SON XƏBƏRLƏR

Kanadada yaşayan millətlər arasında Təbrizin Rəqs Qrupu ikinci məqamı əldə edib

2021.10.20, 07:36
Kanadada yaşayan millətlər arasında Təbrizin Rəqs Qrupu ikinci məqamı əldə edib

Gunaz.tv
GünAzTv: Kanadada hər il ölkədə yaşayan millətlər arasında rəqs üzrə festival keçirilir. “Təbriz Rəqs Qrupu ” Toronto Yurk Universitetində keçirilən festivalda Azərbaycanın Folklorik Rəqsini uğurla nümayiş etdirib. Qrup üzvləri xüsusi rəğbət qazanan rəqslərində, bu sahədə Azərbaycanın ruh və fəlsəfəsinidə yüksək səviyyədə nümayiş etdirə biliblər. Onların çıxışı bütün tamaşaçıların heyrətinə səbəb olub. Nəhayətdə “Təbriz Rəqs Qrupu” Kanadada yaşayan müxtəlif millətlərə aid 30 rəqs qrupu içində ikinci məqama layiq görülüb. Qeyd edək ki, “Təbriz Rəqs Qrupu” 2003-cü ildə Torontoda təşkil edilib. O Bu günə qədər Kanada və Quzey Amerikada bir çox tədbir və festivallarda doğma mədəniyyətimizi ləyaqətlə təmsil edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar