SON XƏBƏRLƏR

Həsən Ərkin əleyhinə yeni dosye açılıb

2021.10.20, 07:36
Həsən Ərkin əleyhinə yeni dosye açılıb

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı fəal Həsən Ərk prezidenti təhqir etmək ittihamı ilə yenidən məhkəməyə çağırılıb.

 

Azərbaycanlı fəala qarşı irəli sürülən yeni ittiham onun GünAz TV ilə müsahibəsindən 2 il sonraya təsadüf edir.

 

Qeyd edək ki, Həsən Ərk 2 il öncə GünAz TV ilə müsahibəsinə görə Təbriz inqilab məhkəməsi tərəfindən sistemin əleyhinə təbliğdə günahlandırılaraq, 91 gün həbsə məhkum edilmişdir. Sonra isə həbs qərarı apelyasıya məhkəməsi (dadqah-i təcdide nəzər) tərəfindən cərimə ilə əvəzlənmişdir.

 

Xatırladaq ki, Həsən Ərk Urmu Gölü ilə bağlı keçirilən kütləvi etirazlar ərəfəsində yaxalandığı dosyesi hazırda Təbrizin  inqilab məhkəməsindədir. O, bu dosyedə ölkənin milli təhlükəsizliyini pozmağa cəhd göstərməkdə ittiham olunur.

N.S

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar