ABŞ-ın yanacaq dolduran təyyarələri İsrailə qayıdır
Tether də İrana bağlı aktivləri bloklayıb
Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
ABŞ-da yeni administrasiyanın işə başlaması ilə dünyanın nəzərləri Vaşinqtonla Tehran arasında münasibətlərin bundan sonra necə inkişaf edəcəyinə yönəlib. Prezident Barak Obamanın seçki kampaniyası dövründə İrana dair nisbətən yumşaq tonda danışması və birbaşa danışıqların vacibliyini vurğulaması belə ümidlər yaradırdı ki, iki ölkə arasında 30 illik düşmənçilikdə buzlar, nəhayət, əriyə bilər. Ancaq son gəlişmələrə və Obamanın, habelə onun administrasiyasının aparıcı üzvlərinin verdikləri bəyanatlara əsasən belə demək olar ki, optimist olmaq üçün hələ ciddi əsas yoxdur. Tərəflərin hər biri öz mövqelərində möhkəm qərar tutub və qarşıdurmanın daha da artması üçün ciddi zəmin var. İranda gözləyirdilər ki, Obama Corc Buş administrasiyasının Tehranda səhv hesab edilən siyasətindən əl çəkəcək və vəd etdiyi dəyişikliyi həyata keçirəcək. Ancaq ABŞ prezidentinin diqqəti hazırda ölkədaxili problemlərə və iqtisadi böhrana yönəlməsinə baxmayaraq, verdiyi bəyanatlar göstərir ki, Vaşinqtonun İran siyasətində dəyişən çox şey yoxdur. Obama İrana güc tətbiqi variantının da qüvvədə olduğunu bildirib, eyni zamanda əlavə edib ki, Tehranla danışıqlar üçün qarşı tərəf beynəlxalq ictimaiyyətin çağırışlarına qulaq asaraq nüvə fəaliyyətlərini dayandırmalı, habelə Yaxın Şərqdə terroru dəstəkləmək siyasətindən əl çəkməlidir. Bir gün əvvəl Münhen təhlükəsizlik konfransında ABŞ administrasiyasının İrana dair siyasətinin necə olacağı haqda vitse-prezident Cozef Bayden də danışıb. O deyib ki, ABŞ İranla danışıqlara hazırdır, ancaq bu danışıqlar heç də Tehranın nüvə proqramları ilə barışmaq mənasını verməyəcək: “Biz İranla danışıqlar aparmaq və aydın seçim təklif etmək istəyirik: ya indiki kursunuzu davam etdirin və təzyiqlər, təcridlərlə üzləşin, ya da nüvə proqramını dayandırın, terrora dəstəyi kəsin və əhəmiyyətli ölçülərdə həvəsləndirici təkliflər alın”. Bayden qeyd edib ki, əgər İran nüvə proqramından əl çəkməsə, o zaman ciddi təzyiqlərlə üzləşəcək. Elə Münhen konfransında İrandan bu çağırışa verilən cavab göstərir ki, Tehran Vaşinqtonun ənənəvi “qamçı və kökə” siyasətinə tabe olmaq niyyətində deyil. “ABŞ, nəhayət, İrana dair səhv siyasətindən əl çəkməli, bizim dinc nüvə proqramlarımızı tanımalıdır. ”Qamçı və kökə" siyasəti heç bir səmərə verə bilməz",- deyə İran parlamentinin spikeri Əli Laricani bildirib. Tehranda isə prezident Mahmud Əhmədinejad ABŞ-ın maraqlarını bu ölkədə təmsil edən İsveçrənin səfirini qəbul edərək onunla “Böyük Şeytan”a dair planlarını müzakirə edib. Xəbərlərə görə, Əhmədinejad deyib ki, İran Obama administrasiyasından səbirsizliklə “real dəyişikliklər” gözləyir. İran prezidenti ABŞ-ın onlarla bərabər tərəf kimi danışmalı olduğunu deyib: “Biz ümid edirik ki, Buş siyasəti tarix olacaq. Qərb bizim qanuni nüvə haqlarımızı tanımalı və İrana qarşı aqressiv planlarından imtina etməlidir”. Lakin İranın nüvə məsələsi və ABŞ-la münasibətlər kimi məsələlərdə həlledici söz sahibi olan dini lider Əli Xamneyi daha sərt danışıb. Tehranda ötənhəftəki cümə namazı zamanı Xamneyi deyib ki, Obamanın son bəyanatları onun dəyişiklik haqda vədlərinin yalan olduğunu göstərib. Toplaşanların “Amerikaya ölüm!” şüarları altında İranın dini lideri deyib ki, Obama Buş administrasiyasının siyasətini davam etdirir, ona görə də ABŞ-la danışıqların mənası yoxdur. Xamneyni İranın ötən həftə kosmosa süni peyk buraxması hadisəsini “düşmənlərə verilən ən layiqli cavab” adlandırıb. İranın kosmosa göndərdiyi süni peykin ağırlığı cəmi 27 kiloqram olsa da, belə görünür ki, bu hadisənin siyasi ağırlığı qat-qat çoxdur. Qərb dairələri İranın bu peyki orbitə çıxarmaq üçün istifadə etdiyi ballistik raketin hərbi məqsədlər üçün istifadə edilə biləcəyindən narahatdır. Məsələ ondadır ki, İranın nüvə silahı proqramı üzərində işi yenidən bərpa etdiyi və hətta yaxın bir neçə ayda ilk nüvə başlığına malik ola biləcəyi haqda kəşfiyyat məlumatları var. Belə olan halda, İrana dair diplomatiya üçün kifayət qədər vaxt qalmır. Həm də praktika göstərir ki, İran diplomatiyadan vaxt uzatmaq və paralel olaraq nüvə fəaliyyətlərini genişləndirmək üçün yaxşı faydalanır. Ona görə də ABŞ administrasiyasının və onun Avropadakı müttəfiqlərinin İranın nüvə məsələsini diplomatiya vasitəsilə yoluna qoymağa imkanı çatmaya bilər. Bu halda Obamanın masası üzərindəki ən son variant - güc tətbiqi ön plana çıxa bilər. Lakin indi güc variantının işə salınması ehtimalı qat-qat aşağı hesab oluna bilər. ABŞ İraq və Əfqanıstanda iki üzücü müharibədən yaxa qurtara bilmir, üstəlik son 50 ilin ən ağır iqtisadi böhranı ilə üzləşib. İşsizlərin sayı həndəsi silsilə ilə artır, iri müəssisələr, banklar çökür, dövlətin borcları astronomik həddə şişir. İstər hökumət rəsmiləri, istərsə də müstəqil ekspertlər təsdiq edirlər ki, vəziyyət tezliklə düzəlməyəcək, hətta indikindən daha pis olacaq. Belə vəziyyətdə ABŞ-ın İranla müharibəyə girməsi kifayət qədər riskli və təhlükəli ola bilərdi. Digər tərəfdən, ABŞ İranın nüvə silahı əldə etməsinə də yol verə bilməz. Ona görə də vəziyyət kifayət qədər qeyri-müəyyən və mürəkkəbdir. Hərbi baxımdan ABŞ-ın İrana qarşı hava əməliyyatları həyata keçirməsi üçün problem görünmür, Birləşmiş Ştatların strateji bombardmançı aviasiyası “boş-bekar” bazalarında dayanıb, təyyarədaşıyan gəmilər isə neçə vaxtdır körfəz sularında növbə çəkir. Ancaq İran da asan ram edilə biləcək rəqib deyil və məsələ təkcə hava əməliyyatları ilə yekunlaşmaya, ən müxtəlif ağlasığmaz variantlar və risklər ortaya çıxa bilər. Xüsusən elə bir vaxtda ki, İran hərbi potensialını gücləndirir, Rusiyadan güclü hava hücumundan müdafiə sistemləri əldə edir. Ancaq mürəkkəb vəziyyətlə üzləşən təkcə ABŞ deyil. İran da indi neftin kəskin ucuzlaşması nəticəsində iqtisadi böhranla qarşılaşıb, ölkənin valyuta ehtiyatlarının həcmi kəskin aşağı düşüb, işsizlik həm də prezident Əhmədinejadın yarıtmaz iqtisadi siyasəti nəticəsində kəskin artır, sosial narazılıq yüksəlir. Belə vəziyyətdə Qərblə qarşıdurmanın və buna cavab olaraq sanksiyaların güclənməsi İranda vəziyyəti daha da pisləşdirir. Ona görə Tehran da heç vaxt olmadığı kimi Qərblə əməkdaşlıqda maraqlıdır. Təbii ki, nüvə fəaliyyətlərini davam etdirmək şərtilə. İndi İran rəhbərliyi əsas səyləri ona yönəldib ki, ABŞ-ın başının İraq və Əfqanıstana, habelə iqtisadi böhrana qarışmasından istifadə edib mümkün qədər qısa vaxtda Vaşinqtonu fakt qarşısında qoysun - yəni nüvə silahı əldə etsin və bunu dünyaya bildirsin. İranda hesab edirlər ki, belə olsa, ABŞ və digər Qərb dövlətləri onlarla şərt qoymadan danışacaqlar və əməkdaşlıq edəcəklər. O biri yandan bu il İranda prezident seçkiləri olacaq və indiki pis iqtisadi vəziyyətdə ayətullahların dəstəklədiyi Əhmədinejadın seçkiləri udması üçün ABŞ-la qarşıdurmanın davam etməsi sərfəlidir. Xüsusilə də Əhmədinejadın bu siyasətini tənqid edən islahat meylli ciddi namizədlərin seçkilərə qatılmağa hazırlaşdıqları bir vaxtda. Buş administrasiyasının son aylarında üzə çıxmışdı ki, Birləşmiş Ştatlar kəşfiyyatı İranın nüvə proqramlarını əngəlləmək üçün məxfi əməliyyatlar həyata keçirib. Bu əməliyyatlar nəticəsində İranın nüvə proqramlarına bir sıra ciddi maneələr yaradılıb və ləngidilib. Həmçinin Amerika kəşfiyyatı İranda “məxməri inqilab” variantı üzrə də işləyir. Həm də İrana dair məxfi fəaliyyətlərin bir hissəsinin Azərbaycan və digər qonşu ölkələr üzərindən həyata keçirildiyi haqda xəbərlər var. Mərkəzi Kəşfiyyat İdarəsinin yeni təyin edilən rəhbəri Leon Panetta Konqresdə onun namizədliyinə dair keçirilən dinləmələrdə deyib ki, İran Amerika kəşfiyyatının əsas fəaliyyət istiqaməti olaraq qalacaq. Deməli, Obama administrasiyası İrana dair yaxın aylarda beynəlxalq təzyiqləri gücləndirməklə yanaşı kəşfiyyat fəaliyyətlərinə də üstünlük verəcək. Müharibəni isə hələ aktual saymaq olmaz. Lakin bu zaman İsrail amili də nəzərə alınmalıdır. Çünki İsrail İrana qarşı təkbaşına hava əməliyyatları keçirmək planlarına malikdir, hətta məlum olmuşdu ki, ötən ilin yayında Buş administrasiyası bu planı son anda əngəlləyib. Yəhudi dövlətinin Qəzzada apardığı hərbi əməliyyatların İrana hücum üçün məşq olduğu haqda fikirlər var. Məlumatlara görə, bunu İsrail rəsmiləri də təsdiq edirlər. Bu baxımdan Obama administrasiyası İrana qarşı diplomatiyaya üstünlük versə belə, İsrailin hərbi varianta əl atması halında istər-istəməz onun tərəfindən müharibəyə qatılmaq riski qarşısındadır. musavat.com
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio