"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Türkiyədə “Ergenekon”la bağlı çoxsaylı səs-küylü iddialar ortaya atan iqtidara bağlı media ölkənin yaxın tarixində baş vermiş daha bir səs-küylü qətli istefada olan general Vəli Kiçiyin üzərinə qoyub. “Yeni Şafak” qəzetində dərc edilmiş məqalədə deyilir ki, 8 il əvvəl Türkiyənin ən tanınmış iş adamlarından biri, “Alarko Holdinq” Şirkətlər Qrupunun Direktorlar Şurasının rəhbəri, yəhudi əsilli Üzeyir Qarih “Ergenekon” tərəfindən, Vəli Kiçiyin əmri ilə öldürülüb. Belə əmrin verilməsinə səbəb isə iş adamının Azərbaycanda o vaxtkı prezident Heydər Əliyevin devrilməsi planına maliyyə dəstəyi verməkdən imtina etməsi olub. Qəzetin “Üzeyir Qarihə yaxın mənbəyə” istinadən yazdığına görə, iş adamı “Ergenekon” təşkilatına müntəzəm olaraq maliyyə yardımı göstərirdi. Həmin mənbə “Ergenekon”un 1995-ci ildə Azərbaycanda çevriliş edərək Əbülfəz Elçibəyi yenidən iqtidara gətirməyi planlaşdırdığını, lakin Qarihin bu plana maliyyə dəstəyini çəkdiyini və nəticədə onun öldürülməsi əmrinin verildiyini iddia edib. Üzeyir Qarih 2001-ci il avqustun 25-də İstanbuldakı məzarlıqlardan birini ziyarət edərkən Yener Yenmez adlı narkoman tərəfindən bıçaqlanaraq öldürülüb. İstintaqın versiyasına görə, Yenməz ondan pul istəyib, lakin iş adamı verməyincə bıçaqlanıb. Lakin qəzetin istinad etdiyi mənbə bildirir ki, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin qohumu olan Vəli Kiçik başda Rusiya və Azərbaycanın bir sıra keçmiş sovet respublikalarında “Alarko” holdinqin ixrac əməliyyatlarını himayə edirdi. Bu himayənin əvəzində Qarih “Ergenekon”a müntəzəm olaraq maliyyə yardımı edib. Bildirilir ki, bu yardımlar müəyyən mərhələdən sonra ciddi ölçülərə çatıb, nəticədə Üzeyir Qarihin yəhudi ortağı İshaq Alatonla onun arasında problem yaranıb. Bu yardımlara qarşı çıxan Alatonla münasibətlər gərginləşəndən sonra Qarih “Ergenekon”a maliyyə yardımını kəsib. Həmin vaxtlarda təşkilat Azərbaycanda böyük əməliyyat hazırlayırdı. “Ergenekon” prezident Əliyevi devirib Elçibəyi yenidən hakimiyyətə qaytarmaq istəyirdi. “1993-cü ildə hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılan Elçibəy Vəli Kiçiyin qohumu idi. Bu işi ən çox Vəli Paşa istəyirdi. Çünki təşkilatın Azərbaycandan ciddi gəliri var idi və bunun davamını təmin etmək üçün nəsə etməliydi. Hətta Vəli Paşa Azərbaycanda Elçibəydən istifadə edərək hakimiyyəti ələ keçirmək, istefaya getdikdən sonra Bakıya yerləşmək istəyirdi” - deyə qəzet yazır. Daha sonra deyilir ki, həmin planları icra etmək üçün Vəli Kiçik bir çox iş adamlarına, o cümlədən Qarihə “əlinizi cibinizə atın” xəbəri göndərib. Ancaq Qarih Kiçiyin adamı vasitəsilə ona xəbər göndərib ki, artıq təşkilata pul verməyəcək. Bununla da onun ölümünə sərəncam verilib. Qəzet yazır ki, həmin vaxt “Ergenekon” təşkilatına adını verən türk ordusunun polkovniki Necabəddin Ergenekon Adıyaman bölgəsində jandarma alayının komandiri idi. Azərbaycandakı çevriliş planını isə İstanbuldan o idarə edirmiş. Lakin Türkiyənin o vaxtkı prezidenti Süleyman Dəmirəl bu planla bağlı Heydər Əliyevi məlumatlandırıb, nəticədə plan pozulub. Məqalədə daha sonra bu çevriliş planı ilə bağlı detallara yer verilir: “1995-ci ilin mart ayında Abdulla Çatlı və Susurluq qəzasından sonra adı ön plana çıxan xüsusi təyinatlı polislərdən qurulan komanda Azərbaycana getdi. Xüsusi təyinatlılar Azərbaycanda çevriliş edəcək qruplara silah və bomba təlimləri verirdi. Heydər Əliyevi devirib yerinə Elçibəyi gətirmək üçün hər cür hazırlıq görülmüşdü. Ancaq Dəmirəlin Əliyevi xəbərdar etməsiylə plan son anda pozuldu. Çevriliş planında iştirak edən ”OMON" birliklərinə xüsusi təyinatlı qüvvələrin zabiti Korkut Eken, İbrahim Şahin və Abdulla Çatlının təlim keçdiyi bildirilir. Çatlı, Eken və Ayhan Çarkından ibarət qrupun mart çevriliş planından 3 ay əvvəl Azərbaycana getdiyi deyilir. Onlar “OMON” birliklərinə təlim keçdilər. Ovaxtkı xüsusi təyinatlı əməliyyatlar idarəsinin rəisi İbrahim Şahin isə Rövşən Cavadovun dəvəti ilə daha sonra Bakıya gedib və orada xüsusi təyinatlıların OMON birliklərinə verdikləri təlimlərə qatılıb. Xüsusi təyinatlıların Bakıya gedərkən özləri ilə böyük miqdarda partlayıcı götürdükləri də iddia edilir". Bildirilir ki, Üzeyir Qarihi öldürən Yenmezin “Ergenekon” işi üzrə həbsdə olan, ovaxtkı alay komandiri, istefada olan polkovnik Fikri Karadağın əsgəri olduğu da üzə çıxmışdı. İddialara görə, o, istintaqa verdiyi ifadədə iş adamını bəzi güclərin təhdidləri ilə öldürdüyünü deyib, lakin detalları açıqlamağa cəsarət etməyib. Məhkəmədəki son sözündə isə o, “bu cinayət həmişəlik qaranlıq qalacaq” deyib. “Yeni Şafak”ın yazdıqlarını genişləndirən digər iqtidar qəzeti “Zaman” isə iş adamının yaxınlarından birinə istinadən Qarihin polis formasında olan iki şəxs tərəfindən öldürüldüyünü iddia edib. Qəzet Qarih ailəsinin dostu olan Doğan Kasadoğluna istinadən yazıb ki, iş adamını “Ergenekon”un öldürməsi haqda deyilənlər doğrudur. Qeyd edək ki, Türkiyə iqtidarındakı qüvvələrə bağlı media neçə vaxtdır ölkənin yaxın tarixinin az qala bütün qaranlıq cinayətlərini “Ergenekon”un və onun liderlərindən biri olaraq təqdim edilən Vəli Kiçiyin adına yazıb. Üzeyir Qarih cinayəti ilə bağlı iddialar da bu çərçivədən sayıla bilər. Bu yazıda Azərbaycanın yaxın tarixi ilə bağlı məqamlar da olduğuna görə diqqəti daha çox cəlb edir. 1995-ci il mart hadisələri haqda məlumatlı olanlar təsdiq edir ki, həmin hadisələrdə Türkiyə xüsusi xidmət orqanlarının əli olub. Lakin söhbət Türkiyənin Azərbaycanda iqtidar daxilində yaranmış ziddiyyətlərdən öz maraqları üçün istifadə məsələsindən gedə bilərdi və birmənalı olaraq Ankaranın planlaşdırdığı dövlət çevrilişi haqqında danışmaq düzgün deyil. Həmin hadisələrin baş verdiyi vaxtda Vəli Kiçik və Türkiyədəki digər millətçi, Azərbaycanı sevən qüvvələr ölkəyə leqal və ya qeyri-leqal yollarla hərbi yardımlar edib və edə bilərdi. O cümlədən türk xüsusi təyinatlılarının Azərbaycanın silahlı qüvvələrinə, habelə OMON birliklərinə təlim verməsi də bu sıradandır. Çünki Azərbaycan erməni işğalı ilə üzləşərək çox ağır duruma düşmüşdü. Lakin göründüyü kimi, Türkiyədə müəyyən çevrələr Azərbaycana türk silahlı qüvvələrinin o vaxt etdiyi yardımları başqa səmtə yozur. İki gün əvvəl məhkəmədə ifadə verən Vəli Kiçik isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək bunları Atatürk cümhuriyyətini aradan qaldırmaq istəyən, silahlı qüvvələri nüfuzdan salmağa çalışan qüvvələrin qurduğu tələ adlandırıb. Türkiyə mətbuatı Vəli Kiçiyin məhkəmədə oxuduğu 3 saat yarımlıq ifadəsindən bəzi maraqlı məqamları dərc edir. “NTV” telekanalının xəbərinə görə, Vəli Kiçik ifadəsində deyib ki, onun həbsi ən çox erməniləri sevindirib: “Mən Azərbaycanın 17 faiz ərazilərinin işğal olunduğunu, ermənilərin bu torpaqları tərk etməli olacağını dediyim üçün həbs olunmuşam. Atatürkün izində olduğum, Atatürk və türk milliyyətçisi olduğum üçün buradayam. Əgər soyqırımdan söhbət gedirsə, bunu 1992-ci ildə ermənilərin azəri türklərinə qarşı törətdiyini dediyim üçün həbsdəyəm. Mən həbs ediləndə erməni televiziyalarında şənliklər təşkil olundu. Bu mənə çox toxundu. Məni türk məhkəməsi mühakimə edəcək. Asılsam da qəbulumdur. Amma ermənilər şənlik təşkil edə bilməz. Buradan ya tam bəraət alıb çıxacağam, ya da yox olmalıyam”. Fərhad MƏMMƏDOV musavat
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi