G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda azlıqlara qarşı ayrı-seçkilik məhkəmə sistemində də yayılıb - Sato
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Türkiyənin Milli Təhlükəsizlik Şurası müharibənin davam etməsi ilə bağlı xəbərdarlıq edib
İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək
Husilər Mədinəyə hücum etdilər
Neftin qiyməti düşdü
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci dəniz piyada diviziyası göndərir
Türkiyə Suriya və İranın proksi qüvvələri arasında gizli görüşə ev sahibliyi edib
Dolların nəzarətsiz bahalaşması; hökumətin gecikmiş tədbirləri
Ukrayna və Avropa İttifaqı Kiyevin maliyyə və müdafiə ehtiyaclarının qarşılanması barədə razılaşıb
İran hərbçiləri daha bir gənci güllələdi
Mərənddə bir ailənin dörd üzvü öldürüldü
Bəluclara qarşı qanlı repressiyanın ildönümü yad edilib
Ermənistan İrana qarşı sanksiyalara qoşula bilər
Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Sistan və Bəlucistanda silahlı qarşıdrma- 6 nəfər həlak oldu
Qazaxıstan Rusiyaya nota verib
Abbas Lisaninin müalicəsinə icazə verilmir
Həmədanda iş qəzaları- 147 nəfər...
Bakıda TDT müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir
Britaniya səfiri: Etibarlı tərəfdaşlıq hər zamankından daha önəmlidir
GünAz TV: Türkiyədə Milli İstihbarat Təşkilatının (MİT) indiki və keçmiş direktorlarının istintaqa çağırılması ilə bağlı yaranan misli görünməmiş siyasi qalmaqal dərinləşir.
MİT direktoru Hakan Fidan, bu təşkilatın keçmiş direktoru Əmrə Taner, onun müavini Afet Güneş və daha iki yüksək rütbəli MİT təmsilçisi PKK-nın şəhərlərdə fəaliyyət göstərmək üçün qurulmuş siyasi qolu KCK-ya qarşı aparılan istintaq çərçivəsində İstanbul prokurorluğunun (dadistani) xüsusi səlahiyyətli dövlət ittihamçısı tərəfindən şübhəli şəxs qismində ifadə verməyə çağırılıblar.
Prokuror (dadistan) Sədrəddin Sarıkaya bu əmri hətta İstanbul cümhuriyyət prokuroru, “Ergenekon” işinin istintaqına rəhbərlik edən Turan Çolakkadını məlumatlandırmadan imzalayıb. Onun əmrinə əsasən MİT direktoru və bu qurumun digər adı keçən mənsubları fevralın (February) 9-da İstanbula gedib ifadə verməliydi. Əvvəlcə Hakan Fidan və digərlərinin ifadəyə çağırılması xəbərini hökumət rəsmiləri təkzib etməyə çalışıblar, daha sonra xəbər təsdiqlənib. Gözlənilirdi ki, Hakan Fidan və digərləri İstanbula gedib prokuror Sarıkayaya ifadə verəcəklər. Lakin günün sonunda Hakan Fidanın istintaqa ifadə verməyəcəyi açıqlanıb. MİT-dən bildirilib ki, prokurorun onu dindirmək səlahiyyəti yoxdur və əvvəlcə baş nazirdən icazə alınmalıdır. Daha sonra H.Fidan Çankaya iqamətgahına gedərək prezident Abdulla Güllə görüşüb.
Mətbuata məlum olub ki, baş nazir Ərdoğan ona yaxın şəxs olan Hakan Fidanın KCK istintaqı çərçivəsində ifadəyə çağırılmasından qəzəblənib. O, ədliyyə nazirinə xüsusi səlahiyyətli dövlət ittihamçılarının səlahiyyətlərində MİT rəhbərlərini istintaqa cəlb etməyi qeyri-mümkün edən düzəlişlər etməyi tapşırıb. Ehtimal edilirdi ki, ədliyyə naziri Sadullah Ergin Ərdoğanla görüşdən sonra MİT rəhbərlərini istintaqa çağıran prokuroru vəzifədən azad edə bilər. Lakin belə görünür ki, hökumət ittihamın MİT-PKK anlaşması ilə bağlı olduğunu nəzərə alaraq qalmaqalı daha da dərinləşdirməmək üçün prokuroru dərhal cəzalandırmır. Prokuror Sarıkaya isə Hakan Fidan və digərlərinin istintaqa gəlməməsi ilə bağlı dünən yeni sanksiya (təhrim, qadağa) imzalayıb. Bu sanksiyaya əsasən MİT direktorunu dindirmək üçün Ankara Cümhuriyyət Prokurorluğuna təlimat göndərilir. Bu təlimata əsasən H.Fidan Ankara prokurorluğunda ifadə verməlidir. MİT-in keçmiş direktoru Əmrə Taner və digər iki təşkilat təmsilçisinin isə barələrində prokurorun təqdimatı əsasında məhkəmə tərəfindən həbs qərarı çıxarılıb. Həmin qərara görə, Əmrə Taner, Afet Günəş və digər iki MİT-çi görüldükləri yerdə dərhal həbs edilməlidir.
Bəs prokuror MİT rəhbərlərini nədə şübhəli bilir? Mətbuata məlum olub ki, söhbət PKK rəhbərləri ilə gizli danışıqlar və bu danışıqlar nəticəsində əldə edilmiş anlaşmalardan gedir. MİT rəhbərliyini istintaqa cəlb etmək üçün dəlillər ötən ay Diyarbəkirdə kürd partiyası BDP-nin yerli təşkilatının binasında KCK istintaqı çərçivəsində aparılan axtarış nəticəsində tapılıb. Bu axtarış zamanı 12 səs yazısı və Abdulla Öcalanın İmralıdan göndərdiyi 19 məktub əldə edilib. Səs yazıları MİT rəhbərləri ilə PKK-nın yüksək rütbəli təmsilçiləri ilə Norveçin paytaxtı Osloda aparılmış gizli danışıqları əhatə edir. Bu danışıqlar ötən il mayın 12-13-də aparılmışdı və onunla bağlı səs yazısının bir hissəsi internetə ötürülmüşdü. O vaxta qədər hökumətlə PKK arasında danışıqların getdiyi barədə xəbərlər təkzib edilsə də, səs yazısının yayılmasından sonra baş nazir Ərdoğan belə təmasların olduğunu təsdiqlədi. Ancaq dedi ki, təmaslar dövlət tərəfindən qurulub.
Xəbərlərə görə, Osloda əldə edilmiş anlaşmaya əsasən PKK terror hücumlarını dayandırmalı, bunun əvəzində hökumət kürd məsələsinin həlli üçün addımlar atmalı, bəzi PKK-çıları sərbəst buraxmalı, hərbi və siyasi əməliyyatları dayandırmalı, KCK əməliyyatlarında tutulanları buraxmalı idi. Prokurorların bu dəlillər əsasında gəldiyi qənaətə görə, MİT rəhbərliyi PKK-nın və onun siyasi qolu olan KCK-nın idarə edilməsində vasitəçi rolu oynayıb. Əvvəlcədən silahlı fəaliyyət göstərməsi nəzərdə tutulan KCK-nın təşkilatlanması MİT-in nəzarəti altında həyata keçirilib. MİT öz funksiyalarından (görəvlərindən) kənara çıxaraq dövlətin konstitusional (təməl) quruluşuna və bütövlüyünə qarşı anlaşma əldə edib. Terror təşkilatının silahlı əməliyyatlarına göz yumulub. Öcalanla PKK-nın rəhbərliyi arasında məktublaşmaya imkan yaradılıb. MİT PKK qarşısında üzərinə götürdüyü öhdəliklər çərçivəsində silahlı qüvvələrin terrorçulara qarşı əməliyyatlarını əngəlləmək üçün fəaliyyət göstərib, PKK-ya məlumatlar sızdırıb. Türkiyə müxalifəti, xüsusən MHP Ərdoğan hökumətini PKK il anlaşma əldə etməkdə çoxdan təqsirləndirirdi. Müxalifət bildirirdi ki, AKP seçkilər ərəfəsində PKK ilə anlaşma əldə edərək terror təşkilatı qarşısında öhdəliklər götürüb. Ədliyyə sistemi AKP-nin tam nəzarəti altında olduğundan prokurorun Ərdoğana sadiq MİT direktorunu ifadəyə çağırması hər kəsi çaş-baş salıb. Bəziləri istisna etmir ki, burada Gül-Ərdoğan gizli qarşıdurmasının rolu ola bilər. Yeni müsavat
N.S
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Əhvazda 9 qadın fəal mühakimə olundu
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Daha bir siyasi məhbus edama məhkum edildi
İranda qadın müğənniyə 74 şallaq cəzası
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib