ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
GünAz TV: Xəzərin çirkləndirilməsində Azərbaycanın payının daha çox olması barədə İran tərəfindən ittihamlar irəli sürülməsi ilk dəfə deyil.
Bu barədə Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə İranın vitse-prezidenti (prezidetn müavini) və Ekologiya Departamentinin (bölmə, bəxş) rəhbəri Məhəmməd Cavad Məhəmmədzadənin Xəzərin çirkləndirilməsində Azərbaycanın payının daha çox olması barədə fikrinə münasibət bildirərkən deyib.
“Bunun arxasında Azərbaycanın sosial-iqtisadi inkişafı və milli neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi, ildən-ilə ətraf mühit məsələlərinə diqqətin artmasına olan qısqanc münasibət durur”, - Səttarzadə bildirib.
Onun sözlərinə görə, Xəzər regional (bölgəsəl) dənizdir və dənizin ekoloji durumunun yaxşılaşdırılması, ətraf mühitinin mühafizəsi üçün beş Xəzəryanı ölkə birgə səy göstərməlidir.
“Xəzərin çirklənməsinin əsas səbəbi qurudan çirklənmə, xüsusilə sənaye və məişət tullantılarının çaylar vasitəsilə dənizə axıdılmasıdır. Cənab Məhəmməd Cavad Məhəmmədzadəni narahat edən neft hasilatı nəticəsində ekoloji təhlükə ilə bağlı qeyd etmək lazımdır ki, neft burada əsrlər boyu çıxarılıb. Azərbaycan müstəqillik əldə edənə kimi və sonrakı illərdə neftçıxarma sahəsindəki vəziyyəti müqayisə etsək, görərik əhəmiyyətli fərq odur ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra burada neft qabaqcıl texnologiyalar və müasir idarəetmə sistemləri tətbiq edilməklə hasil olunur. Bu da ətraf mühitə təsiri minimuma endirməyə imkan verir. Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən neft sektorunun fəaliyyətinə ciddi nəzarət edilir”, - Səttarzadə deyib.
Şöbə müdiri qeyd edib ki, bu günlərdə Tehranda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin ətraf mühit nazirlərinin görüşündə iştirak etmiş Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev İranın vitse-prezidenti və Ekologiya Departamentinin rəhbəri Məhəmməd Cavad Məhəmmədzadə ilə görüşüb və onun Xəzərin çirkləndirilməsində Azərbaycanın payının daha çox olması barədə fikirlərinin doğru olmadığını bildirib. Rauf Hacıyev deyib ki, Azərbaycanda ölkə rəhbərliyi ekoloji problemlərə, o cümlədən Xəzər dənizinin ətraf mühitinin qorunması məsələlərinə böyük diqqət göstərir.
“Son illər ərzində respublikada (cümhuriyyətdə) mərkəzləşmiş kanalizasiya (fazlab kanalları sistemi) sistemlərinin yenidən qurulması, mövcud çirkab su təmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr həyata keçirilir. Eyni zamanda, Xəzər dənizinin hətta kiçik lokal (məhəlli) mənbələrdən çirklənməsinin qarşısını almaq üçün modul tipli təmizləyici qurğular (xüsusi ölçəkli qurğular) quraşdırılaraq “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi” yaradılıb”, - Səttarzadə bildirib.
Bakı Dövlət Universitetinin Xəzər Elmi Mərkəzinin və “Azərbaycanda Regional (bölgəsəl) İnkişaf Mərkəzi” qeyri-hökumət təşkilatının rəhbəri Çingiz İsmayılov isə bildirib ki, İran tərəfi Azərbaycanın Xəzər dənizinin ən çox çirkləndirən ölkə olması barədə bəyanatlar verərkən konkret (açıq) məlumatlara əsaslanmalıdır.
“Bütün bunlardan yalnız bir nəticəyə gəlmək olar ki, müəyyən dairələr Azərbaycanın uğurlu milli neft strategiyasının həyata keçirilməsi ilə bağlı olan hərtərəfli dinamik inkişafına qısqanclıqla yanaşırlar və bu sahədə heç də maraqlı deyillər. Xəzərin ətraf mühitinə genişmiqyaslı mənfi təsirinə səbəb olan fəaliyyətlərinə düzəlişlər etmək əvəzinə digərlərinin ünvanlarına əsassız bəyanatlar səsləndirirlər. Arzu edərdik ki, onlar səylərini Xəzərə mənfi təsirləri azaltmağa yönəltsinlər”, - İsmaylov bildirib.
O qeyd edib ki, sovet (Şurəvi) dövründə daha müasir avadanlıqlardan (təchizatlardan) istifadə edilmədiyi üçün həqiqətən də çirklənmə olurdu. Amma son illərdə neft hasilatında xarici şirkətlərin iştirakı və bu şirkətlərin ekoloji layihələr həyata keçirməsi nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda (bölümündə) vəziyyət köklü şəkildə dəyişib.
İsmayılovun bildirdiyinə görə, Xəzərin çirklənməsinin əsas səbəbi qurudan çirklənmə ilə bağlıdır və Rusiyanın sənaye potensialı və əhalisinin böyük hissəsi Volqa çayı hövzəsində cəmləndiyindən Xəzər dənizinin ümumi çirklənməsinin 70-80 faizi məhz bu çayın payına düşür.
“Xəzər dənizi hövzəsindəki 200 böyük şəhərin və 220 böyük müəssisənin az hissəsi Azərbaycan ərazisində yerləşir. Bütün bu məlumatlar isə onu göstərir ki, Azərbaycan heç cür əsas çirklənmə mənbəyi ola bilməz”, - İsmayılov deyib.
Onun sözlərinə görə, Xəzərin qurudan çirklənməsinin real göstəricisi isə dənizin sahil zolağında məskunlaşan əhalinin sayı ilə bağlıdır.
“İranın Xəzərin sahil zolağında yaşayan əhalisinin sayının digər ölkələrdən çox olduğunu nəzərə alsaq, qurudan çirklənmədə İranın payının Azərbaycandan daha çox olduğunu söyləyə bilərik. Belə ki, Xəzərin İran sahillərində təmizləyici qurğu və kanalizasiya sistemləri olmadığından, bu ərazilərdə əsasən kənd təsərrüfatı ilə məşğul olunduğundan külli miqdarda kimyəvi gübrə, o cümlədən pestisidlərdən (kimyəvi səmm) istifadə olunması Xəzər dənizinin çirklənməsində daha böyük rol oynayır”, - İsmaylov bildirib.
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran NPT-dən çıxmağa hazırlaşır
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu