SON XƏBƏRLƏR

İranın Azərbaycanı İslama xəyənətdə ittiham etməyə mənəvi haqqı varmı?!

2021.10.20, 07:36
İranın Azərbaycanı İslama xəyənətdə ittiham etməyə mənəvi haqqı varmı?!

Gunaz.tv
GünAzTv: İran-Azərbaycan münasibətlərində gərgin proseslər yaşanmaqdadır. Bu gərginlik son vaxtlar İran tərəfindən Azərbaycana qarşı təhdidedici hərəkətlərə yol verilməsilə müşahidə olunur. Öncə İsrailin xarici işləri Avidqor Libermanın Azərbaycana səfərinə etiraz olaraq dindarların Bakıda etiraz aksiya keçirildi. Dərhal həmin aksiyanın təşkilatçılığında İranın rolunun olması barədə informasiyalar ortaya çıxdı. Eyni vaxtda İranın Milli Neft Şirkəti Xəzər dənizindəki neft yataqlarında qazma kəşfiyyat işlərinə başladı ki, bu da Azərbaycan tərəfinə xəbərdarlıq kimi qiymətləndirildi. Ardınca İranın Ermənistandakı səfiri Əli Saqayan bəyan etdi ki, gələcəkdə Dağlıq Qarabağa yerləşdirilə biləcək sülhməramlı qüvvələrin tərkibinin müəyyənləşməsində İranın rəyi nəzərə alınmalıdır. Bununla da İran ABŞ, Türkiyə kimi NATO dövlətlərinin öz sərhədində sülhməramlı missiya yerinə yetirməsinə imkan verməyəcəyini bildirdi. Əslində bu, Azərbaycana ünvanlanmış ismarıc idi. Çünki həmin dövlətlər Azərbaycanın Qərbdəki müttəfiqləridir. Bu arada İran parlamentinin deputatlarından biri Qarabağı İran ərazisi adlandırdı. Bunlar azmış kimi, İran KİV-lərində Azərbaycanı hədələyən təbliğat da aparılır. Hətta prezident Mahmud Əhmədinejadın Azərbaycanda şiəlik, narkomaniya və ya separatçılığı yaymaq üçün xüsusi konsepsiya ilə çıxış etdiyi bildirilir. Anti-Azərbaycan münasibət o qədər güclənib ki, ölkəmizin Tehrandakı səfirliyi qarşısında keçirilən piketdə Azərbaycanın dövlət bayrağını yandırıblar. Təbrizdəki Konsulluğumuzun binası isə yumurta atəşinə tutulub. Artıq iki ölkə arasında diplomatik ziddiyyətlər artmağa başlayıb. İran münaqişəli vəziyyətin dərinləşməsində maraqlı görünür. GünAzTv mətbuat mərkəzi olaraq soruşuruq: Azərbaycanın 20 faiz torpaqlarını işqal edən. 1 milyon vətəndaşını öz yurd-yuvasından didərgib salıb, Xocalı faciəsini yaradıb, balaca uşaqların başını kəsib minlərlə Günahsız İnsanı işgəncələr altında öldürüb, Müqəddəs Quranı K’rimi yandırıb, Divarlarında Quran ayələri, ALLAH, Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn yazıları görünən Məscidləri donuz tövləsinə çevirən Ermənilərlə Siyasi, İqtisadi, Mədəni və ... sahələrdə ən üst düzeydə münasibət saxlayan İranın İslamdan danışıb və Azərbaycanı İsraillə Güya münasibət qurduğuna görə, Azərbaycan rəhbərliyini satqın adlandırmağa mənəvi haqqı çatırmı?! Görəsən özünü Dünya Müsəlmanlarının Vəlisi adlandıran mömin, Qarabağ məscidlərində donuz saxlayanlarla necə bir masa arxasında oturur?!

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar