SON XƏBƏRLƏR

Dr.Nazilə Abbaslı: Güneydə mübarizə aparan insanlarımız gələcək nəsil üçün mərdlik simvoludurlar (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Dr.Nazilə Abbaslı: Güneydə mübarizə aparan insanlarımız gələcək nəsil üçün mərdlik simvoludurlar (MÜSAHİBƏ)

Gunaz.tv
GünAzTv: Türkiyədə fəaliyyət göstərən Türk Müzik Birliyi kanalının xarici əlaqələr üzrə şöbə müdüri və Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının Türkiyə təmsilcisi, araşdırmaçı-junalist Dr. Nazilə Abbaslının GünAzTv Mətbuat mərkəzinə xüsusi müxbiri Elnur Eltürklə müsahibəsini oxucularımıza təqdim edirik: - Nazilə xanım, xöş gördük Sizi! Kanal haqqında oxucularımıza bilgi vermənizi istərdik: - Elnur bəy, xöş günləriniz olsun və ayrıca olaraq GunAz.TV Mətbuat Xidmətinə müsahibə üçündə öz təşəkkürümü bildirirəm. Türk Muzik Birliyi (TMB) Türkiyə, Azərbayan, Qazaxıstan, Qırğıstanıstan, Türkmənistan, Özbəkistan, Tatarıstan və s, türk diyarlarında ortaq yayımı gerçəkləşdirən bir kanal olacaq. Məqsədimiz odur ki, müasir türk musiqisini dünya səviyyəsində tanıtdırmaqdır. İstəyir ki, hər bir türk insanı öz sənətkarını tanısın və ona qulaq assın. Yəni ortaq müasir türk musiqisini yayımını ortaya gətirməkdir. Çünki, türk ölkələrinin heç birində müsiqi yayımını təmin edən sırf musiqi kanalı yoxdur. İnanırıq ki, başladığımızı missiyanı uğurla gerçəkləşdirə biləçəyik. - Ümümiyyətlə, Azərbaycan musiqisinə maraq neçədir? - Bizim kanalın missiyası yuxarıda qeyd etdiyim kimi bütün türk dünyasını müasir musiqisini yaymaqdır. Ayrıca olaraq onu demək istərdim ki, Azərbaycan musiqisinə maraq və sevgi sonsuzdur. Mənim şəxsi fikrimə görə bu gün Türkiyə sənətkarlarının oxuduqları mahnıların xəmirinin kökü Azərbaycan musiqisindən yoğrulduğu aydın olur. Azərbaycan musiqisində həyatın hər yönü var, sevgi-kədər bunlar çulğalaşaraq özünə məxsus forma alaraq indiyə kimi davam etməkdədir. Dünyanın hər yerində Azərbaycan musiqisinə qulaq asan insanlar cox zövqlə dinləyirlər və onu asanlıqla improvizə edə bilərlər. Bir millətin ruhsullağı, daha doğrusu o milləti təsdiq edən faktor onun milli musiqisidir. - Kanalı indiyə kimi nə qədər insan izləyib. Dəqiqdə olmasa, təxmini bir rəqəm deyə bilərsiniz? - Sizə tək bir rəqəm söyləyəcəm. İki aydır ki, fəaliyyət göstəririk artıq kanala baxanların sayı 30 mini keçib. Hazırda, ən çox kanalı izləyən ölkələr içərisində Azərbaycan, Özbəkistan İran, İraq öndədir. Başqa sözlə desək Türkün ayaq basdığı hər yerdə varıq. - Azərbaycanda nümayəndəliyiniz fəaliyyyət göstərirmi və ya belə bir nümayəndəliyin açılmasını planlaşdırırsınızmı? - Çox gözəl bir sual verdiniz. Bütün türk cümhuriyyətlərində təmsilçiliklərimiz açılıb və Azərbaycanda işlərimizi “Xalq” qəzetinin əməkdaşı Aydın Tahiroğlu məşğuldur. Eyni zamanda kabel sisteminə daxil olmuşuq. KATV-1 də fəaliyyət göstəririk. Onu deyək ki, böyük izləyici auditoriyamız var. Gündə 50-60 dəfə türk ölkələrinin bayraqları dalğalanır. Başqa bir kanalda Azərbaycan bayrağının dalğalanması üçün nə qədər maliyyə xərcləmək lazımdır. Bu kanalda demək olarki, hər gün Azərbaycan bayrağı dalğalanır. - Siz həmdə Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının Türkiyə təmsilcisiniz. Azərbaycan diasporu haqqında fikirlərinizi bimək maraqlı olardı. - Bu çox çətin məsələdir. Bugün biz dünyada ən güclü diaspor olaraq erməni və yəhudilərin malik olduğu diasporunu göstəririk. Bəs, bizim niyə güclü və vahid bir diasporumuz olmasın. Biz Azərbaycan diasporunun güclü olmasını ancaq arzulayırıq. Çox təəssüflər iş görməkdənsə danışmağa üstünlük verirlər. Hazırda, mənasız yerə danışmaqla yox, ağıllı iş ortaya qoymaqla nəyəsə nail olmaq mümkündür. Erməni diasporunun ən güclü fəaliyyət göstərdiyi ölkələrdən biridə Türkiyədir. Biz dünyanın hər yerində yaşayan insanlarımızı təşkilatlandırmağı bacarmalıyıq. İnanıram ki, mənə tapşırılan vəzifəni məsuliyyətlə həyata keçirə biləcəm. Çünki, mən hər hansı bir işə yanaşıram ki, ilk öncə onu məsuliyyətini hiss edərək bir işin altına girirəm. Addığım hər hansı bir addımda yanlışlıq baş verirsə, onu başqasından yox, özümdə axtarıram. Məsuliyyət, inzitam mənim iş prinsipimin ana xəttidir. - Sizcə, Türkiyə Ermənistanla sərhədləri açacaqmı? - Mənim şəxsi fikrimi soruşsanız deyə bilərəm ki, bəli. açacaq. Burada kimsə kimsəni aldadmasın. İki üstə iki bərabərdir dörd. Yəni bunun beş olması mümkün deyil. Bu məsələdə düymə Amerika və bu işin arxasında duran qüvvələrin əlindədir. Senarini onlar cızmışlar və proseslərdə onların istədiyi şəkildə davam edir. - Nazilə xanım Guney Azərbaycan Milli Hərakatı haqqında fikirləniz nədən ibarətdir? - Baxın, Guney Azərbaycan mövzüsu hamımızın yaralı yeridir. Kim nə deyir desin, bugün dünyada iki hissəyə bölünmüş xalqlar birləşmək üçün mücadilə aparırlar və bunu qürurlada bildirirlər. Biz isə canımız bir olan qardaş və bacılarımızın yaşadıqlarını ürəklərimizdə daşıyırıq. Bir zamanlar mədəniyyəti və güclü iqtisadiyyatı olan, tarixi- coğrafiyyası ilə özünə məxsus yerlərdən birini tutan Azərbaycan hansısa böyük qüvvələrin senarisinin qurbanı oldu. İndidə azadlıq və müstəqillik uğrunda durmadan mübarizə aparan insanlarımız müasir dünyanın sərt üzü ilə baş-başa qalmışlar. Bundan sonra nə etməli, nəyi nə zaman hansı şəraitdə gercəkləşdirməyin yolu düşünülməlidir. Buna uyğun addım atılmalıdır. - Fikirlərinizdən aydın olur ki, Sizin Milli Hərakatla bağlı baxışlarınız müsbət tondadır... - Böyük Millətimizin bütünlüyü və bərabərliyi üçün tarixi fürsəti nikbinsiz deyil, ağılla dəyərləndirmək lazımdır. Mən heç bir şeyə ümidsiz baxmadım və bundan sonrada milli dava məsələsində ümidlə addımlayacam. Mənim mübarəzimin əsas qayası ümiddir. Tarixi təkamül davam edir və millətimiz bunun fonunda inkişaf edir. Əminəm ki, yaxın tarixdə hər şey öz yerini tutacaq və ədalət qalib gələcəkdir. Bir zamanlar bizə Dünya Azərbaycanlıları Həmrəyliyi günü xəyal kimi gəlirdi. Ancaq 31 dekabr sərhədlərin sökülməsi günü biz dünya sübut etdik ki, o taylı, bu taylı birik və dünya ya birlik mesajını göstərdik. İranda yaşayan Azərbaycan türkləri cəsurcasına mübarizə aparırlar və ölümə meydan oxuyurlar. Bütün işgəncələrə baxmayaraq durmadan mübarizə aparırlar. Tam əminliklə deyirəm ki, orada mücadilə aparan qardaş və bacılarımız gələcək nəsil üçün mərdlik simvoludurlar. Belə bir xalqın əyilməsi mümkünsüzdür və bundan sonrada mümkün olmayacaqdır. - Sonda, Nazilə xanım Sizə öz təşəkkürümüzü bildiririk bizə vaxt ayırıb müsahibə verdiyinizə görə və gələcək işlərinizdə uğurlar arzu edirik. - Məndə sizə bir daha öz təşəkkürümü bildirirəm müsahibə üçün və fürsətdən istifadə edib cənubda və şimali Azərbaycanda yaşayan xanım və qızlarımızı qarşıdan gələn 8-mart günü münasibətilə ürəkdən təbrik edirəm. Xalqımıza birlik, bütövlük diləmək arzusu ilə. P.S Müsahibənin təşkil edilməsində mənə öz köməkliyini göstərdiyini görə Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədri Dünyaxanım Əliyevaya öz təşəkkürümü bildirirəm.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar