G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
İranla bağlı məxfi məlumatı paylaşanı 20 milyon dollar mükafat gözləyir
İranda daha üç məhbus edam edildi
Rubio: Tramp müharibə və ya razılaşma əvəzinə İran rejimini boğmaq yolunu seçib – “Axios”
Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Sistan və Bəlucistanda mina partladı- Ölən var
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
Keçmiş hakimdən qalmaqallı açıqlama: Məndən Traktorun əleyhinə fit çalmağımı istədilər (VİDEO)
ABŞ: İran danışıqlarda qeyri-real şərtlər irəli sürür
İraq İran milli futbol komandasının təyyarəsinin enişinə icazə vermədi
Heqset: ABŞ İranın nüvə obyektlərini yaxından izləyir və yenidən zərbə endirməyə hazırdır
Binabda məhəllələrin Azərbaycan türkcəsindəki qədim adları lövhələrdə
İran polisi etnik bəlucu güllələyib
İranda daha beş etirazçı edama məhkum edildi
Mustafa Kamal Atatürkün anım günüdür
İran zənginləşdirməni birdəfəlik dayandırmalıdır!- Vadeful
İran həbsxanalarında aclıq aksiyası keçirilir
İsrail: İran Yaxın Şərqdən kənar ölkələr üçün də təhlükə olaraq qalır
Tam müharibə vəziyyətindəyik- Mühacirani
İrəvanda Azərbaycanın qədim tarixi abidəsi olan Göy Məscidin iclas zalına erməni şairin adı verildi
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Tramp: ABŞ istənilən vaxt İrana yenidən zərbə endirməyə hazırdır
- Əhməd bəy, İrandakı etiraz aksiyalarında Güney Azərbaycan milli hərəkatının rolu və təsiri nə səviyyədədir? Güneylilər öz hüquqları ilə bağlı istəklərini müstəqil şəkildə, yoxsa ümumiran etirazları çərçivəsində irəli sürməlidirlər?
- İranda baş verən etiraz aksiyalarında Güney Azərbaycan milli hərəkatının rolu və təsiri hərəkatın fəallarının istədiyi qədərdir. Hərəkat fəallarının qərarı bundan ibarətdir ki, aksiyalarda nə çox passiv, nə də çox aktiv olmalıdırlar. Onlar Azərbaycan məsələsinə ciddi təsiri və faydası olmayan cərəyana qoşulmaqla milli qüvvələrin itki verməsini istəmirlər. Bundan öncəki təcrübələrə əsaslanaraq, Azərbaycan xalqının milli istəklərinin müstəqil şəkildə irəli sürülməsini istəyirlər. Ona görə ki, son 100 ildə İranda baş verən 4 inqilabda biz öz sözümüzü deyə-deyə inqilablara qoşulmuş, ancaq öz hüququmuzu əldə edə bilməmişik. Bu, başqa qrupların əleyhinə olmaq demək deyil, sadəcə, hər kəs öz dərdinin dərmanını axtarırsa, Azərbaycan milli hərəkatı da öz dərdinin dərmanını axtarır və bunu da milli dövlətçilik xəttinin irəli aparılmasında görür. Güney Azərbaycan federalizm, konfedralizm və ən yaxşı halda müstəqillik istəyir. İki Azərbaycanın birləşməsi məsələsinə gələcəkdə xalqımız qərar verəcək, ancaq Güneydə milli dövlətçilik hələlik ən güclü istəkdir.
- Hazırda mərkəzçi-irançı cərəyan, Rza Pəhləvi, hətta Həsən Şəriətmədari fəallaşıb, qeyri-fars xalqların hüquqları barədə konkret fikir bildirmədən yenə də ümumiran platforması, mərkəzçi mövqe ətrafında birləşməyi təklif edirlər. Bu çağırışlar qeyri-farslar arasında necə qarşılanır?
- İranda yaşayan qeyri-fars xalqlara, azərbaycanlılara qarşı münasibətdə özünü müxalifətçi adlandıran mərkəzçi qüvvələrlə hazırkı molla hakimiyyəti arasında ciddi bir fərq yoxdur. Rza Pəhləvi və hətta adını çəkdiyin Həsən Şəriətmədari İranda yaşayan qeyri-fars xalqların etnik məsələlərdən danışmalarını istəmirlər. Onlar bunu demoktratiya ilə əlaqələndirsələr də, bu, yanlışdır - normal demokratik sistemdə etniklərin də hüquqları tanınmalıdır. Bu adamlar əslində demokratiya adı ilə yenidən keçmiş diktatorluğu bərpa etmək niyyətindədirlər. Məsələn, Həsən Şəriətmədari son müsahibəsində güclü mərkəzçi bir hakimiyyətin qurulmasının tərəfdarı olduğunu bildirir. Mərkəzçilik isə əslində farsçılıq üzərində qurulubdur. O bildirib ki, Livan və İraq kimi bir quruluş mümkün olmasa da, Amerika və Almaniyada olan sistemə oxşar bir federalism istəyir. Belə görünür ki, Həsən Şəriətmədarinin Livan və İraq sisteminə maraq göstərməməsinin səbəbi adı çəkilən ölkələrdə etniklərin dövlətdə iştirakıdır.
- İndiki mərhələdə fars mediası, xüsusilə panfarsist cərəyanlara yaxın media orqanlarının fəaliyyəti daha da genişləndirlib. Xaricdə Güney Azərbaycanla bağlı fəaliyyət göstərən medianın isə ciddi dəstəyə ehtiyac duyduğu hiss olunur. Problemin həlli və Güneylə bağlı olan media orqanlarının dirçəldilməsi üçün nələr etməyi təklif edərdiniz?
- Misal üçün İraqda kürdlərin özlərinin lokal dövləti var və prezidentin hər zaman kürd olması qəbul edilib. Həsən Şəriətmədari isə buna müxalifdir. Maraqlıdır ki, o, Amerika və Almaniyadakı kimi federalizm istəsə də, bu ölkələrdə olan demokratiyanı istəmir. Onun Amerika və Almaniyada olan sistemi qəbul etməsinin səbəbi isə bu ölkələrdə dövlətin milli məsələlər üzərində qurulmamasından irəli gəlir. Həsən Şəriətmədari özünü azərbaycanlı adlandırsa da, milli məsələlərə yanaşmada farslarla eyni xətti irəli aparan şəxslərdən biridir. Onu da qeyd edim ki, Şəriətmədarinin bir tərəfi azərbaycanlı olsa da, bir tərəfi kaşanlıdır və o, əslində Azərbaycan məsələsindən uzaq adamdır.
2020-ci ildə İkinci Qarabağ müharibəsi gedən bir vaxtda Həsən Şəriətmədari xaricdə farsdilli mediaya verdiyi açıqlamalarda Qarabağ ermənilərinin hüquqlarını müdafiə edir, onların taleyindən narahatlığını bildirirdi. Ancaq Qarabağ 30 il müddətinə işğalda qaldığı müddətdə bu adam bircə dəfə bu barədə danışmadı, torpaqlarından didərgin salınan azərbaycanlılar haqqında fikir bildirmədi. Bütün bunlara görə də o, manqurtlaşmış və sadəcə özünü Azərbaycana bağlayaraq farsçılıq edən bir ünsürdür.
- Farsdilli medianın imkanlarının genişlənməsi və son vaxtlar çox aktivləşməsi müşahidə edilir. Eyni sözü azərbaycandilli media haqda demək çətindir.
- Çox doğru deyirsiz. Fars mediası bizimkilərə nisbətən güclü idi, indi daha da gücləndirilib. Həqiqətən də indiki şəraitdə Güney Azərbaycanla bağlı fəaliyyət göstərən media orqanlarının gücləndirilməsinə, inkişaf etdirilməsinə ehtiyac var. Əlbəttə, qeyd etməliyəm ki, farsdilli media xalqın hesabına güclənməyib. Burada Səudiyyə Ərəbistanın və şah dövründən qalan milyardların əhəmiyyətli dərəcədə rolu var. Bununla yanaşı panfarsist cərəyanlara mənsub şəxslər “Amerikanın səsi”, BBC və başqa bu kimi farsca versiyaları olan media orqanlarına nüfuz edərək öz ideoloji təbliğatlarını genişləndiriblər.
Təssüflədeməliyik ki, bizim bir sıra azərbaycanlılarımız qeyd etdiyim farsçıların əksinə olaraq, başqa kanallarda, media orqanlarında işləyəndə də öz milli maraqlarımıza uyğun hərəkət etmirlər.
Güney Azərbaycanla bağlı medianın fəaliyyətinin daha da gəlişdirilməsi və verimli olması üçün ciddi dəstək olmalıdır. İndiki dönəmdə bunun fərdlərin şəxsi imkanları və xalqımızın ianələri ilə reallaşması çətindir. Müsbət nəticə almaq üçün ciddi dəstək qaynaqları olmalıdır. Bu Azərbaycan dövləti, hətta Türkiyə də ola bilər. Burada qeyri-adi heç nə yoxdur və məsləhət olduğu təqdirdə öz dövlətimizin Azərbaycan məsələsinə dəstək verməsi təbiidir.
Təsəvvür edin ki, İraqın şimalında olan yarımçıq kürd muxtariyyəti belə bütün dünyada yaşayan kürdlərə dəstək verir, onların qayğısına qalır. Ancaq hələ bu günə kimi biz Azərbaycandan belə bir yardım görməmişik. Ola bilsin bu, məsləhət olmayıb, ancaq bundan sonra mediamızım inkişafı üçün dəstəyin olması olduqca vacib və zəruridir.
- Tehranda səfirliyimizin bağlanmasına baxmayaraq, Təbrizdəki konsulluğumuz işini davam etdirir. Sizcə, bunun səbəbi nədir?
- Bu, Azərbaycan dövlətinin məharətli siyasət yürütməsindən xəbər verir. Bunun bir neçə səbəbi ola bilər, gələcəkdə hadisələrin inkişaf istiqamətindən asılı olaraq konsulluq bağlana və ya Tehranda səfirliyin fəaliyyəti yenidən bərpa edilə bilər. Mən hələlik məsələ ilə bağlı üç ehtimalı qeyd etmək istəyirəm.
Təbrizdə konsulluğun açıq qalmasının səbəblərindən biri İran və Güney Azərbaycan bölgələrində ailə qurub yaşayan, iş adamları, nəqliyyat sahəsində çalışan və başqa bu kimi səbəblərə görə orada olan Azərbaycan Respublikası vətəndaşlarının problemlərinin həlli ilə məşğul olmaq istəyidir. Bu baxımdan konsulluğun fəaliyyət göstərməsi faydalıdır.
İkinci isə Azərbaycan dövləti çox məsuliyyətli hərəkət edir. Xarici siyasətini hissiyyat üzərində qurmayıb və məsələlərdə Azərbaycan dövlətinin mənafeini əsas götürür. Buna görə də İrandan fərqli olaraq qonşuları ilə daha təmkinli davranır və onlarla siyasi, iqtisadi və mədəni əlaqələrini mümkün qədər qoruyub saxlamağa çalışır. Təbrizdəki konsulluğun bağlanmaması həm də Azərbaycan dövlətinin bütün bağları qoparmaq istəməməsini göstərir. Bu, Azərbaycan dövlətinin siyasətidir və təbii ki, istədiyi vaxt bu məsələdə istədiyi dəyişikliyi edə bilər.
Üçüncü səbəb isə çox sadədir. Azərbaycan konsulluğunun elə Təbrizdə olmasının özü önəmlidir. Səfirlik bağlandığı üçün İranın bütün bölgələri Azərbaycana səfər vizası almaq üçün Təbrizə getməyə məcbur olacaqlar. Bu, həm də özlüyündə əhəmiyyətli bir mesaj ehtiva edir. Bu dəfə Azərbaycan Respublikası Tehranla yox, Təbrizlə bağ qurur və Azərbaycan Respublikasını Təbriz təmsil edir. Ən azı biz güneylilər olaraq bunu bu mənada qəbul edirik və etməliyik. Düşünürük ki, vətənimizin şimal bölgəsində olan dövlətimizin təmsilçisi onun cənub bölgəsindədir.
Bu həm də fars və farsçılara maraqlı siyasi bir mesaj kimi qəbul oluna bilər: “Azərbaycan Respublikasına getmək istəyirsinizsə, birinci Təbrizə getməlisiniz. İcazə versələr, Quzey Azərbaycana gedə bilərsiniz”. (Axar.az)
Timur
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Binabda iş qəzası - Ölən var
Təqaüdçülər Həmədan və Zəncanda etiraz aksiyası keçirdilər
ABŞ İranla bağlı surpriz qərar verə bilər - Media
“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
İranda daha dörd iaşə obyekti bağlandı
Daha bir etirazçı həbs və edam cəzasına məhkum edildi
İranın infrastrukturunu məhv etmək niyyətində deyilik- Tramp
Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Qoşaçayda şagirdlər zəhərləndi
İranın Ermənistandakı səfirliyi İrəvanın Göy məscidi haqqında videomaterial yayımlayıb.
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios
Türkiyə Müdafiə Nazirliyi: İran ərazisindən açılan atəş nəticəsində türk əsgəri həlak olub
Tehranda binaların üstündə zenit toplar quraşdırılıb
ABŞ İrana görə daha iki şəxs və bir quruma sanksiya tətbiq etdi
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
İranda məhbuslar yenidən aclıq aksiyası keçiriblər
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
Üç şəhərdə daha yeddi məhbus edam edildi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb