SON XƏBƏRLƏR

Qardaş Ölkələr bir-birinə arxadır

2021.10.20, 07:36
Qardaş Ölkələr bir-birinə arxadır

Gunaz.tv
GünAzTv:Tarixin müxtəlif dövrlərində Türkiyə və Azərbaycan xalqına qarşı soyqırımı törətmiş ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri dünya ictimaiyyəti tərəfindən qəbul edilməyəcək və uğursuzluğa düçar olacaq. Martın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülə telefonla zəng edib.Telefon söhbəti zamanı Azərbaycanın dövlət başçısı ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul edilmiş qərarla bağlı öz etirazını ifadə edərək, onu qəti şəkildə pisləyib. Prezident İlham Əliyev bunu ədalətsiz, tarixi həqiqətləri kobudcasına təhrif edən, bölgədə gərginliyin artmasına xidmət edə biləcək bir qərar kimi xarakterizə edərək vurğulayıb ki, Azərbaycan həmişə olduğu kimi, Türkiyənin yanındadır və Türkiyəyə tam dəstək verməkdə davam edəcək. İlham Əliyev əmin olduğunu bildirib ki, tarixin müxtəlif dövrlərində Türkiyə və Azərbaycan xalqına qarşı soyqırımı törətmiş ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri dünya ictimaiyyəti tərəfindən qəbul edilməyəcək və uğursuzluğa düçar olacaq. Türkiyə Prezidenti öz növbəsində Azərbaycan Prezidentinin bu mövqeyini yüksək qiymətləndirərək minnətdarlığını bildirib. Telefon söhbəti zamanı ikitərəfli münasibətlər və bölgədəki vəziyyətlə də bağlı fikir mübadiləsi aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar