Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
GünAz TV: Ötən həftə İranda hakimiyyət daxili ziddiyyət yenə baş qaldırıb. Aprel-may aylarında İranda ölkə prezidenti Mahmud Əhmədinejada qarşı təzyiqlər yenə artıb.
Ölkə informasiya vasitələrinin məlumatına əsasən, İran parlamentinin yüz deputatı (millət vəkili) prezidentə etimadsızlıqla bağlı məclisin rəyasət heyətinə müraciət ediblər.
Bu sənəd Əli Mütəhhəri adlı deputatın təşəbbüsü ilə hazırlanıb. Etimadsızlıq layihəsində M.Əhmədinejada 11 sual ünvanlanıb. Suallardan 3-ü iqtisadi vəziyyətə, 3-ü qanun pozuntularına, 3-ü siyasi, 2-si isə mədəniyyət sahəsinə aiddir.
Rəyasət Heyətinin üzvü Məhəmməd Dehqan layihəyə baxıldığını və uyğun qərarın çıxırıldığını bildirib. O, ölkənin indiki həssas durumunda bu məsələnin yenidən ortaya çıxması hökumətlə parlament arasında əlaqələri zəiflədər, bu isə ölkəmizin xeyrinə deyil:«Rəyasət Heyəti üzvlərinin çoxu ölkənin indiki həssas durumunu nəzərə alaraq prezidentə etimadsızlığı göstərilməsini məqsədəuyğun saymadı. Onların fikrincə, bu, indiki şəraidə ölkəmizin xeyrinə deyil. Bu səbəbdən də qərara alındı ki, sənədin müəllifi Ə.Mütəhhəri ilə görüşüb, vəziyyə ona bir daha izah edilsin. Ondan prezidentə etimadsızlıq məsələsini parlamentin gündəliyinə çıxırılması xahiş ediləcək».
«Röyter»-in məlumatında bildirilib ki, əgər bir ay ərzində deputatlar tələblərini geri götürməsə, o zaman hökumət onlar qarşısında hesabatla çıxış etməlidir. Suallar arasında Tehran metro tikintisinə məclis tərəfindən təsdiqlənmiş maliyyə vəsaitinin vaxtında çatdırılmaması,idman nazirinin təyinatının gecirdirilməsi də var.
Mayda isə deputatlar Əhmədinejadı ölkə Ana Yasasını 50 dəfə pozmaqda ittiham etmişdilər. Onda 90 deputat prezidentin hesabatını dinləmək üçün imza toplamışdı.Məclis üzvləri ilk növbədə İranın ali rəhbəri ayətullah Xamneyi ilə M.Əhmədinejad arasında olan fikri ayrılığına hökumət başçısının aydınlıq gətirməsini tələb edirdilər.
Hələ cari ayın əvvəlində parlamentin sədri Əli Laricani prezidentə ünvanladığı özəl məktubda M.Əhmədinejada nazirlər kabinetinin 26 qərarının ölkə qanunvericiliyi ilə ziddiyyət təşkil etdiyini bildirmişdi. Hökumətin həmin qərarlarından biri neft məsələləri üzrə işçi qrupun qanunsuz olaraq, yaradılmasıdır. Bu qrup M.Əhmədinejadın özəl nümayəndəsi saylır. Odur ki, parlament sədri onu 26 qərarda düzəliş etməyə çağırmışdı.
Məktubun surəti ölkə rəsmilərinə, eləcə də məhkəmə sisteminin başçısına yollanmışdı.
2010-cu ilin noyabrında da oxşar cəhd olmuşdu. Ancaq indiyə kimi Əhəmdinejad onların tələbəi əsasında parlamentə hesabat verməyib.
Bununla belə höukmət yaxın sayılanlar qarşı təqib və basqılar davam edir.
Ötən həftənin ortalarında «Ərvənd» Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Ələgər Pərhizkar həbs edilib. 17 min 200 hektar sahəsi olan bu zona İranın Xuzistan əyalətinin Abadan-Xürrəmşəhr şəhərləri arasında, İraq sərhədinə yaxın ərazidə yerləşir.
İran Prezident Administrasiyasının (nəhade riyasətə cümhuri) keçmiş bahçısı İsfəndiyar Rəhim - Məşayinin yaxın adamlarından sayılan Ələsğər Pərhizkar «yolunu azmış siyasi cərəyanla əlaqədə» və «iqtisadi fəsad salmaqda» günahlandırılıb.
Həmin gün İran Prezident Administrasiyasının nəzdində fəaliyyət göstərən Xaricdə Yaşayan İranlılar üzrə Ali Şuranın baş direktoru Məhəmmədşərif Mələkzadə də tutulub. Prezident Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayinin yaxın adamlarından biri sayılan Məhəmmədşərif Mələkzadə «iqtisadi cinayətdə», «yolunu azmış cərəyanla əlaqədə», bəzi «xarici rəsmilərlə şübhəli münasibətlərdə» suçlandırılıb.
Qeyd edək ki, ölkə parlamentinin üzvləri xarici işlər naziri Ələkbər Salehiyə etimad göstərilməməsinə dair imzatoplam kampaniyasına başlamışdılar . O, Məhəmmədşərif Mələkzadəni özünə maliyyə məsələləri üzrə müavin təyin etmədək suçlanırdı. 25 deputat sənədi imzalamışdı.Ölkə qanunlarına əsasən, naziri tutduğu vəzifədən kənarlaşdırmaq üçün 10 deputatın imzası da yetərlidir.
Məclis üzvlərinin qənaətincə, Məhəmmədşərif Mələkzadə korrupsiya (fəsade mali) və qanunları pozmaqda şübhəli bilinir.O, əvvəllər İranın xarici işlər üzrə Ali Şurasında baş katib vəzifəsində çalışıb.
İran parlamentinin deputatı Qüdrətulla Əlixani prezident Mahmud Əhmədineadı “yolunu azmış cərəyan”a başçılıq etməkdə günahlandırmışdı.
Parlamentin ötən həftəki toplantısında deputat Qüdrətulla Əlixani bildirmişdi: “Bəziləri «yolunu azmış cərəyanın» fəaliyyətindən indi xəbərdar olsa da, mən hələ altıncı çağırışda formalaşan parlament dövründə bu cərəyanın yarandığından xəbər tutmuşdum.
Ey mühafizəkar cənablar,sizlərdən bəziləriniz bu cərəyanın formalaşmasından xeyli vaxt keçməsinə baxmayaraq «yolunu azmış» bu cərəyandan indii xəbərdar olur, məsələnin mahiyyətinə deyil,yalnız zahirinə diqqət yetirirsiniz. Halbuki biz bundan əvvəl ölkə prezidenti cənab Əhmədinejadın şəxsən ölkə problemlərinin, eləcə də «yolunu azmış» cərəyanın başında durması məsələsinə dəfələrlə toxunmuşuq”.
Hələ ötən ay İranın dini-siyasi-ideoloji mərkəzinin, Qumun tanınmışı ruhanilərindən biri, rejimin qatı tərəfdarı ayətullah Məhəmmədcavad Fazil-Lənkərani (o,mərhum ayətullah Fazil Lənkəraninin oğludur) jurnalistlərə açıqlamasında bildirmişdi ki, «yolunu azmışların yaratdığı cərəyan» İran İslam inqilabına «təhlükədir». «Cəmiyyətimizdə elə dini cərəyanlar və şəxslər var ki, onlar üzdə özlərini dindar, şəriətə tərəfdarı kimi göstərsələr də, özlərinin təfisir etdiyi şəriəti əsas sayırlar. Belələri inqilab rəhbəri başda olmaqla din alimlərinin təfsirlərini qəbul etmir, ona inanmırlar. Beləliklə, islamın özbaşına təfsiri, yolunu azmış təriqtələrin meydana çıxmasına zəmin yaradır.
Bu çox təhlükəli bir haldır. Çünki islam inqilabındakı yolunu azmış təriqətlərin nüfuzunun başlamsı da özbaşına təfsirlərlə əlaqədardır».
M.Lənkəraninin bu bəyanatından bir neçə gün öncə, İran KİV-i (Kütləvi informasiya vasitələri) «Keyhani» adlı «azmışlar» təriqətinin liderinin həbsi barədə xəbərə yayıb.
Bu təriqətin həbs olunan təmsilçiləri Məhəmməd peyğəmbərə qarşı çıxmaqla yanaşı, «terrorçu qruplarla işbirliyində» suçlanır. «Keyhani» təriqətinin son 2 ildə 2 terror aksiyası keçirdiyi İranın uyğun qurumları tərəfindən ittiham irəli sürülüb.
Onlar «İran-İslam sintezi»(əslində «fars-islam sintezi»)-deyə, bir «irfan məktəbi qurmağa», habelə «Ruh-ul-Qüds»ə, «Müqəddəs ruha» bağlanmaq yolu ilə xəstələri sağaltmaq gücünə malik olduqların iddia edirlər. Mənbənin məlumatına əsasən, günahlandırılanlar «ruhdan və bədəndən cin çıxartma» yönündə də fəaliyyət göstərdiklərini bildiriblər.
Tehran hakimiyyəti bu təriqətin də ABŞ (Amerika Birləşmiş Ştatları), İsrail və Avropa Birliyi tərəfindən «çeşidli məqsədlər üçün yaradılaraq, dəstəkləndiyini, müsəlmanlar arasında dini dəyərləri, irqi ayrı-seçkiliyi, milliyyətçiliyi təbliğ ediyini» iddia edir. İran hesab edir ki, həmin təriqətin təmsilçiləri yalnız İranda deyil, bütün islam ölkələrində fəaliyyət göstərirlər.
Ayətullah Lənkəraninin çıxışı, eləcə də «Keyhani»lər haqda bu xəbər İran prezidenti Mahmud Əhmədinejada və onun yaxın ətrafına aiddir.
Vəziyyətin gərginliyi Əhmədinejadın nazir vəzifəsi üçün irəli sürdüyü namizədlərin parlamentdən keçmədiyində də özünü göstərməkdədir.
Ötən həftə İran prezidenti Mahmud Əhmədinejadın idman və gənclər naziri vəzifəsinə irəli sürdüyü namizəd parlamentdən keçmədi.O, bu vəzifəyə Həmid Səccadinin irəli sürmüşdü.Səsvermədən əvvəl Əhmədinejad parlamentdə çıxış edərək, deputatları Həmid Səccadini dəstəkləməyə də çağırmışdı.
Çıxışlardan sonra səsvermə keçirilib. 247 deputatın qatıldığı səsvermədə 137 deputat Həmid Səccadinin əleyhinə, 87 deputat lehinə səs verib, 23 nəfər isə bitərəf qalıb.
Təzyiqlər keçmiş prezident, məsləhət şurasının sədri Rəfsəncanidən də yan ötməyib. Bir neçə gün öncə onun başçılq etdiyi qurumun katiblərinin otağı yandırılıb. Hadisə barə xəbər 3 gün sonra yayılıb.
Məsələ ilə bağlı şuranın ictimai əlaqələr şöbəsi bəyanat yayaraq, olayı Haşimi-Rəfsəncaniyə qarşı «təxribat» adlandırıb. Şöbənin məlumatına əsasən, naməlum şəxs gecə qurumun yerləşdiyi «Qüds» adlı binaya girərək, katiblərə məxsus otağı yandıraraq, olay yerindən qaçıb.
Hadisə nəticəsində növbətçi katib xəsarət alaraq, xəstəxanaya yerləşdrilib. Otaqdakı kompyuterlər, sənədlər və başqa əşyalar da tamamilə yanıb. Binada və otaqdakı nəzarət kameraları yanğını törədəni qeyd etsə də, onunla bağlı hələ heç bir məlumat verilməyib.
Bu kimi xəbərlərdən belə görünür ki, hakimiyyət daxilində həm rəfsəncaniçilər, həm də Əhmədinejadın yerdə qalan tərəfdarları «vurulur». İki ay öncə prezidentlə ali rəhbər, prezidentlə parlament arasındakı qarşıdurma hələ də öz həllini tapmayıb. Bu baxımdan ik il müddətində Əhmədinejada edilən basqıların bundan sonra da davam edəcyi istisna olunmur. Həmin təzyiqlər isə perspektivdə (çeşməndaz) hökumət başçısının vəzifəsi ilə vidalaşıb, cinayət məsuliyyətinə cəlb edilməsinə də səbəb olacağı ehtimalını artırır. Bu həm də hakimiyyət üçün mövcud vəziyyətdən müvəqqəti olaraq, çıxmasına da yardım edə bilər.
Ölkədə həllini tapmayan problemləri Əhmədinejadın hökumətinin «yarıtmaz işi» ilə bağlaya, suçlu olaraq, onu kənarlaşdırarlar. Düzdür, bu müvəqqəti hal olsa da hakimiyyət cəmiyyəti müəyyən məna da sakitləşdirər. Eyni zamanda bu sayaq işləri ölkədə «islahat « adı altında dünya ictimaiyyətinə təqdim edərlər. Amma belə «islahatları» İran cəmiyyəti və beynəlxalq ictimaiyyət çox görüb. Odur ki, Əhmədinejadın «islahata» qurban verilməsi siyasi, iqtisadi və sosial dəyişikliklərin getməsi kimi çətin dəyərləndirilsin. Çünki söhbət hökumətin dəyişdirilməsindən deyil, mövcud siyasi sistemin ya islah olunması, ya da tarixin arxivinə yola salınmasından gedir.
Sədrəddin Soltan
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran NPT-dən çıxmağa hazırlaşır
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu