SON XƏBƏRLƏR

Moskva nə üçün Tehranı yalnız buraxır?!

2021.10.20, 07:36
Moskva nə üçün Tehranı yalnız buraxır?!

Gunaz.tv
GünAzTv: Rusiya prezidenti Dmitri Medvedev Fransaya səfəri zamanı Irana qarşı mümkün sanksiyaları dəstəkləyəcəyini deyib. Bu barədə Medvedev Fransa prezidenti Sarkozi ilə görüşdə bəyan edib. Rusiya əvvəl Iranla bağlı üstü örtülü mövqe bildirirdisə, indi artıq açıq şəkildə sanksiyalara qoşulacağını deyir. Rusiya bu addımı nəyin müqabilində atıb? Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadənin fikrincə, əsas səbəb Rusiyanın Qərbdən asılılığıdır. Vəziyyətinin çətin olması, özünü təmin edə bilməməsi Rusiyanı Qərbin maraqlarına uyğun addım atmağa məcbur edir: “Rusiyanın Qərbdən asılılığı çoxdur. Çinlə müqayisə etmək olmaz. Çin özü-özünü təmin edən ölkədir. Rusiya isə anarxist bir ölkədir, vəziyyəti çətindir. Bu dəqiqə özünü heç nə ilə təmin edə bilmir. Keçmiş super dövlət olub. Ancaq indi silah üçün Fransaya əl uzadır. Fransadan helikopter daşıyan gəmiləri almaq istəyir. Fransa da söz verir ki, Rusiya ilə bu barədə danışıqlar aparacaq. Ancaq nəticə Rusiyanın özünü necə aparmağından asılı olacaq. Ərzaqda da Rusiya Qərbdən asılıdır. Ona görə Rusiya baxıb seçəndə ki, kiminlə olsun, Qərbi seçir. Rusiya artıq Qərbə meydan oxumağa qadir ölkə deyil. Ona görə Irandan əlini çəkir”. Ekspertin sözlərinə görə, artıq Medvedev Qərblə, Amerika ilə əməkdaşlığın tərəfdarıdır və Irandan üz döndərir: “Rusiyanın mesajı belə oldu ki, xalqa ziyan gətirməyən sanksiyalar olsun. Bu, boş sözdür. Hər hansı bir sanksiya birinci növbədə xalqa ziyan gətirir. Yavaş-yavaş Qərb Rusiyanı çəkəcək öz tərəfinə, ondan möhkəm istifadə edəcək. Amma Rusiya yavaş-yavaş əriyib Qərbin tərkib hissəsi olacaq”. “Medvedevlə Sarkozi Qarabağ yox, Ermənistanla Türkiyə sərhədlərini açmaq barədə danışıblar” Ekspert Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağ məsələsinə toxunması barədə də danışdı: “Medvedevlə Sarkozi guya ki, Qarabağ məsələsinə toxunublar. Onlar Qarabağ yox, Ermənistanla Türkiyənin sərhədlərini açmaq barədə danışıblar. Amma Qarabağ məsələsinə gələndə Rusiyanın da, Fransanın da mövqeyi birdir, ermənipərəst mövqedir. Rusiya məsələnin tezliklə həllində heç maraqlı deyil. Rusiya istəyir gözləsin. Dirçəlsin, bundan sonra Cənubi Qafqazı yenə tamamilə özünə tabe etsin. Azərbaycanla Gürcüstanın müstəqilliyini əzsin. Heç olmasa Azərbaycanı. Çünki Gürcüstan xristian ölkəsi kimi Amerikanın dəstəyinə nail olub. Amma bizim taleyimiz qeyri-məlumdur. Ona görə Qarabağ məsələsinin həllində uzun müddət heç bir addım atılmayacaq”.azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar