SON XƏBƏRLƏR

Təbrizdə siyasi fəal mühəndis Rəsul İmanzadə tutuqlanıb

2021.10.20, 07:36
Təbrizdə siyasi fəal mühəndis Rəsul İmanzadə tutuqlanıb

Gunaz.tv
GünAzTv: Ötən il İranda keçirilən prezident seçkisi zamanı keçmiş baş nazir Mirhüseyn Musəvinin Təbrizdəki seçki qərargahında fəaliyyət göstərmiş mühəndis Rəsul İmanzadə tutulub. GünAzTv mətbuat mərkəzinin mediaforum-a istinadən yaydığı məlumata görə, bir neçə gün əvvəl Kəşfiyyat İşləri üzrə Nazirliyin (ETTELAAT) Təbriz şöbəsindən R.İmanzadəyə zəng vurub bəzi məsələlərə aydınlıq gətirilməsi üçün onu idarəyə dəvət ediblər. R.İmanzadə martın 1-də şöbəyə getdikdə dərhal həbsə salınıb. R.İmanzadənin hansı ittihamlara görə tutulduğu bildirilməsə də, onun hazırda Təbriz zindanının 37-ci kamerasında saxlandığı vurğulanır. R.İmanzadə İranın Şərqi Azərbaycan əyalətinin tanınmış islahatçılarından sayılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar