SON XƏBƏRLƏR

Qardian: Yoxsulluq və bahalaşma İranda dərinləşir

2026.06.08, 14:31
Qardian: Yoxsulluq və bahalaşma İranda dərinləşir

Gunaz.tv

Müharibənin İran iqtisadiyyatına vurduğu zərər 270 milyard dollar olaraq qiymətləndirilir; inflyasiya, durğunluq və yaşayış çətinlikləri müharibədən sonrakı dövrün əsas problemləri kimi göstərilir.

Gunaz TV-nin məlumatına görə, Britaniyanın Qardian qəzeti İranın müharibədən sonra həssas bir keçid mərhələsinə daxil olduğunu və ciddi iqtisadi-sosial problemlərlə qarşılaşacağını yazıb.

Hesabatda bildirilir ki, İran iqtisadiyyatı müharibədən sonrakı dövrə ərzaq məhsullarında təxminən 130 faizlik, ət və toyuq məhsullarında isə 176 faizlik inflyasiya ilə daxil olur. Ekspertlər yoxsulluğun, qidalanma problemlərinin və əhalinin rifah səviyyəsinin aşağı düşməsinin artacağı barədə xəbərdarlıq edirlər.

Qardian həmçinin qeyd edir ki, müharibənin İran iqtisadiyyatına vurduğu zərərin 270 milyard dollar olduğu təxmin edilir və sanksiyaların qismən azaldılması belə bu itkilərin yalnız kiçik hissəsini kompensasiya edə bilər.

Məqalədə vurğulanır ki, qiymət artımları, internet məhdudiyyətləri, işsizlik və elektrik kəsintiləri ehtimalı ölkədə ictimai narazılığı daha da artıracaq.

Bəzi iranlı ekspertlər isə xarici təhlükənin azalmasından sonra daxili problemlərin və iqtisadi-sosial tələblərin yenidən daha qabarıq şəkildə ortaya çıxacağını bildirirlər.


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar