İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda azlıqlara qarşı ayrı-seçkilik məhkəmə sistemində də yayılıb - Sato
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Türkiyənin Milli Təhlükəsizlik Şurası müharibənin davam etməsi ilə bağlı xəbərdarlıq edib
İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək
Husilər Mədinəyə hücum etdilər
Neftin qiyməti düşdü
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci dəniz piyada diviziyası göndərir
Türkiyə Suriya və İranın proksi qüvvələri arasında gizli görüşə ev sahibliyi edib
Dolların nəzarətsiz bahalaşması; hökumətin gecikmiş tədbirləri
Ukrayna və Avropa İttifaqı Kiyevin maliyyə və müdafiə ehtiyaclarının qarşılanması barədə razılaşıb
İran hərbçiləri daha bir gənci güllələdi
Mərənddə bir ailənin dörd üzvü öldürüldü
Bəluclara qarşı qanlı repressiyanın ildönümü yad edilib
Ermənistan İrana qarşı sanksiyalara qoşula bilər
Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Sistan və Bəlucistanda silahlı qarşıdrma- 6 nəfər həlak oldu
Qazaxıstan Rusiyaya nota verib
Abbas Lisaninin müalicəsinə icazə verilmir
Həmədanda iş qəzaları- 147 nəfər...
Bakıda TDT müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir
Britaniya səfiri: Etibarlı tərəfdaşlıq hər zamankından daha önəmlidir
ABŞ İranın dəniz blokadasının bərpasından sonra 125 ticarət gəmisinin istiqamətini dəyişib
GünAz TV: Baş prokuror (dadistan-i koll) ifadə verməyə çağırılan MİT (Milli İstihbarat Təşkilatı) mənsubları ilə bağlı ciddi dəlillər olduğunu açıqladı, qalmaqalı başladan prokuror işdən çıxarıldı.
Türkiyədə Milli İstihbarat Təşkilatı ilə PKK terror təşkilatı arasında gizli danışıqlar və anlaşmalarla bağlı dövlət qurumları arasında görünməmiş çəkişmə ilə müşayiət olunan qalmaqal böyüyür. Xəbər verildiyi kimi, İstanbul prokurorluğunun xüsusi səlahiyyətli dövlət ittihamçısı Sədrəddin Sarıkaya PKK-nın şəhərlərdə fəaliyyət göstərən qolu olaraq bilinən KCK-ya qarşı aparılan istintaq çərçivəsində MİT direktoru Hakan Fidanı, bu qurumun keçmiş rəhbəri Emre Taneri, onun müavini Afet Günəşi və daha iki yüksək səlahiyyətli kəşfiyyat mənsubunu şübhəli şəxs qismində ifadə verməyə çağırıb.
Onlar kəşfiyyat fəaliyyətlərindən kənara çıxaraq PKK terror təşkilatı ilə gizli danışıqlar aparmaqda, bu danışıqlarda əldə edilmiş razılaşmalarla üzərinə dövlətin terrorla mübarizə fəaliyyətlərinə zərbə vuran öhdəliklər götürməkdə və digər qanunsuz əməllərdə şübhəli hesab edilirlər. Prokurorun MİT rəhbərlərini ifadəyə çağırması Türkiyədə dövlət strukturları (saxtari, qurumları) arasında ciddi gərginliyə səbəb olub. Baş nazir Ərdoğan və prezident Abdulla Güllə görüşdükdən sonra Hakan Fidan ifadə verməyəcəyini bildirib. Digər şübhəlilər də ifadə verməkdən imtina ediblər və prokuror Hakan Fidan istisna olmaqla onların barəsində həbs qərarı verib. MİT-in indiki rəhbərini dindirmək üçün isə Ankara prokurorluğuna təlimat göndərilib.
H.Fidan baş nazirə kifayət qədər yaxın şəxsdir və onun KCK istintaqında ifadə verməyə çağırılması hökumətdə şok effekti (təsiri) yaradıb. Ərdoğan özü məsələ ilə bağlı fikirlərini bildirməsə də hökumət üzvləri prokuroru səlahiyyət həddini aşmaqda ittiham ediblər. Dərhal hökumət xüsusi səlahiyyətli dövlət ittihamçılarının MİT rəhbəri kimi yüksək vəzifəli şəxsləri baş nazirin yazılı icazəsi olmadan istintaqa cəlb etməsini qadağan edən qanunvericilik düzəlişi hazırlanıb və parlamentə göndərilib. MİT rəhbərliyinin PKK ilə danışıqları ötən il internetə ötürülən gizli səs yazısı ilə üzə çıxmışdı. Məlum olmuşdu ki, H.Fidanın təlimatları əsasında MİT-in o vaxtkı direktor müavini Afət Günəş və digərləri Norveçin paytaxtı Osloda PKK-nın Avropa strukturlarına başçılıq edənlərdən biri Zübeyir Aydarla danışıqlar aparıb. Prokurorluq isə KCK istintaqı çərçivəsində Diyarbəkirdə apardığı axtarış zamanı MİT rəhbərləri ilə PKK arasında gizli işbirliyinə dair xeyli dəlillər əldə edib.
Qalmaqalla bağlı dünən İstanbul cümhuriyyət prokuroru Fikrət Seçen yazılı açıqlama yayıb. O, KCK işini aparan prokurorlarla görüşdükdən sonra bəyan edib ki, MİT mənsublarının istintaqa çağırılmasına görə prokurorun ünvanına media üzərindən yönəldilən ittihamların, şərhlərin əsası yoxdur. Baş prokuror Sarıkayanın terror cinayətlərini araşdırmaqda kifayət qədər təcrübəsinin olduğunu, terrorun dövlətə vurduğu zərərləri aydın dərk etdiyini və onun MİT rəhbərlərini istintaqa çağırarkən əlindəki ciddi dəlillərə söykəndiyini bildirib. “KCK istintaqı çərçivəsində bəzi dövlət görəvlilərinin onlara verilmiş səlahiyyətlərdən kənara çıxaraq hərəkət etdikləri, beləliklə də terror təşkilatının aksiyalarını həyata keçirməsinə yardım etdikləri şübhəsini təsdiqləyəcək dəlillər əldə edilib” deyə, açıqlamada bildirilir.
Osloda MİT-lə danışıqlar aparan PKK-çı Zübeyir Aydar isə kürd terror təşkilatına bağlı telekanala müsahibəsində Türkiyədə yaşanan bu qalmaqalla bağlı deyib ki, işin kökündə AKP ilə Fətullah Gülən camaatı arasında güc savaşı dayanır. “Belə başa düşülür ki, camaatın güclü dayaqlarının olduğu polisdə bəzi düzənləmələr edilir. Polis də bu düzənləmələrə uyğun olaraq MİT-lə təmaslarımıza dair bilgiləri sızdırır” deyə, o bildirib. Aydar PKK lideri Abdulla Öcalanın MİT rəhbərliyinə bir neçə məktub yazmasını da təsdiqləyib.
CHP isə hökumətin MİT rəhbərlərini istintaqa çağıran prokurorun səlahiyyətlərini məhdudlaşdırmağa yönələn düzəlişə qarşı çıxıb. Məsələ burasındadır ki, xüsusi səlahiyyətli dövlət ittihamçıları AKP iqtidarı dövründə yaranıb və bu səlahiyyətlərə malik olan prokurorlar “Ergenekon” işi çərçivəsində 200-ə qədər ordu mənsubunu, o cümlədən keçmiş Baş Qərargah rəisi İlkər Başbuğu həbsə alıblar. Lakin indi hökumət bu səlahiyyətlərin onun maraqlarına qarşı yönəldiyindən narahat olmağa başlayıb. Belə ki, MİT-in PKK ilə baş nazirin, yaxud prezidentin göstərişi ilə təmas qurub anlaşmalar əldə etməsinə şübhə yoxdur. Ərdoğan özü də Oslo danışıqlarının səs yazısı yayılanda Hakan Fidanın arxasında olduğunu bəyan etmişdi. PKK ilə anlaşmaq Ərdoğana “kürd açılımı” və seçkilər üçün lazım idi. Lakin indi polis və ədliyyədə onun planlarına ciddi zərbə vuran hadisələr yaşanır.
CHP qrupundan millət vəkili Muharrem İncə deyib ki, baş nazir MİT rəhbərlərinin istintaqa cəlb edilməsini qadağan edən düzəlişlə “öz qladyosunu” qurur. Onun fikrincə, bu düzəliş Ərdoğanın qurduğu dərin dövləti qorumaq cəhdidir. “Baş nazir öz adamlarına toxunulmazlıq təmin edir” deyə, İncə bildirib. Ədliyyə naziri Sadullah Ergin isə deyib ki, düzəlişi təkcə MİT rəhbərlərinə şamil etmək yanlış olar. Nazirin fikrincə, düzəliş eyni zamanda yüksək vəzifəli ordu mənsublarının da baş nazirin icazəsi olmadan istintaqa cəlb edilməsini qadağan etməlidir. Baş nazirin müavini Bülənt Arınc isə jurnalistlərə deyib ki, MİT rəhbərlərini istintaqa çağırarkən İstanbul cümhuriyyət baş prokuroruna xəbər vermədən hərəkət etdiyi üçün prokuror Sarıkaya vəzifədən azad edilib. O, prokurorun səlahiyyətlərindən sui-istifadə etdiyini deyib. Arınc bildirib ki, yüksək vəzifəli dövlət mənsublarının baş nazirin icazəsi olmadan istintaqa cəlb edilməsini qadağan edən düzəliş bu gün parlamentin müvafiq komitəsində müzakirə ediləcək. Yeni müsavat
N.S
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Əhvazda 9 qadın fəal mühakimə olundu
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Daha bir siyasi məhbus edama məhkum edildi
İranda qadın müğənniyə 74 şallaq cəzası
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib