SON XƏBƏRLƏR

Dünya mətbuatı Amerika Konqresinin son addımını tənqid edir

2021.10.20, 07:36
Dünya mətbuatı Amerika Konqresinin son addımını tənqid edir

Gunaz.tv
GünAzTv: Dünya mətbuatı da qondarma soyqırımın ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresinin Nümayəndələr Palatasının komitəsində qəbulunu tənqid edib. Fövqəldövlətlərin aparıcı KİV-ləri bunun Türkiyə-Amerika münasibətlərini ciddi şəkildə zədələyəcəyi məsələsində eyni mövqedən çıxış ediblər. GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Dünya mətbuatı Xarici Əlaqələr Komitəsində qondarma soyqrım layihəsinin qəbuluna fərqli mütəvilərdən yanaşsalar da, ümumi mövqe demək olar ki, eynidir: Bu layihənin qəbulu ABŞ-Türkiyə münasibətlərini ciddi şəkildə zədələyəcək. ABŞ-ın Vashington-Post qəzeti prezident Barak Obamaya xəbərdarlıq xarakterli yazı dərc edib. Qəzet bildirir ki, Obamadan son dəqiqədə konqresmenlərə ünvanlanan xəbərdarlıq nəticəsiz olub. Yəni ehtiyyatlı olmaq lazımdır. Çünki, zamanında Türkiyə Əfqanıstan məsələsində Amerika ilə həmrəylik nümayiş etdirdi. İraqa hərbi dəstək üçün İncirlik bazasını açdı. İranın nüvə məsəlsində də BMT-nin müvəqqəti üzvü olan Türkiyə müzakirə zamanı səsvermə hüququna malikdir. Wall Street Journal isə Obama adminstrasiyasının layihənin müzakirəsinə gec reaksiya verdiyini önə çəkərək,müzakirələrə başlama səbəbinin hələ də naməlum qaldığına diqqəti çəkib. Mətbuat orqanı bildirir ki, adədətn başqa laiyhələrə daha əvvəl reaksiya verən adminstrasiya bu dəfə son ana qədər susdu. CNN International vurğulayır ki, bu layihə Konqresi və Ağ Evi əxlaqi dəyərlərlə beynəlxalq siyasət arasında bir mövqe müəyyənləşdirməyə vadar edib. Eyni zamanda minalanmış ərazi görüntüsü yaradıb. Böyük Britaniya mətbuatı da məsələyə diqqət ayırıb. Financial Times qeyd edir ki, səsvermə obamanın Türkiyə strategiyasını tamamilə məhv edib. ankara Vaşinqtondakı səfiri məsləhətləşmək üçüe ölkəyə çağırmaqla Obama adminstrasiyasının türkiyə ilə müttəfiqliyi gücləndirmə arzularını ürəyində qoyub. Bu isə Obama adminstrasiyasının indiyədək qarşılaşdığı ən böyük sınaq olub. Guardian qəzeti də layihənin qanun gücündə olmadığını və tövsiyyə xarakterliliyinə diqqəti çəkib. anoloji müzaikrələri Corc Buşunu əngəllədiyini vurğulayıb. Daily Telegraph hesab edir ki, bu Türkiyə-Amerika əlaqələrində ciddi problemlər yaradacaq. De Times qəzeti də eyni mövqeyi bölüşür. hələ də Türkiyə-Amerika münasibətlərini xilas etmək üçün şans olduğunu,yazır. Çünki, İraq,Əfqanıstan və nəhayət İran məsələsində Birləşmiş Ştatların Türkiyəyə ehtiyacı var. BBC telekanalı bu layihənin qəbulunun vuracağı zərəri təyin etməkdə çətinlik çəksə də, bəzi sahələrdə Türkiyə-Abş əməkdaşlığının risk altına düşdüyünü bildirir. Almaniyanın Döyçe-Vill telekanalı Obama adminstrasiyasının laiyhənin müzakirəsinə son dəqiqədə mane olmaq cəhdlərinin səmərəsizliyini manşetə çıxarıb. Qondarma soyqrımın inkarına görə cəzanın qüvvədə olduğu Fransanın El-Pais qəzeti isə bununla Türkiyə-Abş münasibətlərində böhran başladğına diqqəti çəkir. Rusiya mətbuatı isə bu məsələyə demək olar ki, münasibət bildirməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar