SON XƏBƏRLƏR

Gürcü və ermənilərin kilsə mübahisəsi

2021.10.20, 07:36
Gürcü və ermənilərin kilsə mübahisəsi

Gunaz.tv
Gürcü və ermənilərin kilsə mübahisəsi Ermənistan Gürcüstana qarşı ərazi iddialarını sistemləşdirir İşğalçı və Rusiyanın forpostu olan Ermənistanın Gürcüstana qarşı əsassız iddiaları yeni xarakter almağa başlayıb. Bu dəfə işə qriqoryan keşişləri qarışıb. Yeri gəlmişkən, xatırladım ki, 1988-ci ildə Dağlıq Qarabağda proseslər yenidən qızışanda erməni keşişlərinin fəallığı aydın görünürdü və həmin fəallığın nəticəsi isə göz qabağındadır, artıq 20 ildən çoxdur ki, fəlakətlə üz-üzəyik. Əgər "kilsə-xalq" sayılan ermənilərin məhz kilsələrin, monastrların (xüsusən də başqa xalqlara məxsus məbədləri mənimsəyərək) ətrafında toplaşmasını, Eçmiəzdin kilsəsinin bölgənin yerli xalqlarına düşmən münasibəti bəsləyən, qaniçən, separatçı-terrorçu erməni ideologiyasının yaradıcısı, istiqamətverici olduğunu nəzərə alsaq, aşağıda haqqında söhbət edəcəyimiz faktları diqqətdən kənarda qoymaq olmaz. Bayram Ötən ilin avqustunda Gürcüstan torpaqlarını növbəti dəfə işğal etməyə çalışan, amma Qərbin təzyiqi qarşısında buna sonadək nail ola bilməyən Moskvanın rəsmi Tiflisə təzyiq imkanları xeyli azalıb. Düzdür, Rusiya qoşunları təxminən 15 il əvvəl işğal etdiyi separatçı Abxaziya və separatçı Cənubi Osetiyada hələ də qalır. Buna baxmayaraq, ötən il baş verənlər Gürcüstanın ərazi bütövlüyünə nə qədər ağır zərbə vursa da rəsmi Tiflisin müstəqilliyinin artması göz qabağındadır. Bölgədə nəhəng iqtisadi layihələrin həyata keçirilməsində mühüm həlqə olan Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq haqqında saziş imzalamaqla Qərblə əməkdaşlığın daha yüksək mərhələyə keçməsində növbəti addım atıb. Gürcüstanın Qərbə doğru addımlarının qarşısını almaq üçün Rusiyanın və onun forpostu Ermənistanın təxribatlara əl atması hər an gözləniləndir. Erməni və gürcü internet səhifələrini uzun müddət izlədikdə belə qənaətə gəlmək olar ki, rəsmi İrəvan gürcülər üçün sürprizlər hazırlayır. Bu dəfə isə kilsələrin erməni və ya gürcülərə məxsusluğu mübahisə predmetidir. Onu da deyək ki, müsəlman Azərbaycan xalqı tarixən ona məxsus olan "ay evlərinin" və ya alban kilsələrinin erməniləşdirildiyini sübuta yetirməkdə bəzən çətinlik çəksə də, kilsələrin kimə məxsusluğu məsələsində ermənilər gürcülərə bata bilmirlər. Eyni zamanda, onu da unutmaq olmaz ki, ötən illər ərzində bu ölkələr arasında ziddiyyətlərin dərinləşməməsinin səbəbi və ən əsası xristian təəssübkeşliyidir. Məsələn, ötən ilin avqustunda rus təyyarələri Ermənistandakı rus bazalarından qalxıb, gürcü şəhər və kəndlərini bombalasa da rəsmi Tiflis indi də Rusiyanın Ermənistana qaz nəqlinə imkan verir. Amma Rusiyanın Gürcüstana hücumu zamanı gürcülərin ermənilərə sərt münasibəti üzə çıxdı. İrəvan saytları vay-şivən qoparmışdı ki, rus qırıcıları Ermənistandan qalxdığına görə rəsmi Tiflis və gürcülər erməniləri gözümçıxdıya salıblar, banklardan pul götürməyə qoymurlar, Ermənistana gələn yük qatarlarını talan edirlər və s. Sözümüzün canı odur ki, provoslav gürcülər və əksəriyyəti qriqoryan ermənilər "xristian qardaşları" olsalar da aralarındakı düşmənçilik ötən il daha da dərinləşib. Rus pravoslav "qardaşları" gürcülərə ötən ilin avqustunda elə divan tutdular ki, daha qriqoryan ermənilərin Gürcüstana qarşı iddialardan əl çəkməsinə yer qalmayıb. *** Ümumiyyətlə, qriqoryan kilsəsinin iddiaları, ittihamları keçən ildən açıq xarakter almağa başlayıb. Erməni keşişləri Gürcüstan pravoslav kilsəsinin ötən il Tiflisin mərkəzində yeni kilsə tikmək planını hay-küylə qarşılayıb, qriqoryan kilsəsinin ərazisinin zəbt olduğunu bildirirdilər. Hətta işə rəsmi İrəvan da qarışıb, prezidentlər, baş nazirlər, nazirlər məsələyə münasibət bildiriblər. Elə bu günlərdə Gürcüstana səfər edən Ermənistanın baş naziri Tiqran Sərkisyan kilsə qalmaqalı ilə bağlı müzakirə apardığını açıqlayıb. Son günlər erməni internet saytlarında Gürcüstandakı qriqoryan kilsələrinin taleyilə bağlı məsələlərə xüsusi diqqət yetirilir. Məsələn, arxitektor, tarixçi Samvel Karapetyan bildirir ki, Cavahetiyada erməni kilsəsinin ayrıca yeparxiyasını yaratmaq lazımdır: "Tarixi erməni torpaqlarında, indiki Gürcüstan ərazilərindəki kilsələrin Gürcüstan yeparxiyasının tərkibindəki, yalnız bir erməni apostol kilsəsinin nəzarətində olması düzgün deyil. Erməni katalikosu Samtse-Cavahetiyada müstəqil erməni yeparxiyası yaratmalıdır. Çünki hazırda Samtse-Cavahetiyada 238 min əhalinin 53 faizi, Axalkələkinin 91 faizi, Hinoçmind rayonunun 89 faiz əhalisi ermənidir". Samvel Karapetyanın sözlərinə görə, ötən əsrin 90-cı illərinin erməni kilsələri məsələlərinə diqqət yetirməyiblər, "ona görə də indi Gürcüstanda erməni kilsələrinin özəlləşdirilməsiylə qarşılaşırıq". Ermənilər iddia edirlər ki, 1991-ci ildən başlayaraq Gürcüstan pravolav kilsəsi təkcə bu ölkənin ərazisində deyil, hətta Ermənistan ərazisindəki kilsələrin mənimsənilməsi istiqamətində iş görür. Samvel Karapetyan erməni xalkidon kilsələrini Gürcüstan provoslav kilsəsinə aid etdiklərinə görə gürcü mətbuatını da günahlandırır: "Yeddinci əsrin əvvəllərində gürcü kilsəsi xalkidon dini təlimini qəbul edib, 630-cu ildə isə erməni katalikosu Ezr də xalkidon dini təliminə qoşulub. Nəticədə bu dini təlim dövlət dini olub və yüz il ərzində çoxlu xalkidon kilsələri tikilib. Bu gün gürcü ruhaniləri erməni xalkidon ruhanilərinin tikdirdikləri 10 erməni kilsəsini Gürcüstan apostol kilsəsinin nəzarətinə, idarəçiliyinə verilməsini istəyirlər. Həmin kilsələrin bəziləri əvvəllər apostol, sonradan xalkidon olublar. Onlardan çoxu Ermənistanın Lori və Tavuş vilayətlərindədir. Gürcü ruhaniləri bu kilsələrdə dini mərasim keçirirlər". Samvel Karapetyan Gürcüstan sərhədindən 300 metr aralıda yerləşən Xutçap kilsəsində baş verənlərə toxunub. Ötən əsrin 90-cı illərində Gürcüstan patriarxlığı Xutçap kilsəsində dini mərasimlər aparan keşişlərin yaşaması üçün yaxınlıqdakı Axkorpü (Ağkörpü) kəndində bir neçə mənzil tutub. Məsələ ondadır ki, ermənilər özləri onlara mənsub olduqlarını iddia etdikləri xalkidon kilsələrinin çoxdan fəaliyyət göstərmədiklərini boyunlarına alırlar. Amma bildirirlər ki, "arxitektur quruluşları bu kilsələrin ermənilərə məxsusluğunu" sübuta yetirir: "Bütün 10 kilsənin-Ağtala, Kobayr, Xnevank, Kiranç, Rnevank, Sedvi və s. hamısında gürcü kilsələrindən fərqli olaraq, mehrab var və burada heç bir qəbir yoxdur. Çünki, erməni kilsə və monastrlarında kiminsə dəfn edilməsi qadağan olunur. Samvel Karapetyanın sözlərinə görə, Gürcüstanın Samtse-Cavahetiya rayonunda və Ermənistan ərazisində yerləşən nə vaxtsa, erməni xalkidon kilsələri olmuş kilsələrdə erməni apostol ibadətlərini bərpa etməklə "problemin həlli" mümkündür. ... Maraqlı bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Ötən il belə bir məlumat yayılmışdı ki, guya erməni arxeoloqları işğal altındakı Azərbaycan ərazilərindəki hansısa məbəddə Tiqranın cəsədini tapıblar. Gürcülərlə xalkidon kilsəsi məsələsində mübahisəyə qoşulan ermənilər öz məbədlərində dəfnə icazə verilmədiyini vurğulayırlar. Bir sözlə, Ermənistan Gürcüstan üçün kilsə qalmaqalı hazırlamaqda, əsassız iddialarını sistemləşdirməkdədir. Əgər ermənilərin ərazi iddialarının, separatizminin, terrorçuluğununun kökündə məhz kilsənin durduğunu nəzərə alsaq, rəsmi Tiflis üçün "sürpriz" hazırlandığını söyləmək mümkündür. Bu "sürprizin" üstünün nə vaxt açılacağını isə indidən demək çətindir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar