SON XƏBƏRLƏR

İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub

2026.09.27, 11:30
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub

Neft-kimya müəssisələri qonşu ölkələrin elektrik enerjisini gözləyir.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranda elektrik enerjisi çatışmazlığının davam etməsi və qış mövsümündə sənayenin enerji təminatı ilə bağlı narahatlıqlar fonunda İran Energetika Nazirliyi Azərbaycandan və Türkiyədən elektrik enerjisi idxalını planlaşdırdığını açıqlayıb. Bu addım neft-kimya sənayesinin elektrik enerjisinə olan tələbatının bir hissəsini qarşılaya bilər.

İran Energetika Nazirinin elektrik və enerji məsələləri üzrə müavini Mustafa Rəcəbi Məşhədi ISNA-ya açıqlamasında bu ilin yayında elektrik enerjisinin təminatı ilə bağlı planlardan danışaraq deyib: “Bu ilin yayında məqsədimiz elektrik enerjisi idxalını artırmaq idi. Çünki mövcud elektrik çatışmazlığı nəzərə alınaraq, ölkənin daxili elektrik enerjisi ilə təmin edilməsi prioritet idi. Hazırda Türkmənistan və Ermənistandan təxminən 500 meqavat elektrik enerjisi idxal edirik.”

Rəcəbi Məşhədi qış mövsümü üçün planlaşdırılan elektrik enerjisi idxalı ilə bağlı deyib: “Qış mövsümü üçün Türkiyə və Azərbaycan vasitəsilə elektrik enerjisi idxalının gündəmə gətirilməsi istiqamətində planlarımız var. Lazımi koordinasiya neft-kimya şirkətləri ilə aparılıb ki, bu şirkətlər idxal olunan elektrik enerjisini alsınlar.”

O əlavə edib: “Bu addımla istilik elektrik stansiyalarında yanacaq çatışmazlığının bir hissəsini bu yolla kompensasiya edə bilərik.”

Rəcəbi Məşhədi bildirib: “Neft-kimya şirkətləri Türkiyədən elektrik enerjisi almağa nail olarsa, idxalın həcmi təxminən 1000 meqavata çatacaq və şübhəsiz ki, bu həcmdə idxal ilə neft-kimya sənayesi şirkətlərinin tələbatı təmin olunacaq.”

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar