Küveyt dinarının məzənnəsi 820 min tüməni keçib
Qazaxıstanda Starlink Mobile istifadəyə verilib
Türkiyə lirəsi 40 günə 28,5 faiz bahalaşıb
Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Millət vəkilləri İran səfirinin paylaşımına etiraz etdilər
Bu qış da qaz çatışmazlığı olacaq- Mühacirani
Rubio: Vaşinqtonun problemi İran deyil, inqilab və ölkəni idarə edən sistemdir!
İranda dollar yenidən rekord vurdu
İranda qocaların sayı artır- Rəsmi
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Qəzvində sosial media fəalı həbs edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Xarici soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
NATO komandanı: Rusiyanın məqsədi Ukraynanın müttəfiqlərinin dəstək iradəsini qırmaqdır
Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub
Tramp İrana qarşı sanksiyaları yumşaldacağına dair xəbəri təkzib edib
Təbrizli sürücülər etiraz aksiyası keçiriblər
İranda xərçəngə yoluxma sayı artıb
Türkiyədə İran təyyarəsinə həbs qoyulub
İranla yeni təmaslar qurulub- Tramp
İran NPT-dən çıxmağa hazırlaşır
Səhənddə dövlət məktəbi çatışmazlığı; siniflərdə 50 şagird
Oman uçuşları dayandırıldı; İrana mobil idxalı çətinləşdi
"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
MDB ətrafında yaranmış vəziyyət qeyri-müəyyən olaraq qalmaqdadır. Belə ki, bu beynəlxalq qurumun gələcək taleyi hələ də müəmmalı xarakter daşımaqdadır. Halbuki MDB-nin mövcudluğu Rusiya üçün xüsusi əhəmiyyət daşıyır. Ən azından ona görə ki, bu qurumun yaradılması məhz Kremlin siyasi layihəsi sayılır. Və Kreml MDB-yə postsovet məkanı dövlətlərinin Rusiyanın liderliyi ətrafında mərkəzləşdirilməsi baxımından, hələlik ən sərfəli variant kimi yanaşdığını qətiyyən gizlətmir. Bu səbəbdən də, MDB-nin gələcək taleyi ilə bağlı pessimist əhval-ruhiyyəli proqnozların Rusiya tərəfindən xüsusi qıcıqla qarşılanması o qədər də təəccüblü deyil. Onu da qeyd etmək lazımdır ki, MDB-nin gələcək taleyi ilə bağlı məsələ vaxtaşırı gündəmə gətirilir. Belə ki, müəyyən dövrlərdə bu qurumun yaxın gələcəkdə düşə biləcəyi vəziyyətlə bağlı müxtəlif mülahizələr irəli sürülüb. Həm də, həmin mülahizələr birqayda olaraq, həmişə mənfi məzmun daşıyıb. Xüsusilə də, son illərdə MDB-nin iflasa uğramasının qaçılmazlığı ilə bağlı iddialar daha sıx-sıx gündəmə gətirilir. Hətta bu müddət ərzində MDB-nin dağılma prosesi ərəfəsində olduğunu qabardan ehtimallara da dəfələrlə rast gəlinib. Təbii ki, analoji məzmunlu ehtimallar Kremldə xüsusi narahatlıqla qarşılanır. Hətta belə ehtimallara Rusiyanın siyasi dairələri tərəfindən sərt reaksiyalar da verilir. Həmin ehtimalların müəlliflərisə, postsovet məkanında pozuculuq mühiti yaratmaq cəhdində suçlanır. Halbuki MDB-nin gələcək taleyinə yönəlik ehtimalların postsovet məkanında hər hansı qarşıdurmaya yol aça biləcəyinə inanmaq sadəcə, sadəlövhlük olardı. Ən azından ona görə ki, qarşıdurma mühitinin yaranması və ya mövcud olması, MDB-nin gələcək taleyi ilə bağlı mülahizələrdən daha çox postsovet məkanı dövlətləri arasındakı qeyri-sağlam münasibətlər sistemindən qaynaqlanır. Və belə münasibətlərin mövcud olmasının özünün də kifayət qədər ciddi səbəbləri olmamış deyil. Məsələ ondadır ki, postsovet məkanı dövlətlərinin milli maraqları bir-birindən kəskin şəkildə fərqlənir. Hətta bir çox hallarda bu fərqlənmə postsovet dövlətlərinin maraqları arasında kəskin toqquşma da yaradır. Xüsusilə də, postsovet dövlətlərinin Qərblə Rusiya arasında seçim etmək məsələsində ciddi ziddiyyətlər yaşadıqları açıq-aşkar nəzərə çarpır. Çünki postsovet dövlətlərinin bəziləri (Ukrayna və Gürcüstan) öz gələcək talelərini ABŞ və Qərblə sıx inteqrasiya prosesində gördüklərini qətiyyən gizlətmirlər. Eyni zamanda bəzi dövlətlər (Ermənistan və Orta Asiya ölkələri) yaxın gələcək üçün Rusiya ilə müttəfiqliyə xüsusi önəm verirlər. Bütün bunlara baxmayaraq, MDB bir ziddiyyət məkanı olaraq qalmaqdadır. Hətta Rusiya belə, son vaxtlar bu önəmli reallığı etiraf etməyə başlayıb. Hər halda, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlamaları analoji məzmunda etiraf kimi dəyərləndirilə bilər. Ən azından ona görə ki, S.Lavrov "Rusiya MDB-nin parçalanması cəhdlərinə və birlik ölkələri arasında hərbi-siyasi qarşıdurma xəttinin aparılmasına müqavimət göstərəcək" açıqlamasını dilə gətirməkdən özünü saxlaya bilməyib. Onu sözlərinə görə, MDB-nin parçalanması cəhdləri və postsovet məkanındakı münaqişələr qurumdaxili əməkdaşlıq imkanlarına əngəl törədir. Maraqlıdır ki, əksər ekspertlər Rusiyanın diplomatiya idarəsinə rəhbərlik edən S.Lavrovun bu sözlərini MDB-nin yaxın gələcək üçün taleyindən ciddi narahatlığın əlaməti kimi dəyərləndirirlər. Onların fikrincə, Kreml MDB ətrafında yaranmış vəziyyətin artıq böhranlı səviyyəyə çatdığını gizlətməkdə çətinlik çəkir. Halbuki MDB daxilində dərinləşməkdə olan böhranın əsas səbəbkarı rolunda da elə Rusiyanın özü çıxış edir. Hər halda, Kremlin bəzi MDB dövlətlərinə qarşı sərt addımlar atması postsovet məkanında mərkəzdənqaçma meyllərini gücləndirir. Xüsusilə də, Rusiyanın Gürcüstana qarşı hərbi müdaxiləsi MDB-nin gələcək taleyinə vurulmuş ən sarsıdıcı zərbə rolunu oynayır. Çünki bu hərbi müdaxilədən sonra Gürcüstan MDB-dən çıxmaq barədə qərarını rəsmən elan etdi. Eyni sözləri Rusiya ilə hər il "qaz müharibəsi" yaşayan Ukrayna haqqında da söyləmək mümkündür. Hər halda, uyğun situasiyanın yetişəcəyi təqdirdə, rəsmi Kiyevin də Ukraynanın MDB-dən çıxması barədə qəti qərar verə biləcəyi qətiyyən şübhə doğurmur. Göründüyü kimi, əslində, MDB-nin parçalanmasına yönəlik addımları elə, Rusiyanın özü atır. Bir müddət öncə Rusiyanın Gürcüstanın separatçı bölgələri olan Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıması da MDB-nin parçalanmasını stimullaşdıran addımlardan sayılır. Rusiya prezidenti Dmitri Medvedyevin artıq bu iki separatçı bölgənin səfirlərinin etibarnamələrini qəbul etməsi MDB-yə üzv olan iki qonşu dövlətin münasibətlərinin qarşıdurma səviyyəsində olmasından xəbər verir. Və bu iki dövlətin eyni qurumda normal fəaliyyət göstərməsi artıq o qədər də inandırıcı təsir göstərmir. Digər tərəfdən, S.Lavrovun MDB dövlətləri arasında hərbi-siyasi qarşıdurma xəttinin aparılmasına Rusiyanın müqavimət göstərəcəyinə yönəlik sözlərinin səmimilikdən uzaq olmasını başqa bir fakt da təsdiqləyir. Belə ki, bir neçə gün öncə Rusiyanın Ermənistana 800 milyon dollar dəyərində hərbi texnika və silah-sursat hədiyyə etməsi məlum olub. Kremlin bu davranışı əslində, hər ikisi MDB-nin üzvü olan iki dövlət - Azərbaycan və Ermənistan arasında hərbi-siyasi qarşıdurmanın daha da dərinləşməsinə xidmət edir. Bu isə, o deməkdir ki, Rusiyanın MDB daxilində özünün yaratdığı xoşagəlməz vəziyyətə görə başqalarını suçlaması tamamilə yersizdir. Məsələ ondadır ki, S.Lavrov MDB dövlətlərinin kiminsə, geosiyasi layihələrinin girovuna çevrilməsinin və onların "ya mənimləsən, ya da mənə qarşısan" seçimi qarşısında qoyulmasının yolverilməz olduğunu da vurğulayıb. Əslində, S.Lavrovun bu eyhamla ABŞ və Qərbi nəzərdə tutduğunu anlamaq o qədər də çətin deyil. Halbuki yuxarıda da qeyd olunmuş faktlar və məqamlar fərqli situasiyada xəbər verir. Hər halda, indiyə qədər MDB dövlətlərinə münasibətdə strateji seçim etmək tələbləriylə yüklənmiş eyhamlara məhz Kremlin açıqlamalarında və davranışlarında rast gəlinib. Ona görə də, indiki halda, Rusiyanın sadəcə, növbəti dəfə MDB dövlətlərinə üstüörtülü xəbərdarlıq etmək niyyəti güddüyünü düşünmək olar. Çünki Rusiyanın "müqavimət göstərmək" ifadəsinin arxasında nələrin gizləndiyini müəyyənləşdirmək üçün o qədər də dərin araşdırmaya ehtiyac yoxdur. Bu isə, o deməkdir ki, MDB-nin gələcək taleyi ilə bağlı kifayət qədər ciddi problemlər yaranmağa başlayıb və Kreml vaxt itirmədən qabaqlayıcı addımlar atmaq məcburiyyətində qalıb. Elçin XALİDBƏYLİ
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio