SON XƏBƏRLƏR

PKK Telekanalının yayımı dayandırılıb

2021.10.20, 07:36
PKK Telekanalının yayımı dayandırılıb

Gunaz.tv
GünAzTv: Belçika polisi bu gün səhər saatlarından başlayaraq Brüssel, Antverpen, Çarleroi şəhərlərində PKK terror təşkilatına qarşı əməliyyat keçirib. bu barədə Lent.az Türkiyənin NTV telekanalına istinadən xəbər yayıb. PKK-nın rəhbərliyində yer alan Zübeyir Aydar və Remzi Kartal da daxil olmaqla, 15 PKK üzvü saxlanılıb. “Roj TV” telekanalı və “Mesopotamiya” radiosunun studiyalarında axtarış aparılıb. “Roj TV”nin rəhbərliyi saxlanılıb, telekanalın yayımı dayandırılıb. 300 polisin qatıldığı əməliyyatda PKK-nın Belçika şəbəkəsinə dair bir çox sənəd və məlumat əldə edilib. Əməliyyatın axşam saatlarına qədər davam edəcəyi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar