Türkiyədə SEPAH və Hizbullah izi | ABŞ-dan yeni sanksiyalar 9 Türkiyə vətəndaşına
ABŞ İranla əlaqələrinə görə Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edəcək — Reuters
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Britaniya İrana qarşı yeddi yeni sanksiya tətbiq etdi
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran növbəti müharibə zamanı daha dağıdıcı silahlardan istifadə edəcəyi barədə xəbərdarlıq edib
Pakistan iki dənizçisinin ölümü ilə nəticələnən husilərin gəmi hücumunu pisləyib
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Axios: ABŞ Hörmüz boğazında gizli neft daşınması üçün dəhliz yaradıb
Neft ixrac edə bilmirik- Hemməti
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
İranda daha bir etirazçı edama məhkum edildi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
Yaxın Şərqdə müharibə Əbu-Dabidə iki böyük konsertin ləğvinə səbəb oldu
Əməkdaşlıqdan qarşıdurmaya; İsrail və Türkiyə niyə qarşı-qarşıya gəlib? | Təhlil
Fransa iranlı diplomatını ölkədən çıxardı
Moskva və London arasında gərginlik artdı
Suriyada keçmiş işgəncəçi zabit həbs edildi
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
Tramp: İranla danışıqlar mümkündür
Hörmüz boğazında Çinlə əlaqəli üç tanker geri dönüb — Bloomberg
ABŞ 17 iranlını kiber oğurluqda günahlandırdı
İrana baölı qüvvələr İraqın baş naziri təhdid edib
Azərbaycan-Özbəkistan ikitərəfli gündəliyi müzakirə edilib
İranda Trampın başına qoyulan mükafata bu qədər pul yığıldı
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
NATO istənilən İran təhdidinə qarşı tədbir görməyə hazırdır
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
Milli oyanış hərəkətinin bu günkü mərhələsini necə dəyərləndirmək olar? Öncə bunu bilməliyik ki, milli oyanış bir əzilmişliyin fərqində olmanın nəticəsidir. Yəni öncə millətın aydınları bunu dərk edir, daha sonra yavaş-yavaş toplumun bütün qatlarına yayılır. Millət hiss edir ki, həm onun dili və milli dəyərləri təhqir edilir, həm də öz torpaqlarında mövcud olan iqtisadi imkanlar amansızca sömürülür. Bunu ortadan qaldırmaq üçün öncə fikrən və düşüncə planında silahlanmaq lazım olur. Yəni fars faşizminin sadist dəyərlərinə qarşı düşüncə və duyğuda savaş açmaq. Bunlar ən çox milli dildə yaradıcılıqla başlar. Bu gün farsların sadizm xəstəliyinə yaxalandıqlarını görürük. Nədir bu sadizm? Onlar türkləri əzmək və təhqir etməkdən zövq alırlar. Bunun örnəklərini əsgərlik həyatımızda hər birimiz görmüşük. Hətta farsların sadizm duyğuları şeirlərlə estetizə edilmişdir. Bunun kökü çox uzaqlara gedir. “Şahnamə”də türklərin təhqiri ilə bağlı çox şeirlər var. Sadizm elə bir xəstəlikdir ki, əgər bu xəstəliyə yaxalanan fərd ya da qrup əlinə fürsət düşsə böyük fəlakətlər yarad bilər. O fürsət də bu gün farsların əlinə düşmüşdür. Əllərinin altında milyarlarca dolar para var. Bu səbəbdən də qüdrət onları daha da vəhşiləşdirmişdir. Kimsə bir farsdan, ən aydın bir farsdan belə, türklərin haqqını tanımağı ummamalıdır. Çünkü rejim əlindəki milyarlarca dolar sərmayə ilə bütün toplumda sadizm xəstəliyini yayqınlaşdırmaq istəyir. Tükləri əzmək, onları təhqir eləmək, məsxərə etmək başarı sayılır, bu yolda fars “aydın”ları bir-biri ilə yarışırlar. Əlbəttə bu qədər maddi və təbliğat imkanlarını əlində tutan sadistlər istər istəməz bir sürü mazoxist türk də yetişdirir. Mazoxizm nədir? Mazoxizm sadizmin tərs tərəfidir. Yəni incinməyi, həqarəti, əzilməyi öz haqqı sayan insanlar. Əgər sadizm varsa, mazoxizm də sosial bir xəstəlik kimi ortaya çıxacaqdır. Fars sadizminin təhqirlərini doğru sayan türklərə rast gəlirik. Çünkü onlar dövlətin yüksək düzeylərində vəzifə tutmaq üçün mazoxistləşirlər. Özlərini, öz milli kimliklərini bir heç sayırlar. Heçlik və aşağılıq kompleksi içinə girmiş olan insan mazoxizm xəstəliyinə tutulmaq üçün çox yatqındır. Sonra bu mazoxist dəstə zaman içində həm özləri, həm də törəmələri sadist dəstəyə qatılırlar. Fars faşizminin də ölkə təlim-tərbiyəsində təqib etdiyi siyasət mazoxist türk yetişdirməkdir. Bu üzdən də milli oyanış demək həm fars sadizmi ilə mübarizədir, həm də sadizmin yetişdirdiyi mazoxistləşmə sürəcinin önünü kəsməkdir. Milli oyanış bir türlü bu iki sosial xəstəliyi müalicə etməkdir. Həm sadizm, həm də mazoxizm cəmiyətimizi içindən dağıdan, çürüdən salqın (epidemi) xəstəlikdir. Bu xəstəliyi fars faşizmi salqınlaşdırmışdır. Faşizm psixologiyasında bu tutum hər zaman olmuşdur. Çünkü özünü üstün görən bir millət onun üstünlüyünü qəbul etməyən millətə və millətlərə qarşı həm növ əzici, aşağılayıcı və psixoloji savaş açır. Farsların əlində ordu, polis, dövlət budcəsi olduğu üçün uluslar arası ortamda da özlərinə bəzən yer edə bilirlər. Yəni xaricdə bəzi quruluşları para ilə satın ala bilirlər. Əlində nəhəng dövlət imkanlarını bulunduran faşızm hər şeyi, hətta dini də bu sadizm xəstəliyi istiqamətində təhlil və təfsir edir. Bu gün şiə məzhəbi sadizmin əlində əzici bir silahdır. Bilirsiniz Səfəvilərdən sonra farslarla bizim ən böyük ortaq yönümüz şiəlik olmuşdur. Qərb və farsların ideoloji casusu olan Şah İsmayıl bu xəstəliyi yayqınlaşdırdı. Təbrizdə 20 min əhalinin başını kəsməsi də bu üzdən idi. Sadistlər bütün tarix boyu eyni amacla davranmışlar. Şah İsmayılın gerçəkləşdiriyi soyqırımı bu gün fars sadizmi etnosit şəklində gerçəkləşdirir. Etnosit nədir? Etnosit, yəni bir millətin dəyərlərini məhv edib onu kimliksiz buraxmaq. Onu boşluqda buraxmaq və sonra da bu boşluğu örnəyin fars dəyərləri ilə doldurmaq. Jenosit bir milləti soy və varlıq olaraq tarixdən silir, ancaq etnosit bir milləti mənlik və kimlik olaraq tarixdən silir. Bu gün ölkəmizdə etnosit siyasəti tətbiq edilir və biz yox oluruq. Gün keçdikcə yoxluğa doğru gedirik. Çünkü 6 yaşından evladlarızmı alıb fars dilli məktəblərdə mazoxist və sadist tərbiyə edirlər. Bu xəstəliyə qarşı mübarizə aparanları da yaxalayıb soxurlar zindanlara, alırlar işkəncə altına. Ona görə də bu yolda mübarizə aparanların üzərinə böyük tarixi məsuliyət düşür. Güclənməli bu xəstəliyi toplumumuzun içindən silməliyik. Kəsib atmalıyıq. Bizim bir-birimizə güvənimizin olmaması, yardımlaşa bilməməyimiz sadizm və mazoxizm kökənli ola bilərmi? Bizdə bir atalar sözü var: “Ot öz kökü üstündə bitər.” Bizim kökümüz nədir? Biz farsmıyıq? Fars deyilik. Ancaq özümüz də deyilik. Bizi öz kökümüzdən ayrımışdır fars siyasəti. Yardımlaşma nədir? yardımlaşma və dayanışma bəlli dəyərlər üzərində ortaq psixoloji davranış və kollektiv iş birliyidir. Bu dəyərləri biz ilk ibtidai məktəbdən öyrənməyə başlayırıq. İlk gündən fars dilini öyrənirik, ancaq farsca danışa bilmirik. Çünkü fars dili bizim qulaq dilimiz deyil, göz dilimizdir. Qulağımızla çevrəmizdə başqa dil eşidirik, ana dilimizi eşidirik, məktəbdə gözlərimizlə kitablarda bir başqa dili, fars dilini öyrənirik. Göz dili ilə qulaq dili arasındakı ziddiyət ruhumuza da yansıyır. Ruhumuz, zəmirimiz param-parça olur. Şizoferni xəstəliyi, yəni özünə, öz dəyərlərinə və davranışlarına inanmamaq. Ya da gah inanıb, ən çox da inanmamaq. Təhsil sistemi bizi hər türlü psixoloji xəstəliklərə yaxaladır. Dərin bir basqı və təbliğat ortamında yavrularımızın beyni və duyğuları əzilmişlik və heçlik içinə yuvarlanır. Əlbəttə ki, olqunlaşma, gəncləşmə çağlarında bu qədər basqı və təbliğatla beyni zəhərlənən, duyğuları farslaşan, dünyagörüşü farslaşan, düşüncə dili farslaşan bir nəsl yaşlandığında davranış problemi yaşayacaqdır. Bu sistem insanı elə tərbiyə edir ki, sən ya fars dəyərləri əsasında təşkilatlanma təcrübələri qazanmalısan, ya da məhv olmalısan. Başqa alternativ yoxdur. Ona görə bizim insanlarımız ana dilində yazıb-oxuma təcrübəsi olmayan, ana dili mərkəzli bilgilənmə, təşkilatlanma təcrübəsi olmayan nəsl kimi yetişir. Bunu Çəngiz Ayitmatov “manqurtçuluq” adlandırır. Yəni öz kökü üstündə yetişməmək. Ona görə də bizim “Ot öz kökü üstündə bitər” kimi ata sözümüzün dərin anlamı var. Biz öz kökümüz üstündə boy atmadığımız üçün bar verə bilmirik. Bir fərdin kimlik qazanma çabaları ilə bugünkü faşist ortamın necə əlaqəsi var? Bir fərd necə kimlik qazana bilər? İnsan çocuqluqda və gəncliyinin bir mərhələsində adətən bir yetişkin fərdi, bir kitabı, bir müəssisəni örnək alaraq kimlik qazanmaq istər. Ya da tanrıya tapınaraq kimlik qazanmaq istər. Fars faşizmi tanrını da farşlaşdırmışdır. Tanrıya da inananda farslaşmalısan. Məslən mən ədəbiyatla məşğul olduğum zaman çox gənc yaşlarımda Bəxtiyar vahabzadə kimi şeir yazmaq istəmişdim. Radiodan onun şeirlərini dinlərkən. Ancaq bu bir istisna idi. Araz qırağında yaşamanın tanıdığı məziyət idi. Milyonlarca gənc adam İran mühitində hər kimi örnək alsa, hər ideolojini və təşkilatı qəbul edib onun içində kimlik qazanma təlaşi içinə girsə farslaşacaqdır. Çünkü fars faşizminin əlində çox böyük maddi imkanlar var. Ona görə də diqqət etsəniz, keçmişdə sağ-sol ideolojiləri içində milli kimliklərini itirmiş, dehumanizə edilmiş (şəxsiyətsizləşdirilmiş) mazoxist türklər milli hərəkətə qarşı çıxırlar. Nədən? Çünkü o ideolojilər içində bunların duyğuları, vicdanları, heysiyətləri, ağılları və hər şeyləri sömürülmüşdür. Onların əksəriyəti bu gün öz millətinin milli haqqını istəməsini məhkum edir və pantürkizm adlandırırlar. bunun pantürkizmlə nə əlaqəsi var? Sosial rifah, milli azadlıq istəyən bu millətin təməl istəkləri nədən xor görülür? Çünkü bunlar, bu xəstə və şəxsiyətsizləşdirilmiş insanlar dünyaya farsın açdığı pəncərədən baxırlar. Oradan görürlər. Görün fars faşizmi nə qədər başarılı olmuş ki, bizim insanlarımızı öz cəbhəsinə çəkə bilmişdir. Bunun qarşısı necə alına bilər, biz elə durub gözləyəcəyik və farslar da öz işləri ilə məşğul olacaqlar? Durub gözləməyəcəyik. Milli mübarizənin zamandan zamana dəyişik mərhələləri var. Bu günkü mərhələ son savaş mərhələsinin zehni planda, düşüncə və duyğu planında altyapısını oluşdurma mərhələsidir. Bu mərhələni çox sürətlə və böyük bir başarı ilə gerçəkləşdirmək zorundayıq. Dilimizə önəm vermə və ana dilimizdə yazma kültürünü gəlişdirməliyik. Özəlliklə bu tarixi mission düşüncə ilə, fikirlə, fəlsəfə ilə, ədəbiyatla uğraşan gənc və yaratqan enerjili nəslin işidir. Aydınlanma sürəcini gerçəkləşdirmək bizim işimizdir. Türkçə oxumaq və türkçə yazmaq. Biz böyük bir düşüncə qaynağı oluşdura bilsək qurtuluşumuz qətiləşəcəkdir. Çünkü biz tarix boyu fikrən məğlub olmuşuq. Bu fikri mğlubiyəti ortadan qaldırmalıyıq. Vurucu gücümüz tarixdə hər zaman olduğu kimi, yenə də var. Əksik olan özümüzə güvən duyğusudur. Yəni faşızm tərəfindən yaralanmış olan özgüvən duyğumuzun onarılması. Bu yolda önəmli işlər görülür. Özəlliklə xaricdə yaşayanların bu yolda daha ciddi düşünmələri gərəkir. Çünkü daxildə dini istibdad buna izn vermir. Xaricdə yaranan, yazılan bilgilər dərhal ölkə içində əks oluna bilir. Duyğu planında bu qədər sürətlə gəlişən milli hərəkəti düşüncə planına da daşımaq zorundayıq. Doğrudur, tarixin yaradıcısı milli duyğulardır. Ancaq daha sonra bu duyğusal enerji düşüncə ilə yönləndirilməlidir. Düşüncə və təfəkkür planında gəlişmə sağlaya bilməsək, yaradıcı duyğusal enerjimizdən öz qurtuluşumuz üçün faydalana bilməyəcəyik. Bu üzdən də çox həssas bir dönmədən keçirik. Hər an rejimin içində istər dış basqı üzndən, istər daxildə rejimin içindəki iqtidar dartışmaları üzündən mərkəzi hökümət çökə bilər. O zaman bizim vurucu gücümüz hazır olmalı və öz milli müqəddəratımızı bir dəfəlik həll etmək üçün son zərbəni faşizmin gövdəsinə endirməliyik. Bu zərbənin şəkli necə ola bilər, burada silahlı mübarizə ola bilərmi? Bizim milli hərəkətin son amacı bir devrim gerçəkləşdirməkdir. Ancaq bu devrimi sovet, Kuba və ya hər hansı bir ideolojik və sinfi devrimlərlə müqayisə etmək olmaz. Bunun tarixdə bir tək modeli var, o da Atatürkün gerçəkləşdirdiyi milli devrimdir. Lakin Atatürk devrimi ilə mahiyətən bənzərliyi olsa da səliqə və davranış metdou olaraq fərqlidir, çünkü Atatürk faşizmlə qarşı-qarşıya deyildi. Onun devirdiyi Anadoludakı islam Orta çağı idi, faşizm deyildi. Bizim devrimimizin məqsədi fars faşizmini devirməkdir. Fars faşizmi həm düşüncələrdə, həm də dövlətin üstündən altına qədər hər yerdə yuva salmışdır. Bunu düşüncə ilə devirmək olmaz. Faşizmi devirəcək düşüncəni yetişdirmək başqa şeydir, ancaq əmələn faşizmi sosial həyatdan devirmək başqadır. Bunun üçün hərbi güc lazım olacaqdır. Bəlkə tarixdə bu bizim ədalət və milli kimlik uğruna son savaşımız olacaqdır. Bu savaş harda və necə olacaq? Bu savaşın mərkəzi Tehran olacaqdır. Bu savaşa qadın-kişi, gənc-yaşlı bütün türk qurtuluş ordusunun mənsubları qatılacaq. O zaman türk tarixində örnəyi bir neçə kərə görülmüş “ordu-millət”, “millət-ordu” anlayışları təkrar gündəmə gələcək. Azərbaycanın tarixi coğrafiyasında fars mənafeyini savunanlarla hesablaşmaq bu silahlı mücadilənin əsas hədəfi olmayacaq, onlar da unudulmaması gərəkən təfərrüatdır. O da bu silahlı savaşın içində yer alacaq. Ancaq silahlı savaşımız Tehranda olacaq. Gərəkən uyğun zamanda bütün bakanlıqlar, radio-Televizion, prezidentlik sarayı və digər güc mərkəzləri Türk Qurtuluş Ordusuna mənsub savaşçılar tərəfindən bərqasa bir əməliyatla ələ keçirlməli və dünya bizimlə tərəf hesab olmalıdır. Bu zaman Tehranda yaşayan və asimilə edilmiş türklərdə də milli vicdan ayılacaq. Buna tarixin dönüş dönəmi deyilir və bu zaman Qustav Lebonun təsbit etdiyi “Kollektiv ruh modeli” anlayışı ortaya çıxır. Nə deməkdir “kollektiv ruh modeli”? Yəni tarixdə elə bir mərhələ gəlir ki, bəlli ədalət çağrışdıran düşüncə bütün toplum tərəfindən qəbul edilir və bütün millət sanki tək bir fərd kimi eyni hədəf yolunda ayağa qalxıb fədakarlıq göstərir. Mərkəzləşmiş sosial enerji bir hədəf yolunda səfərbər olur. Bizim hədəfimiz də milli oyanışdan bu deməkdir: bütün millətin, ya da millətin tam əksəriyətinin eyni qutsal bir hədəf yolunda bir tək fərd kimi ayağa qalxması. Əgər millət öz milli haqları yolunda ölüm-dirim savaşına qalxmayacaqsa, o zaman milli oyanışın nə anlamı var? Biz faşizmi öz yuvalarında basmalıyıq. Onun kökünü tarixdən və yaşayışımızdan silməliyik. Bu zaman ordunun içində olan silahlı qüvvələr də bizim yanımızda yer alacaqlar. Onların bizim yanımızda yer almaqdan başqa çarələri qalmayacaq, çünkü yalnız bu şəkildə güvəndə olacaqlar. Silahlı qüvvələrin bizim yanımızda yer alması Urmiyə və digər yurdlarımıza göz dikmiş olan yabancıların kontrolunu sağlaya bikləcək. Güney Azərbaycan ən yüksək siyasi statusuna qovuşmalıdır. Əlbəttə farslar da bu ölkənin gerçəkləridir. Onlara farsnişin yerlərdə muxtariyət tanımaq olar. Sağlıq olsun o zaman bizlər də o savaşın içində olacağıq. O son savaşın zamanı gələcək. Çox da uzaq deyildir. Bilirsiniz “haq verilməz, haq alınır” kimi məşhur bir söyləm var. Bu çox doğrudur. Məslə burasındadır ki, bizim gələcəkdə ikinci yolumuz olmayacaq silahlı savaşdan başqa. Bilirsinizmi niyə? Çünkü fars faşizminin anlayacağı dil silah dilidir. Başqa bir dildən anlamır. Əslində fars faşizmi özü olayları bu istiqamətə tərəf dırmaşdırır. Problemi barış yolu ilə də çözmək mükündür. Ancaq kiminlə? Fars faşizmi uluslar arası insan haqlarını, ulusların öz dillərində yazıb-oxuma kimi haqlarını anlamadığnı isbatladı. Yaxşı o zaman biz nə etməliyik? Başqa bir alternativimiz varmı? Bu sözlərlə silahlı savaşa çağrımı yapırsınız? Xeyir, qətiən elə deyil. Mən zamanı yetişməmiş bir silahlı savaşı intihar olaraq anlayıram. Sürəc haqqında danışırıq. Millətimiz, hərəkətin aktivləri gələcəkdə bu yöndə strateji ürətməlidirlər. Düşüncələrimizin bir yerində bunu saxlamalıyıq. Silahlı mübarizənin zamanı deyil hələlik. Ancaq zamanı gələcək. Biz istəməsək də gələcək. Əgər Qərbi Azərbaycanı işğal etmə planlarını tökürlərsə, əgər bizim birikmiş milli enerjimizi boğmaq istəyirlərsə, o zaman biz özümüzü savunmamalıyıqmı? Ən yaxşı savunma isə hücumdur. Orta Doğu savaşlar coğrafiyasıdır. Fikrən, hissən, hərbi və iqtisadi olaraq özünü savaşa hazırlamayan millətlər köləliyə məhkumdurlar. O insanlıq idealları ki, modern dünya onun haqqında bu qədər kitab yazmış və hüquq planına daşımış, onu farslar qəbul etmirlər. Qəbul etmədiklərini isbatladılar. Biz barış içində yaşamaq istəyirik, ancaq barış öz varlığından, öz kimliyindən vaz keçmək deyildir. Ayrıca, mənim dediyim bu silahlı savaşla, sağ-sol təşkilatlarının dediyi silahlı savaş fərqli şeylərdir. Sağ-sol təşkilatlada 4-5 gənc adam əlinə silah alıb bir polis mərkəzinə bir qarnizona hücum edirdilər. Milli plandakı savaş bu şəkildə olmur. 4-5 cavanın partizan savaşı deyildir. Millətin topdan silahlı savaşıdır. Ordunun da bizim yanımızda yer almasıdır. Əgər belə bir tarixi zaman gələcəksə (ki, mütləq gələcəkdir) bundan vazmı keçəcəyik? Bu silahlı savaşa uluslararası necə baxar? Biz isbat etməliyik ki, bizim savaşımız ədalət uğrunadır. Bunu öz əməllərimizlə də göstərəcəyik. Yəni modern dünyanın millətlərə tanıdığı haqqı ərəbə, Bəluça, Türkmənə, Kürdə, Türkmənə, Giləkə, Lora, Farsa tanıyacağıq. Əgər bizim davranışımız Orta Doğuya və bütün dünyaya barış gətirəcək və faşizmi yıxacaqsa, uluslar arası bunu niyə dəstəkləməsin? Ayrıca, uluslar arası nə deməkdir? Sənin gücün varsa uluslar arası sənin yanında olacaq, gücün yoxdursa, haqqın əzilirsə, uluslar arası təşkilatlar bir bəyaniyə verib təəssüfləndiklərini bildirəcəklər, bu qədər. Uluslar arası güclər gəlib bizim haqqımız yolunda savaşmazlar. Necə ki, uluslar arası güclər Qarabağın işğalı ilə bağlı heç bir iş görə bilmirlər. Uluslar arası güclərin hesablaşacağı bir tək şey var: Güc. Gücün varsa, başqa dövlətlər də sənin yanında olacaq, yoxdursa olamayacaqdır. Bir örnək söyləyəcəyəm. Qıbrısda rumlar türkləri öldürüb sonra da ölülərin rəsmini çəkib dünyada belə təbliğ edirdilər ki, bu ölülərin hamısı rumdur, vəhşi türklər bizi qətl edir. O zaman dünyada bəlli dövlətlər də rumların yanında idi. 1974-cü ildə qəhrəman türk silahlı qüvətləri Quzey Qıbrısa girdi və oranı öz güvəncəsi altına aldı. O gündən bu günə artıq yalnız rumların səsi eşidilmir adada. Türklərin də səsi eşidilir. Belə ki, hətta BMT- nin başqanı Qıbrıs Türk cümhuriyətinin cümhur başqanı ilə görüşür. Nədən dünya gücləri artıq sadəcə rumların səsini duymaz oldular? Çünkü adada bir güc ortaya çıxdı və bu güclə hesablaşmaq zorunda qaldılar. Bu gün Quzey Qıbrısda ekonomik durum çox yaxşı olmasa da, ancaq millət öz dilində oxuyur, öz polisi, öz ordusu və ekonomisi var, universitetləri də bütün Qərb ölkələri tərəfindən rəsmən tanınmışdır. Anlaşılan budur ki, dünyada güclü olmaq yolunda rəqabət və mübarizə gedir. Gücün də iqtisadi, mədəni, hərbi ölçüləri vardır. Bizim milli hərkətimiz də güclü olmaq yolunda bir devingənlikdir. Güc bizim əlimizə keçdiyində uluslar arası güclər bizim daha da güclənməmizə yardımçı olacaqlar, mənafeləri bu şəkildə tələb edəcəkdir. Ayrıca, uluslar arası güclər geri zekalı deyillər, onlar hər zaman bir millətin önündə duran tarixi zərurəti dərk edirlər. Tarixi zərurət nə deməkdir? Tarixi zərurət o anlamdadır ki, bir millətin maddi-mənəvi inkişafi elə bir mərhələyə çatır ki, o millət bəlli bir missionu həyata keçirmək üçün özünü mükəlləf bilir. Bu mükəlləfiyətin fərqinə varan milləti uluslar arası güclər də müşahidə etdikləri üçün politikalarını ayağa qalxıb tarix yazan millətin istəklərinə görə nizamlayırlar. Bizim son savaşımız tehranda olmalıdır. Biz bu qədər savaş uçaqlarını, top və tankları farslara buraxa bilmərik gəlib bizim şəhərlərimizi bombalasınlar. Əgər dünyada bir yenilik olmayacaqsa, fars zehniyəti tarixi bu istiqamətə yönləndirir. Bizim də buna görə düşünməmiz gərəkir. Güntay Gəncalp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
"Traktor" İsfahan komandasını məğlub etdi
Həmədanda tibb işçiləri etiraz aksiyası keçirib
BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırdı
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
Tehran Prokurorluğu jurnalistin fəaliyyətinə qadağa qoydu
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Ərdəbildə üç məhbus edam edildi
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir