SON XƏBƏRLƏR

Bu gün Azərbaycanın “Barselona”-sı (Tıraxtur) “Sepahan”-la qarşılaşacaq

2021.10.20, 07:36
Bu gün Azərbaycanın “Barselona”-sı (Tıraxtur) “Sepahan”-la qarşılaşacaq

Gunaz.tv
GünAzTv: Bu gün 2010-cu il Mart ayının 6-da Güney Azərbaycanın Milli Komandası Tıraxtur Futbol Taxımı, İsfahanın Sepahan Komandası ilə qarşılaşmasında öz tərəfdarlarına həyəcan yaşadacaq. Tıraxtur Klubunun son açıqlamasına əsasən müsabiqə Təbriz Vaxtı ilə saat 15-də başlayacaq. Tıraxtir-Sepahan qarşılaşması Təbrizin Səhənd (Yadqare imam) Stadiyomunda (Stadion) baş tutacaq. Tıraxturun keçmiş yarışlarını xatırlayan bütün Futbol sevərlər, Kütləvi İnformasiya Vasitələri və Azərbaycan Xalqı Stadiyomda böyük izdihamın yaşanacağını gözləyir. Güney Azərbaycan Saytlarının məlumatına əsasən bəzi KİV-nin Azərbaycanın Barselonası adlandırdıqları Komandanın yarışında keçmişdəki kimi Milli Hüquqlar zəminindədə şüarların səslənməsi və plakatların nümayiş etdirilməsi gözlənilir. Həmçinin müsabiqədə Urmu Gölünün quruması (bəlkədə qurudulması) ilə bağlı həyəcan təblinin çalınacağı gözlənilir. 2010cu il aprel ayının 2-də (1389cu il fərvərdin ayının 13-ü) Urmu Gölü ətrafında kompaniya keçirməyə hazırlaşan Tıraxtur tərəfdarları bu günkü müsabiqədə sözü gedən Gölün quruması ilə bağlı Plakatlar nümayiş etdirib və şüarlar səsləndirəcəklər. sonda İmza Kompaniyasının keçirilməsidə gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar