SON XƏBƏRLƏR

MEHRDAD KƏRƏMİ DÜNƏNDƏN TƏBRİZ ZİNDANININ QƏRƏNTİNƏSİNDƏ SAXLANILIR

2021.10.20, 07:36
MEHRDAD KƏRƏMİ DÜNƏNDƏN TƏBRİZ ZİNDANININ QƏRƏNTİNƏSİNDƏ SAXLANILIR

Gunaz.tv

MEHRDAD KƏRƏMİ DÜNƏNDƏN TƏBRİZ ZİNDANININ QƏRƏNTİNƏSİNDƏ SAXLANILIR

Günaz TV: Mehrdad bəy Kərəmi dünən 10 Fevral Təbriz zindanının qərəntinəsinə göndərilmişdir. Mehrdad Kərəmi insan haqları fəalı və Təbrizə universitetinin öyrəncisi, 2011-ci il, dekabr ayının 24-ü Təbrizdə universitet avtobusundan enərək İttilaat məmurları tərəfindən yaxalanmış və oradan Zəngan İttilaat idarəsinə göndərilərək xüsusi kamerada saxlanılmışdı. Belə nəzərə gəlir ki, Əfşin Şahbazi, Ruzbeh Səadəti və Məhəmməd Əhədinin İttilaat məmurları tərəfindən tutuqlandıqlarından sonra Mehrdad bəy Təbriz İttilaatına gətirilibmiş.

Azərbaycan Tanıtım Ocağının keçmiş katibi olan Mehrdad bəy Kərəmi, indilikdə Təbriz zindanın qərəntinəsində saxlanılır. Mehrdad bəy, qərəntinənin ağır durumunda saxlanılarkən heç bir telefon danışığına da izni yoxdur.

M.R

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar