SON XƏBƏRLƏR

Amerika və üç Avropa ölkəsinin xarici işlər nazirləri İranın təhdidlərini müzakirə edib

2022.09.10, 07:52
Amerika və üç Avropa ölkəsinin xarici işlər nazirləri İranın təhdidlərini müzakirə edib

Gunaz.tv

Amerika Dövlət Departamentinin mətbuat katibinin sözlərinə görə, virtual olaraq keçirilən bu görüşdə dörd ölkənin xarici işlər nazirləri digər qlobal problemləri, o cümlədən Ukraynadakı müharibəni müzakirə ediblər.

Bununla yanaşı Amerikanın İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali Şimali Amerika Yəhudi Federasiyaları və Böyük Amerika Yəhudi Təşkilatları Rəhbərləri Konfransı da daxil olmaqla bir sıra Amerika yəhudi təşkilatlarının rəhbərləri ilə görüşüb və onların hamısı nüvə sazişinin dirçəldilməsini tənqid edib.

Blinken vurğulayıb ki, İran davamlı olaraq nüvə sazişindən kənar yeni tələblər irəli sürməyə çalışır, Co Bayden administrasiyasının İranla razılaşmada yeganə məqsədi isə Amerikanın milli təhlükəsizliyini artırmaqdır.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar