SON XƏBƏRLƏR

Abdullah Səduqinin Təbriz zindanında Səhhəti get-gedə pisləşir

2021.10.20, 07:36
Abdullah Səduqinin Təbriz zindanında Səhhəti get-gedə pisləşir

Gunaz.tv
GünAzTv: Güney Azərbaycanlı Milli-mədəni fəal, jurnalist cənab Abdullah Səduqi (Güntay) Təbriz zindanında 14 gün aclıq aksiyası etdikdən sonra həbsxananın Klinikasına yerləşdirilib. Onun ailəsi bildirib ki, 2010-cu il mart ayının 2-də (İsfəndin 11-i) aclıq aksiyası nəticəsində Səduqinin mədəsində qanama əmələ gəlib. Həmçinin onun qanının təzyiqi düşüb və jiddi baş ağrısına tutulub. Zindan məsulları isə onu döyərək Klinikaya aparıblar. Cənab Səduqinin qardaşı bildirib ki, o get-gedə zəifləyir, artıq 20 kilo çəkisini itirib. GünAzTv mətbuat mərkəzinin "savalansesi"-nə istinadən yaydığı məlumata görə, Cənab Səduqi bir ay həbsdə saxlanıldıqdan sonra Məhkəmə Müstəntiqinə məktub yazaraq qeyr qanuni saxlanıldığına etiraz əlaməti olaraq Aclıq Aksiyasına başladığını bildirmişdi. Xatırladaq ki, cəban Səduqi Tıraxtur Futbol Komandasının icazəli afişalarını türk dilində nəşr etdiyi üçün ETTELAAT (İranın Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar