SON XƏBƏRLƏR

İranın Yaxında qarışacağı gözlənilir

2021.10.20, 07:36
 İranın Yaxında qarışacağı gözlənilir

Gunaz.tv
GünAzTv: “Bundan sonra müxaliflərə küçə yürüşü keçirməyə icazə verilməyəcək”. Tehran prokuroru Abbas Cəfəri Dövlətabadinin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, müxalifət lideri Mirhüseyn Musəvi tərəfdarlarını yenə etiraz aksiyalarına səsləyib. Bütün qadağalara baxmayaraq, müxalifətçilər axır çərşənbədə keçiriləcək təntənəli mərasimlər zamanı hakimiyyətə qarşı şüarlar səsləndirmək niyyətindədirlər. Hadisələrin gedişini bir qədər də qəlizləşdirən sabiq prezident Haşimi Rəfsəncaninin övladları Mehdi və Faizə Haşimi Rəfsəncaniyə qarşı cinayət işinin başlamasıdır.Iranı hazırda çox ciddi problemlərin narahat etdiyini deyən siyasi şərhçi Rauf Mirqədirovun fikrincə, bu üzdən ölkədəki proseslər hələ tam normal axarına qayıtmayıb. “Iran həm etnik, həm də mədəni baxımdan çox rəngarəng dövlətdir. Islam Inqilabından sonra ölkənin yalnız qara rəngə boyanması düzgün addım deyildi. Irandakı hazırkı ideologiyaya əsaslanan quruluşlar yalnız müəyyən müddətə davamlı ola bilər. Uzun müddətə bu tip quruluşların yaşaması mümkün deyil. Əslində Iranın hazırkı rejimi də ənənəvi siyasət yürüdərək prosesləri nəzarətdə saxlamağa çalışır. Söhbət xarici düşmən qorxusu altında cəmiyyəti birləşdirməkdən gedir. Amma Iranı hazırda narahat edən təkcə hakimiyyətin seçki saxtakarlığı deyil. Iran ciddi islahatlar tələb etdiyindən hakimiyyətin ənənəvi siyasəti artıq işləmir. Vəziyyət o qədər qəlizdir ki, hətta Iran ətrafında yaranan ciddi problem cəmiyyətin parçalanmasını arxa plana keçirə bilmir”. Iranın sonsuz olaraq bu cür siyasətə dözüm gətirməyəcəyini düşünən R.Mirqədirov bildirdi ki, Tehran rejimini yenə qarşıda ciddi təlatümlər gözləyir. “Hazırda gedən mübarizənin qələbə ilə yekunlaşa bilməməsinin bir neçə səbəbi var ki, onlardan biri də zor aparatının hakimiyyətin əlində qalmasıdır. Başqa bir səbəbsə Irandakı aparıcı etnik qrup olan azərbaycanlıların prosesə cəlb olunmamasıdır. Azərbaycanlılar düşünür ki, Iranda keçiriləcək islahatlar onların maraqlarına uyğun deyil”.azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar