş etdiyi dili inkar edilirsə, bu məmləkətdə hansı hüquq və haqdan danışmaq olar? Bir məmləkətdə ki, millət rəsmi qurumlar tərəfindən kütləvi şəkildə təhqirlərə məruz qalırsa burada hansı qradaşlıqdan danışmaq olar? Bizcə, təkcə bu fakt İran hakimiyyətinin ədalətdən uzaq olduğunu sübut etmək üçün yetərlidir. ”Zülmün topu var, gülləsi var, qələsi varsa Haqqın da bükülməz qolu,dönməz üzü vardır”- həqiqətini rəsmi Tehran heç zampamn untmamalıdır. Heç bir atom və ya nüvə silahı xalqın öztəbii haqları ğurunda mübarizəsini önləyə bilməyib və bundan sonra da önləyə bilməyəcək. Bu problemin dünya miqyasına çıxması əslində İranda nə baş verdiyi və nə üçün baş verdiyini ictimaiyyətə çatdırmaq üçündür. Yerdə qalan isə xalqın əzminə, iradəsinə və azadlığını zərurət kimi dərk etməsinə bağlıdır.
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Həmədanda tibb işçiləri etiraz aksiyası keçirib
BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırdı
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
Tehran Prokurorluğu jurnalistin fəaliyyətinə qadağa qoydu
İranda kağız çatışmazlığı məktəb dərsliklərində dəyişiklikləri məhdudlaşdırıb
Kanada keçmiş İran rəsmisini ölkədən deportasiya edir
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Ərdəbildə üç məhbus edam edildi
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir